İqtisadİyyat kafedrası

Kafedranın yaranması və fəaliyyət dövrü

“İqtisadiyyat” kafedrasının formalaşması Mingəçevir Politexnik İnstitutunun formalaşması tarixinə uyğun olaraq müəyyən mərhələlərlə inkişaf edərək müasir vəziyyətini almışdır. Sərbəst ixtisas kafedrası kimi ilk dəfə “İctimai fənlər” kafedrasından ayrılaraq “İqtisadi nəzəriyyə” kafedrası kimi formalaşmışdır. Sonradan “İstehsalın təşkili” ixtisasının “İqtisadi nəzəriyyə” kafedrasına təhkim edilməsi ilə əlaqədar olaraq kafedranın bazası əsasında “İqtisadi nəzəriyyə və istehsalın təşkili” kafedrası yaradılmışdır. Növbəti islahatlar zamanı “İqtisadiyyatın tənzimlənməsi” ixtisası qeyd edilən kafedraya təhkim edilməklə kafedranın adı “Ümumi iqtisadiyyat” olmuşdur. İxtisaslaşmanın və islahatların növbəti mərhələsi kimi İnstitut Elmi Şurasının 28 fevral 2006-cı il tarixli qərarı ilə “Ümumi iqtisadiyyat” kafedrasının bazası əsasında “İqtisadiyyatın tənzimlənməsi” ixtisas kafedrası yaradılmışdır.

Mingəçevir Politexnik İnstitutunun Elmi Şurasının 15 sentyabr 2010-cu il tarixli qərarı və rektorun 15.09.2010-cu il tarixli 97 saylı əmri ilə təhsil sahəsində aparılan növbəti islahatların və ixtisasların təsnifləşdirilməsinin tələblərinə uyğun olaraq “İqtisadiyyatın tənzimlənməsi” kafedrası ləğv edilərək, onun bazasında “İqtisadiyyat” ixtisas kafedrası yaradılmışdır.

“İqtisadiyyat” kafedrası öz işini “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunu, “Bakalavriat təhsilinin məzmunu və təşkili qaydalarının təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin 117 nömrəli, 24 iyun 2010-cu il tarixli Qərarının və digər qanunvericilik aktlarının, o cümlədən AR Təhsil Nazirliyinin 595 saylı 01.10.1994-cü il tarixli əmri ilə təsdiq edilmiş” Ali məktəblərin kafedraları haqqında müvəqqəti Əsasnaməyə uyğun olaraq həyata keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Mingəçevir Politexnik İnstitutunun bazasında Mingəçevir Dövlət Universitetinin yaradılması ilə əlaqədar olaraq, yenidən formalaşan “İqtisadiyyat” kafedrası, universitetin rektorunun müvafiq əmri ilə fəaliyyətini davam etdirir.

İxtisas kafedrası olaraq Ali ixtisas təhsilinin Dövlət Standartlarının tələblərinə uyğun olaraq 050404 “İqtisadiyyat” ixtisası bakalavr təhsil pilləsi üzrə kadrların hazırlanmasını yerinə yetirir. İxtisas kafedrasının tərkibində əyani təhsil forması üzrə hər kursda 2 qrup olmaqla 8 qrup, qiyabi təhsil forması üzrə I-V kursların hər birində 1 qrup olmaqla cəmi 13 qrupda tədris işinin təşkili həyata keçirilir. Tədrisin təşkili Dövlət  Standartlarının tələblərinə uyğun olaraq müvafiq qaydada tərtib olunmuş və universitetin rektoru tərəfindən təsdiq olunmuş Tədris Planına uyğun olaraq aparılır. Tədris Planlarında Dövlət Standartlarının və Kredit Sistemi haqqında mövcud Əsasnamənin bütün tələbləri öz əksini tapmışdır. Yarandığı gündən kafedraya i.e.d., professor V.S.Əyyubov rəhbərlik etmişdir. Universitetin yaranması ilə əlaqədar olaraq rəhbərlik tərəfindən struktur dəyişikliyi edilmiş, gənc kadrlara etimad göstərilərək irəli çəkilmiş i.f.d. Cəmilə Qəzənfər qızı Musayeva kafedra müdiri təyin edilmişdir.

