Sənayenİn təşkİlİ və İdarəetmə kafedrası 
Kafedranın yaranması və fəaliyyət dövrü
“Sənayenin təşkili və idarə olunması” kafedrası 1994-cü ildə yaradılmış və müxtəlif adlar altında fəaliyyət göstərmişdir. Belə ki, yarandığı vaxtda kafedra “İdarəetmə nəzəriyyəsinın əsasları”, 1996-cı ildə “İstehsalın iqtisadiyyatı və idarə edilməsi”, 2006-cı ildə “Mühəndis iqtisadiyyatı və idarəetmə” və 2014-cü ilin sentyabr ayından isə “Sənayenin təşkili və idarə olunması” kafedrası adı ilə fəaliyyət göstərir. Kafedra bakalavr təhsil pilləsi üzrə 050405 “Sənayenin təşkili və idarə olunması” ixtisasını əhatə edir.
Kafedra fəaliyyət göstərdiyi dövrdə aşağıdakı vəzifələri yerinə yetirmişdir:
- bütün təhsil formaları üçün tədris planında nəzərdə tutulmuş mühazirələrin, praktiki seminar və digər məşğələlərin yüksək elmi-nəzəri səviyyədə aparılması;
- kurs və buraxılış işlərinə, istehsalat təcrübələrinə rəhbərlik edilməsi;
- tələbələr tərəfindən sərbəst işlərin və yoxlama işlərinin yerinə yetirilməsinə nəzarət edilməsi;
- kollokviumların, məqbulların və imtahanların keçirilməsi;
- tələbələr arasında tərbiyə işinin təşkili;
- kafedrada tədris edilən fənlər üzrə fənn proqramlarının işlənib hazırlanması və müvafiq qaydada təsdiq üçün təqdim olunması;
- metodiki rəhbərlik və göstərişlər, əyani vəsaitlər hazırlanması, tədris-metodiki ədəbiyyatlara, elmi məqalələrə, namizədlik dissertasiyalarına və avtoreferatlara rəy verilməsi;
- elmi-tədqiqat işlərinin aparılması, tələbələrin elmi-tədqiqat işlərinə rəhbərlik edilməsi;
- kafedra əməkdaşlarının tədris, elmi-metodik və digər işlərinin fərdi planlarının hazırlanması və həyata keçirilməsi;
- respublikanın ali məktəblərinin ayrı-ayrı kafedraları ilə elmi əlaqələrin yaradılması;
- gənc müəllimlərə pedaqoji təcrübə toplamaqda köməklik göstərilməsi;
- qabaqcıl təcrübənin öyrənilməsi;
- elmi biliklərin təbliğ edilməsi.
Kafedranın təsdiq olunmuş ştatı 14 nəfərdən ibarətdir: 6 nəfər dosent, 4 nəfər baş müəllim,  3 nəfər magistr-müəllim, 1 nəfər böyük laborant.
Kafedrada 2016-2020-ci illər üçün “Azərbaycan sənayesinin davamlı inkişaf istiqamətləri” elmi-tədqiqat işinin problemlərinin araşdırılması planlaşdırılmışdır.
Rəhbərlik (kafedra müdiri haqqında qısa məlumat) 
Kafedraya iqtisad elmləri namizədi, dosent Hüseynova Emiliya Yəhya qızı rəhbərlik edir.
Hüseynova Emiliya Yəhya qızı 1952-ci ildə Mingəçevir şəhərində anadan olub. 1970-1975-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda  təhsil alıb. İxtisasca “Maşınqayırma sənayesinin iqtisadiyyatı və təşkili” üzrə iqtisadçı-mühəndisdir. 
1975-1982-ci illərdə Mingəçevir Yol maşınları zavodunda iqtisadçı-normalaşdırıcı, böyük mühəndis, mühəndis-texnoloq vəzifələrində işləyib. 
1982-1991-ci illərdə AKP Mingəçevir ŞK-də təlimatçı, partiya uçotu bölməsinin müdiri vəzifələrində çalışıb. 1985-ci ildə Bakı Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirib. 
1991-ci ildən Mingəçevir Politexnik İnstitutunda çalışmağa başlayıb. İlk əvvəl “İctimai fənlər” kafedrasında baş laborant vəzifəsinə təyin olunsa da, az sonra “Mühəndis iqtisadiyyatı və idarəetmə” kafedrasında müəllim-assistent, baş müəllim, kafedra müdirinin müavini vəzifələridə çalışıb. 
2000-ci ildə AMEA İqtisadiyyat İnstitutunda 08.00.05 “Xalq təsərrüfatı və onun sahələrinin iqtisadiyyatı, planlaşdırılması və idarə edilməsinin təşkili” (sənaye) və 08.00.13 “İqtisadi-riyazi üsullar” ixtisaslarının qovuşuğunda “Azərbaycan Respublikası iqtisadiyyatının idarə edilən ekoloji modelinin yaradılması” mövzusunda dissertasiya işini müdafiə edib. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona iqtisad elmləri namizədi alimlik dərəcəsi, 2008-ci ildə isə dosent elmi adı verilmişdir.
 2011-ci ildə Mingəçevir Politexnik İnstitutunda “Mühəndis iqtisadiyyatı və idarəetmə” kafedrasının müdiri vəzifəsinə təyin olunub. 
 Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli sərancamı ilə Mingəçevir Politexnik İnstitutunun bazasında Mingəçevir Dövlət Universitetin yaradılması ilə əlaqədar yenidən təşkil olunan “Sənayenin təşkili və idarə olunması” kafedrasının müdiri vəzifəsində fəaliyyətini  davam etdirir. E.Y.Hüseynova 57 elmi və metodiki işlərin müəllifidir.
İxtisas haqqında
Kafedra öz fəaliyyəti dövründə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ali məktəblərin kafedraları haqqında müvəqqəti Əsasnaməsi”ni əldə rəhbər tutaraq, əsasən işini bu Əsasnamənin tələblərinə uyğun qurmuşdur.
“Sənayenin təşkili və idarə olunması” ixtisası geniş profilli iqtisadyönümlü ixtisas olmaqla bakalavrlara milli iqtisadiyyatın bütün səviyyələrində, o cümlədən istehsal və xidmət sahəsində fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatlarda, orta-ixtisas təhsil müəssisələrində öz ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq, magistraturada təhsil almaq hüququ verir.  
2016/2017-ci tədris ilindən universitetə yeni tələbə qəbulu ilə əlaqədar “Sənayenin təşkili və idarəermə” kafedranın tabeliyində bakalavr təhsil pilləsi üzrə 3 və magistr təhsil pilləsi üzrə 1 ixtisas fəaliyyət göstərməyə başlamışdır:
050405 Sənayenin təşkili və idarə olunması
050409 Biznesin idarə edilməsi
050410 Dövlət və bələdiyyə idarəetməsi
060405 Sənayenin təşkili və idarə edilməsi (sahələr üzrə) (magistratura)
Tədris olunan fənlər
 1

