Beynəlxalq əməkdaşlıq

 

Mingəçevir Dövlət Universitetinin (MDU) beynəlxalq əlaqələri xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlığı, beynəlxalq təhsil proqramlarında iştirakı, əcnəbi tələbələrin cəlb olunmasını, müvafiq beynəlxalq təşkilatlarla işbirliyini və digər istiqamətləri əhatə edir.

Xarici ölkə universitetləri ilə əməkdaşlıq tələbə və müəllim mübadiləsinin həyata keçirilməsini, ortaq Yay Məktəblərinin və ikili diplom proqramlarının reallaşdırılmasını, birgə elmi konfransların və seminarların təşkilini, qarşılıqlı faydalı təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutur. Bu vaxta qədər, MDU dünyanın bir çox ölkəsinin ali təhsil müəssisələri ilə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalamışdır.

Universitet 2002-ci ildən Respublikada təhsilin inkişaf proqramına uyğun olaraq TEMPUS proqramı çərçivəsində “Azərbaycanda ali məktəblərdə müasir mühəndis təhsili” adlı layihəyə qoşulmuşdur. Müqavilə Köln Tətbiqi Elmlər Akademiyası ilə bağlanmışdır. Məqsəd əməkdaş ölkələrin ali məktəblərinin müəllim və dosentlərinin Avropanın müvafiq ali məktəblərində (Köln Tətbiqi Elmlər Akademiyası və Zuyd Tətbiqi Elmlər Universiteti) ixtisasartırma kurslarını keçməkdir.

2005-2006-cı tədris ilindən başlayaraq universitetdə TEMPUS layihəsi çərçivəsində Avropa standartlarına uyğun mühəndis kadrların hazırlanmasını təmin etmək üçün proqramın tələblərinə əsasən universitetin 6 əməkdaşı Almaniyada təcrübə keçmişdir.

İNFİNİTY beynəlxalq transdistiplinar dostluq və əməkdaşlıq layihəsi çərçivəsində Erasmus Mundus proqramı üzrə müəllim-tələbə mübadiləsi sahəsində fəaliyyət uğurla davam etdirilmişdir. Təhsil aldıqları müddətdə topladıqları kreditlərin bir hissəsini tərəfdaş universitetlərdə qazanmış tələbələrimizin sayı sürətlə artır. İNFİNİTY proqramı üzrə artıq bir neçə ildir ki, Portuqaliya, Çexiya, Sloveniya və Estoniya ilə əməkdaşlıq davam edir.

MDU Rusiya Federasiyasının beş ali məktəbi – Moskva Dövlət Humanitar-İqtisad Universiteti, Samara Dövlət Texniki Universiteti, Ufa Dövlət Neft Texniki Universiteti, Voronej Dövlət Texniki Universiteti və Puşkin Dövlət Təbiyyət Elmləri İnstitutu arasında ikitərəfli müqavilələr imzalanaraq əməkdaşlığa start verilmişdir.

Hazırda universitetimiz Avropa İttifaqının təşkil etdiyi və maliyyələşdirdiyi “Erasmus+” proqramı çərçivəsində iki layihə imzalayib. Proqram təqaüdlü olmaqla müəllim-tələbə mübadiləsini həyata keçirir. Proqramda Avropanın iki ali təhsil müəssiəsi, İspaniyanın Valladoli Universiteti və Sloveniyanın Nova Qorisiya Universiteti iştirak edir. Layihə üzrə təyin olunmuş plana uyğun olaraq 2017-2019-ci tədris illərində bakalavriat, magistratura və doktorantura pillələrinə və professor müəllim heyətinin mübadiləsi üçün xüsusi sayda yerlər ayrılmış və proqram çərçivəsində tələbə və müəllimlərimizin və eyni zamanda əcnəbi professor-müəllim heyətinin yerli təhsil müəssisələrimizə dəvət olunaraq mübadiləsi nəzərdə tutulmuşdur.

MDU tələbələri qeyd olunan tərəfdaş universitetlərdə bir semestrlik təhsil almaq imkanından geniş şəkildə istifadə edirlər. Eyni zamanda, həyata keçirilən müəllim mübadiləsi MDU-da tədris prosesinin təkmilləşdirilməsi və professor-müəllim heyətinin qabaqcıl xarici universitetlərin müsbət təcrübəsindən faydalanması baxımından mühüm əhəmiyyət kəsb edir.

MDU-nun “Erasmus+” və “Horizon-2020” proqramlarına aktiv şəkildə qoşulması, tələbə və müəllimlərimizin hər iki proqramın təklif etdiyi imkanlardan maksimum faydalanması üçün müvafiq tədbirlər həyata keçirilir.

 

Beynəlxalq əməkdaşlıq bölməsinin müdiri

Samirə Əhmədova

II korpus, otaq 103

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

fax: +994 24 275 32 72