Kafedra Mingəçevir Dövlət Universitetinin və «İqtisadiyyat və idarəetmə» fakültəsinin əsas tədris-elmi struktur bölməsi kimi öz fəaliyyətini əsasən aşağıdakı istiqamətlər üzrə aparır:

- “İqtisadiyyat” ixtisasları üzrə əyani və qiyabi təhsil forması üzrə bakalavr hazırlığının təşkili;

- ixtisas və təhsil pilləsi üzrə mövcud normativ hüquqi sənədlərə uyğun tədris planlarının tərtibi, müzakirəsi və təsdiq etdirilməsinin təşkili;

- mövcud təhsil formaları üzrə tədris planlarında nəzərdə tutulmuş mühazirə, məşğələ və sərbəst işlərin lazımi səviyyədə aparılması;

- elmi-tədqiqat işlərinin aparılması, dərslik və dərs vəsaitlərinin, elmi məqalələrin buraxılmasına rəhbərlik edilməsi;

- kurs işi və buraxılış işinə, istehsalat təcrübələrinə rəhbərlik edilməsi;

- imtahanların keçirilməsi;

- kafedrada tədris edilən fənlər üzrə fənn proqramlarının və sillabusların hazırlanması;

- kafedra əməkdaşlarının fərdi planlarının hazırlanması və həyata keçirilməsi;

- gənc müəllimlərə pedoqoji təcrübə toplamaqda köməklik göstərilməsi;

- tələbələr arasında elmə marağın artırılması və s.

Kafedraya mövcud qaydalar əsasında seçilmiş, hazırda isə yeni təlimatlara uyğun olaraq rektor tərəfindən təyin olunmuş kafedra müdiri rəhbərlik edir. Prinsipial xarakterli məsələlər, elmi-metodiki, tədris-pedoqoji, təşkilati, ictimai-kütləvi tədbirlər kollegial sürətdə, kafedranın ümumi iclaslarında, mövcud qaydada təsdiq olunmuş iş planına uyğun olaraq müzakirə edilərək qərar qəbul olunur.

Kafedranın dərs yükünü “İqtisadiyyat” və “Sənayenin təşkili və idarə olunması” ixtisasları üzrə tədris olunan iqtisad yönümlü fənlər təşkil edir.

Kafedrada 2016-2020-ci illər üçün Davamlı iqtisadi inkişafın təmin edilməsində makroiqtisadi tənzimlənmənin problemlərielmi-tədqiqat işinin problemlərinin araşdırılması planlaşdırılmışdır.

Rəhbərlik (kafedra müdiri haqqında qısa məlumat) 

Musayeva Cəmilə Qəzənfər qızı 5 sentyabr 1979-cu ildə Mingəçevir şəhərində anadan olub. 1996-cı ildə Bakı Dövlət Universitetinin “Tətbiqi riyaziyyat və kibernetika” fakültəsinin “İqtisadi kibernetika” ixtisasına qəbul olub.

2002-ci ildə İqtisadiyyat istiqamətinin “İqtisadi kibernetika” ixtisaslaşması üzrə magistr dərəcəsi alıb.

2002-ci ildə “Azinvestbank” KB “Pərvanə” filialında kreditləşmə üzrə mütəxəssis vəzifəsində işləyib. 2003-cü ildə Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialında müəllim vəzifəsində çalışıb.

2007-ci ildə AMEA-nın Kibernetika İnstitutunun dissertantura şöbəsinə qəbul olub. 2013-cü ildə 5302.01 Ekonometriya şifrəsi üzrə dissertasiya işini müdafiə edərək, iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 15 elmi məqalənin və tezisin müəllifidir.

2014-cü ilin sentyabr ayında Mingəçevir Politexnik İnstitutunun “İqtisadiyyat” kafedrasında baş müəllim vəzifəsində işləyib. C.Q.Musayeva 17 elmi və metodiki işlərin müəllifidir.

Ailəlidir, iki övladı var.