İşgüzar yazışmalar

İnsan resurslarının idarə edilməsi

Təbiətdən istifadənin iqtisadiyyatı

Təbiətdən istifadənin iqtisadiyyatı  və proqnozlaşdırılması

Ekonometrika

Keyfiyyətə nəzarət

Standartlaşdırma və sertifikasiya

Menecment

Biznesin əsasları

10 

Ətraf mühitin iqtisadiyyatı

11 

Loqistika

12 

Statistika

13 

Mühasibat uçotu

14 

Mühasibat uçotu və audit

15 

Marketinq

16 

İstehsalın təşkili

17 

İstehsalın texnoloji əsasları

18 

Müəssisənin (firmanın) iqtisadiyyatı

19 

Firmanın  iqtisadiyyatı

20 

Firmanın (müəssisənin) iqtisadiyyatı

21 

Kommersiya işi

22 

Kommersiya fəaliyyətinin əsasları

23 

Heyətin idarə olunması

24 

İqtisadi təhlil

25 

Sənayedə investisiya fəaliyyəti və innovasiya siyasəti

26 

Strateji menecment 

27 

Strateji planlaşdırma 

28 

Biznes-plan

29 

Layihələrin idarə edilməsi 

30 

Məhsulun keyfiyyətinin idarə edilməsi 

31 

Müəssisənin maliyyə menecmenti

32 

Sənaye müəssisələrinin xarici iqtisadi fəaliyyəti

33 

Energetikanın iqtisadiyyatı

34 

Sənaye sahəsinin iqtisadiyyatı

35 

İstehsalın iqtisadiyyatı, marketinqi və menecmenti

36 

Nəqliyyatın iqtisadiyyatı və menecment

37 

İnformasiya sistemlərinin menecmenti

Çap olunmuş vəsaitlər haqqında (dərslik, dərs vəsaiti)
  1. Qədimli N.A. “Mühasibat uçotu və audit” metodik vəsait.
  2. Алиев Р.Р. Разработка и организации безотходного технологического процесса при производстве обуви (монография). Баку, Элм, 2002.
  3. Алиев Р.Р. Инвестиции и их роль в раз­витии экономики Азербайждана (статья). //Экономика и производство. Труды научно-технической конференции. №01, Москва, 2009.
  4. Алиев Р.Р. Рационализация системы разделения предметов ведения и полномочий между органами государственной власти и органами местного самоуправления (статья). //Проблемы местного само­управления. №53. M, 2013.
  5. Məmmədov F.Ə., Əyyubov V.S., Əliyev R.R. Regional idarəetmə (dərs vəsaiti). Bakı, 2013.
  6. Алиев Р.Р. Улучшения системы между органами государственной власти и органами местного самоуправления (статья). Материалы докладов 47 Международной научно-технической конференции преподавателей и студентов. Витебск, 2014.
Kafedra əməkdaşları haqında məlumat
 1
Hüseynova Emiliya Yəhya qızı
dosent, i.f.d., Kafedra müdiri           
Hacıyev Akif Novruz oğlu 
dosent, p.f.d.
Əliyev Rövşən Rizvan oğlu 
dosent, tex.f.d.
İsgəndərov Fərman Əlisgəndər oğlu 
dosent, i.f.d.
Qarayev Maarif Şərif oğlu 
dosent, i.f.d.
Hüseynova Ruhiyyə Adil qızı
i.f.d., müəllim
Hacıyeva Elmira Zülfüqar qızı  
baş müəllim   
Paşayeva Sevda Bəhman qızı 
baş müəllim
Səfərova Təranə Allahverdi qızı 
baş müəllim
10 
Rəsulov Zaur Yusif oğlu   
baş müəllim
11 
Xəlilova Xəyalə Qəmbər qızı  
müəllim
12 
Namazova Aynur Məhəmməd qızı 
müəllim
13 
Hacıyev Azər Vahid oğlu  
müəllim
 14
Nəsibova Arifə Carı qızı
böyük laborant