İQTİSADİYYAT VƏ İDARƏETMƏ FAKÜLTƏSİ

1. Dekanlığın yaranması və fəaliyyət dövrü 

“İqtisadiyyat və idarəetmə” fakültəsi Mingəçevir Politexnik İnstitutu yarandığı gündən 1991-ci ildən “Sənaye iqtisad” fakültəsi kimi fəaliyyətə başlamış, 1994-cü ildən “İqtisadiyyat və idarəetmə” fakültəsi kimi fəaliyyət göstərir.

Müxtəlif vaxtlarda fakültəyə 1991-2002-ci illərdə dosent Səadəddin Sərdarlı, 2002-2015-ci illərdə dosent Ofeliya Səmədova rəhbərlik etmişdir. Azərbaycan Respublikası Prezidenti İ.Əliyev cənablarının 24 iyul 2015-ci il tarixli sərəncamı ilə Mingəçevir Politexnik İnstitutunun bazasında Mingəçevir Dövlət Universitetinin yaranması ilə əlaqədar yenidən təşkil olunan “İqtisadiyyat və idarəetmə” fakültəsinə iqtisad üzrə fəlsəfə doktoru, dosent Nüşabə Astan qızı Qədimli rəhbərlik edir.

2. “İqtisadiyyat və idarəetmə” fakültəsi nəzdində fəaliyyət göstərən ixtisaslar:

050402 Mühasibat uçotu və audit

050403 Maliyyə

050404 İqtisadiyyat

050405 Sənayenin təşkili və idarə olunması

050407 Menecment

050408 Marketinq

050409 Biznesin idarə edilməsi

050410 Dövlət və bələdiyyə idarəetməsi

050810 Turizm və otelçilik

Hazırda fakültə iqtisadiyyat və idarəetmə istiqamətləri üzrə bir neçə ixtisas qruplarını özündə birləşdirir və tərkibində 2 ixtisas kafedrası və rektorluğun tabeliyində olan “Humanitar fənlər” kafedrası fəaliyyət göstərir. İqtisadiyyat, Sənayenin təşkili və idarəetmə kafedraları tərəfindən ən populyar 9 ixtisas üzrə mütəxəssislər hazırlanır. Artıq bir neçə ildir ki, universitet, o cümlədən fakültə də Baloniya, yəni kredit tədris sisteminə keçib ki, bu da universitetin diplomlarının xarici ölkələrdə, o cümlədən Avropada tanınmasına imkan verir. Fakültəmizin məzunları iqtisadçı, mühəndis-iqtisadçı kimi ixtisaslar əldə edirlər və bu sahələrdə çalışa bilərlər. Hazırda fakültədə yuxarıda qeyd edilən ixtisaslar üzrə bakalavr və magistr təhsil pilləsi üzrə 618 nəfər tələbə təhsil alır. Onların əksəriyyəti Mingəçevir şəhərindən olsalar da ətraf bölgələrdən olan tələbələrin sayı da getdikcə artır.

Mingəçevir Dövlət Universiteti nəzdində «İqtisadiyyat və idarəetmə» fakültəsinin mövcudluğu region üçün ixtisaslı kadrların hazırlanmasında böyük əhəmiyyət kəsb edir.

Fakültə üzrə tədris prosesində 31 nəfər professor-müəllim, o cümlədən 2 professor, 9 dosent-fəlsəfə doktorları, 1 fəlsəfə doktoru – baş müəllim, 1 fəlsəfə doktoru, 9 baş müəllim, 7 magistr, müəllim və 2 nəfər laborant iştirak edir.