  1. Роль эффективное управление нефтяных доходов в экономическом развитии Азербайджана. «Актуальные проблемы экономики и совершенствования правового регулирования в экономике», Международная академия финансовых технологий, Статьи и тезисы докладов 2-я Международной научно-практической конференции, Часть 2, Пятигорск 2009, c.92-98
  2. Эконометрическая оценка влияния прибыли в нефтяном секторе экономики на развитие других секторов. «Экономист» , Украина, 2010 № 5, c.49-51
  3. Neft sektorunda əlavə dəyərin əsas fondlardan və məşğullardan asılılığının Kobb-Duqlas istehsal funksiyası ilə qiymətləndirilməsi. AMEA-nın Xəbərləri, İqtisadiyyat elmləri seriyası, Bakı, 2011, s. 45-49
  4. Azərbaycanın neft sərvəti və neft müqavilələrinin iqtisadi  əhəmiyyəti. AMEA-nın Xəbərləri, İqtisadiyyat elmləri seriyası, Bakı, 2012, № 4, s. 81-86
  5. Neft gəlirlərinin müasir vəziyyətinin təhlili və qiymətləndirilməsi. AMEA-nın Elmi Əsərləri, III Buraxılış, Bakı 2013, № 3, s. 382-386
  6. Xarici investisiyaların ümumi daxili məhsula təsirinin ekonometrik qiymətləndirilməsi.  “Kooperasiya” elmi-praktik jurnal, № 2(37),  Bakı 2015, s. 116-121

İxtisas haqqında 

“İqtisadiyyat” (050404) ixtisası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il 08 saylı qərarı ilə “Ali və orta ixtisas təhsil istiqamətlərinin və ixtisaslarının siyahısı”nda yer almış ixtisaslardan biridir.

“İqtisadiyyat” ixtisası üzrə bakalavr təhsili bütövlükdə milli iqtisadiyyatın bütün sahələrinin –sənaye, ASK və xidmət sektorunun inkişafı, idarə edilməsi, tənzimlənməsinin nəzəri-metodoloji, iqtisadi-hüquqi əsaslarını dərindən mənimsəyən və bu sahədə zəruri biliklərə, idarəetmə qabiliyyətinə malik, yüksək ixtisaslı iqtisadçı kadrların hazırlanmasını nəzərdə tutur.

“İqtisadiyyat” ixtisası geniş profilli iqtisadyönümlü ixtisas olmaqla bakalavrlara milli iqtisadiyyatın bütün səviyyələrində, o cümlədən ölkənin iqtisadi siyasətini həyata keçirən və iqtisadi bloka daxil olan bütün dövlət strukturlarında, iqtisadiyyatın tənzimlənməsi və idarə edilməsi ilə məşğul olan qeyri-dövlət sektorunda, istehsal və xidmət sahəsində fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatlarda, orta-ixtisas təhsil müəssisələrində öz ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq, magistraturada təhsil almaq hüququ verir.  

2016/2017-ci tədris ilindən universitetə yeni tələbə qəbulu ilə əlaqədar “İqtisadiyyat” kafedranın tabeliyində 4 ixtisas fəaliyyət göstərməyə başlamışdır:

050402 Mühasibat uşotu və audit

050403 Maliyyə

050404 İqtisadiyyat

050810 Turizm və otelçilik

Tədris olunan fənlər 

“İqtisadiyyat” kafedrasında Mühasibat uşotu və audit, Maliyyə, İqtisadiyyat, Sənayenin təşkili və idarə olunması, Biznesin idarə olunması, Dövlət və bələdiyyə idarəetməsi, Turizm və otelçilik ixtisaslarında aşağıdakı fənlərin tədrisi həyata keçirilir:

