Əziz dostlar!
Ölkəmizin dördüncü ən böyük şəhərində yerləşən Mingəçevir Dövlət Universiteti (MDU) yüksək ixtisaslı mütəxəssis hazırlamaq və gəncləri hərtərəfli inkişaf etdirmək missiyasını həyata keçirən ali təhsil müəssisəsidir. Universitetimizin “müasir təhsil, doğru seçim və uğurlu karyera” sloqanı da məhz bu missiyaya əsaslanır.
Yeni dövrün universitetinə çevrilmək, paytaxtın qabaqcıl universitetləri səviyyəsində ali təhsil xidmətləri göstərmək, ölkəmizin, o cümlədən regionun…

Mingəçevir Dövlət Universitetində bakalavriat və magistratura səviyyələrinə qəbul dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) və ya ödənişli əsaslarla həyata keçirilir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü maddəsinə əsasən, dövlət ali təhsilin hər bir səviyyəsində təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir.
Universitetimizdə bakalavriat səviyyəsinə I, II, III və IV qruplar üzrə müəyyən ixtisaslara qəbul aparılır…

Mingəçevir Dövlət Universitetinin (MDU) imicinin və nüfuzunun modernləşdirilməsi məqsədilə rebrendinq həyata keçirilib və universitetin yeni korporativ stili təsdiq olunub. Korporativ stildə MDU-nun yeni loqosu, rənglər, bədii tərtibat, brendin ümumi ideoloji məzmunu və digər elementlər öz əksini tapıb.
Loqo şərti olaraq universitetin yerləşdiyi şəhərin – Mingəçevirin baş hərfini əks etdirir. Bununla yanaşı, loqo elm və bilik mənbəyi olan kitaba bənzəyir və universitetin uğurlu gələcəyə açılan qapı olduğunu əks etdirir…

Hazırda Mingəçevir Dövlət Universitetində (MDU) kadr hazırlığının həyata keçirildiyi 4 fakültə və 1 mərkəz fəaliyyət göstərir:
– Təhsil fakültəsi
– İqtisadiyyat və idarəetmə fakültəsi
– Mühəndislik fakültəsi
– İnformasiya Texnologiyaları fakültəsi – yeni yaradılıb
– Magistratura və Doktorantura Təhsil Mərkəzi

Mövcud potensialın gücləndirilməsi, idarəetmə, tədris və tədqiqat fəaliyyətlərinin müasir tələblərə uyğun təkmilləşdirilməsi və kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi məqsədilə Mingəçevir Dövlət Universitetində (MDU) beynəlxalq əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirilmişdir. MDU qabaqcıl Türkiyə, Ukrayna, Qazaxıstan, Belarus və Almaniya universitetləri ilə əlaqələri inkişaf etdirmiş, Erasmus+ proqramında fəal təmsil olunmuş, Beynəlxalq Universitetlər Assosiasiyasına, Kəmər və Yol Universitet Alyansına üzv qəbul edilmişdir.

Qısa videolar

Loading

Tərəfdaşlarımız

Faydalı keçidlər