Fakültənin fəaliyyətdə olduğu dövrdə əməkdaşlarımızdan 1 nəfəri dissertasiya müdafiə edərək elmlər doktoru dərəcəsi, 6 nəfəri fəlsəfə doktoru, 5 nəfər isə dosent adı almış, 6 nəfər hazırda doktorant və dissertant kimi dissertasiya işi üzərində işləyir və bir neçə nəfər müdafiə ərəfəsindədir. Fakültənin bir neçə əməkdaşı artıq püxtələşmiş mütəxəssis-alim kimi Prezident yanında Ali Attestasiya Komissiyasının ixtisaslaşmış Müdafiə Şurasına, respublikamızın aparıcı universitetlərinə, rəhbər orqanlara dəvət olunmuşlar və orada da çalışırlar. Fakültənin məzunları müxtəlif iri firma və müəssisələrdə, xarici təşkilatlarda, maliyyə, vergi, bank, bank olmayan kredit təşkilatlarında, nazirlik və komitələrdə, respublikamızın mərkəzi və yerli icra orqanlarında, bələdiyyə strukturlarında, ali, orta ixtisas və ümumtəhsil müəssisələrində çalışırlar. Həmçinin, məzunlarımızın bir çoxu respublikanın aparıcı ali təhsil ocaqlarının magistratura şöbələrində təhsillərinin davam etdirirlər. Fakültənin geniş perspektiv planları vardır və ölkəmizdə aparılan təhsilin yeniləşməsi və inkişafı sahəsində dövlət siyasətinə uyğun həyata keçirilir.

3. Rəhbərlik haqqında məlumat

Dekan: Kərimova Nüşabə Astan qızı – iqtisad üzrə fəlsəfə doktoru, dosent

N.A.Kərimova 3 may 1970-ci ildə Yevlax rayonunun Ərəş kəndində anadan olub. 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Uçot-iqtisad” fakültəsinin “Mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili” ixtisasını bitirib.

1996-cı ildən Mingəçevir Politexnik İnstitutunda “Mühəndis iqtisadiyyatı və idarəetmə kafedrasında” müəllim vəzifəsində işləyir. 1998-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Uçot-iqtisad” fakültəsinin “Mühasibat uçotu və audit” kafedrasıının dissertantı olub.

1998-ci ildə Avropanın Qottingen Universitetinin TASİS proqramı çərçivəsində Azərbaycan Auditorlar Palatasında “Auditorlar kursunu” bitirmiş və auditor sertifikatını alıb. 1998-ci ildə ixtisasını artırmaq məqsədilə Azərbaycan Baş Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması İnstitutunda “İqtisadiyyat” kursunu bitirib. 2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin və Açıq Cəmiyyət İnstitutunun birgə təşkil etdiyi “Sosial sferanın iqtisadiyyatı” istiqamətində Yay məktəbini bitirb və sertifikat alıb.

2001-ci ildə “Mühəndis iqtisadiyyatı və idarəetmə kafedrasında” baş müəllim vəzifəsinə keçirilib. 2006-cı ildə “Bazar iqtisadiyyatı şəraitində maliyyə hesabatının təhlili və auditi” mövzusu üzrə iqtisad üzrə fəlsəfə doktoru alimlik dərəcəsini alıb. 2010-cu ildən kafedranın dosenti vəzifəsində çalışıb. 2012-ci ildə ona Azərbaycan Respublikası Prezidenti yanında AAK-nin qərarı ilə dosent elmi adı verilib. 2016-cı ilin sentyabrından “İqtisadiyyat” kafedrasının dosentidir.

2011-2015-ci illərdə institut Tələbə Elmi Cəmiyyətinin sədri vəzifəsində çalışıb. 2015-ci ildə Mingəçevir Politexnik İnstitutunun bazasında Mingəçevir Dövlət Universitetinin yaranması ilə əlaqədar olaraq yenidən təşkil edilən “İqtisadiyyat və idarəetmə” fakültəsinin dekanı təyin edilib. Fakültə elmi şurasının sədridir.

26 elmi və tədris metodiki işin, o cümlədən 1 metodiki vəsaitin, 5 fənn üzrə tədris proqramının və 21 elmi məqalənin müəllifidir.    

Ailəlidir. Bir övladı var.

    

Dekan müavini: Niftəliyev Nazim Fazil oğlu - baş müəllim

N.F.Niftəliyev 13 iyul 1967-ci ildə Mingəçevir şəhərində anadan olub.

1982-1986-cı illərdə Mingəçevir Baza Politexnik Texnikumunun “Metalların kəsməklə emalı” ixtisasını bitirərək texnik-texnoloq ixtisasına yiyələnib.