 1

İqtisadiyyata giriş

Mikroiqtisadiyyat

Makroiqtisadiyyat

Dünya iqtisadiyyatı

Azərbaycan iqtisadiyyatı

Mühasibat uçotu

Audit

Mühasibat uçotu və audit

Mühasibat və mühasibat məsələləri

10 

Maliyyə uçotu

11 

Maliyyə hesabatlarının

12 

Maliyyə hesabatlarının beynəlxalq standartları

13 

Maliyyə təhlili

14 

Maliyyə bazarları

15 

Maliyyə və investisiyalar

16 

İdarəetmə uçotu

17 

İdarəetmə təhlili

18 

Bank işi

19 

Pul və bnklar

20 

Vergi sistemi

21 

Vergilər və vergitutma

22 

Vergi inzibatçılığı

23 

Büdcə və xəzinə uşotu

24 

Sosial sahələrin iqtisadiyyatı

 25

Aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi

26 

Aqrar iqtisadiyyat

27 

Qiymət və qiymətləndirmə

28 

İqtisadi hüquq

29 

İqtisadiyyatın tənzimlənməsi

30 

İqtisadi fikir tarixi

31 

Gəlir və əmək haqqı siyasəti

32 

Gömrük işi

33 

Sığortanın təşkili

34 

Sığorta işinin təşkili

35 

Milli iqtisadiyyat

36 

Milli iqtisadiyyatın dövlət tənzimlənməsi

 37

Dövlətin investisiya siyasəti

38 

Regionların iqtisadi-sosial inkişafının tənzimlənməsi

39 

Strateji planlaşdırma və proqnozlaşdırma

40 

Dövlətin iqtisadi siyasəti

41 

Dövlətin tədiyə balansı

42 

Turizmin əsasları

43 

Turizmdə informasiya texnologiyaları

44 

Beynəlxalq turizm coğrafiyası

45 

Sosial iqtisadi inkişafın proqnozlaşdırılması

46 

Sosial sferanın iqtisadiyyatı və idarə olunması

47 

Ticarət və istehlak kooperasiyasının iqtisadiyyatı

 48

İqtisadi təhlil və audit

49 

Beynəlxalq iqtisadi münasibətlər

Çap olunmuş vəsaitlər haqqında (dərslik, dərs vəsaiti)

Son illərdə kafedra əməkdaşları tərəfindən bir neşə dərs vəsaiti və metodik vəsaitlər buraxılmışdır. O cümlədən:

  1. Əyyubov Veysəl Seyfəl oğlu. “Büdcə və vergi sistemi”. Monoqrafiya. Bakı. Elm. 2004, 244s.
  2. Səmədova Ofeliya Müzəffər qızı. “İqtisadiyyatın dövlət tənzimlənməsi”. Qiyabi təhsil alanlar üçün metodik vəsait. Mingəçevir, 2003, 33s.
  3. 2004, 51s.
  4. , 2005, 35s.
  5. “Avropa” nəşriyyatı, 2013,
  6. , . Ali məktəblər üçün dərs vəsaiti. Bakı, “Avropa” nəşriyyatı, 2014, 350s.
  7. Kafedra əməkdaşları tərəfindən mütəmadi olaraq hər il respublikanın və xarici ölkələrin mətbuat məcmuələrində 15-20 sayda elmi məqalələri çap olunur.

Kafedra əməkdaşları haqqında məlumat

 1

Musayeva Cəmilə Qəzənfər qızı

i.f.d., baş müəllim, Kafedra müdiri

Əyyubov Veysəl Seyfəl oğlu

professor, i.e.d.

Məmmədov Fizuli Əziz oğlu

professor, i.e.d.

Səmədova Ofeliya Müzəffər qızı

dosent, i.f.d.

Qədimli Nüşabə Astan qızı

dosent, i.f.d., “İqtisadiyyat və idarəetmə” fakültəsinin dekanı

Qasımov Asəf Məhərrəm oğlu

dosent, i.f.d.

Qasımov Cəlal Camal oğlu

dosent, i.f.d.

Tağıyev Arif Məmmədhəsən oğlu

baş müəllim

Şəfaqətov Günəş Musa oğlu

baş müəllim

10 

Niftəliyev Nazim Fazil oğlu

baş müəllim, “İqtisadiyyat və idarəetmə”

fakultəsinin dekan müavini

11 

Kərimova Mehriban Allahverdi qızı 

baş müəllim

12 

Əliyeva Təranə Əsman oğlu 

baş müəllim

13 

Rəhimova Məlahət Firqət qızı 

müəllim

14 

Səfərov Nazim Vəli oğlu

müəllim

15 

Bağırov Cəlil Arif oğlu

müəllim

16 

Xəlilova Elmira Elburus qızı

müəllim

17 

Məmmədli Yeganə Zakir qızı 

laborant

18 

Əliyeva Sevinc Firdovsi qızı

laborant