1985-ci ildə Moskva “ZİL” zavodunda III dərəcəli, 1986-cı ildə Mingəçevir Yol maşınları zavodunda II dərəcəli burğucu vəzifəsində əmək fəaliyyətimi davam etdirib.

1986-1988-ci illərdə SSRİ silahlı qüvvələrində həqiqi hərbi xidmətdən keçib.

1988-1994-cü illərdə Mingəçevir “Azyolmaş” İB-də burğucu, I dərəcəli texnik-konstruktor vəzifələrində işləyib. Həmçinin, ictimai əsaslarla zavod komsomol komitəsinin katibi vəzifəsində çalışıb.

1990-92-ci illərdə “Bilik” cəmiyyəti nəzdində “Hüquqşünaslıq” kursunu müvəffəqiyyətlə bitirərək “İctimai hüquqşünaslıq” ixtisasına yiyələnib.

1994-2004-cü illərdə Azərbaycan DRES-də nəzarətçi-maşinist vəzifəsində işləyib. Həmin dövrdə eyni zamanda, 1994-1995-ci illərdə ikinci iş yeri kimi “Elvin” Gənclik Mərkəzində Təçhizat şöbəsinin müdiri vəzifəsində çalışıb.

1995-1999-cu illərdə Mingəçevir Politexnik İnstitutu “İqtisadiyyat və idarəetmə” fakültəsində “Nəqliyyatın iqtisadiyyatı və idarə edilməsi” ixtisasını fərqlənmə diplomu ilə bitirərək bakalavr ali təhsili alıb. Təhsil aldığım dövrdə ictimai əsaslarla fakültə Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində işləyib.

1999-2001-ci illərdə təhsilini Mingəçevir Politexnik İnstitutunun Magistratura şöbəsində davam etdirərək “Mühəndis iqtisadiyyatı və idarəetmə” kafedrasında “İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə magistr elmi dərəcəsi alıb.

Əsas iş yeri Azərbaycan DRES olmaqla, 2001-ci ildən Mingəçevir Politexnik İnstitutunun “Ümumi iqtisadiyyat” kafedrasında əvəzçilik üzrə 0,5 ştat müəllim, 2004-cü ildən isə “Ümumi iqtisadiyyat” kafedrasında 1,0 ştat baş laborant və 0,5 ştat müəllim, 2005-ci ildən isə tam ştat müəllim vəzifəsində işləyib. 2009-cu ildən “İqtisadiyyat və idarəetmə” fakültəsinin dekan müavini vəzifəsinə təyin edilib, həmçinin, 2011-ci ildə “İqtisadiyyat” kafedrasına müsabiqə yolu ilə baş müəllim vəzifəsinə seçilib.

2011-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Doktorantura şöbəsində qiyabi təhsilini davam etdirib. 5312.01 – Sahə iqtisadiyyatı elm sahəsi üzrə “Aran iqtisadi rayonunun sənaye potensialının müasir durumu və inkişaf perspektivləri” mövzusunda elmi-tədqiqat işini davam etdirir. 

2015-ci ildə Mingəçevir Politexnik İnstitutunun bazasında Mingəçevir Dövlət Universitetinin yaranması ilə əlaqədar olaraq yenidən təşkil edilən “İqtisadiyyat və idarəetmə” fakültəsinin dekan müavini vəzifəsinə təyin edilib. Fakültə elmi şurasının sədr müavinidir.

5 fənn üzrə tədris proqramının, 37 elmi məqalənin müəllifidir. Ailəlidir, 2 övladı, 1 nəvəsi var. 

4. “İqtisadiyyat və idarəetmə” fakültəsinin əməkdaşları

1. Qədimli Nüşabə Astan qızı – dekan

2. Niftəliyev Nazim Fazil oğlu – dekan müavini

3. Xəlilov Xəlil Ramiz oğlu – tyutor

4. Məmmədova İlhamə Raquf qızı – tyutor

5. Qədirova Aygün Raqif qızı – tyutor

6. Mustafalı Leyla Vüqar qızı – tyutor

6. Sultanova Günay İslam qızı – operator

7. Lukovskova Antonina Nikolayevna – operator