Fİzİka və ekologİya kafedrası

Kafedranın yaranması və fəaliyyət dövrü

Kafedra bu təhsil ocağının fəaliyyət göstərdiyi 1991-ci ildən M.Əzizbəyov adına Azərbaycan Sənaye Universiteti Mingəçevir filialı, Mingəçevir Energetika İnstitutu və Mingəçevir Politexnik İnstitutu adları ilə zaman-zaman dəyişərək bu gündə gənc mütəxəssisləri yetişdirməkdədir.

“Fizika” kafedrası adı ilə fəaliyyətə başlayan kafedraya k.e.n., dosent Aslanov Adil Davud oğlu rəhbərlik etmişdir.

10 avqust 1992-ci ildən isə yeni ixtisasların kafedraya daxil olması ilə əlaqədar “Fizika” kafedrası və “Kimya və texnologiya” kafedralarına ayrılmışdır. “Fizika” kafedrasına f.r.e.d., professor Bədəlov Arif Zeynal oğlu, “Kimya və texnologiya” kafedrasına isə k.e.n., dosent Usubəliyev Bəybala Tacı oğlu rəhbərlik etmişdir.

İldən ilə yeni ixtisasların açılması ilə bağlı olaraq 1995-ci il iyul ayında kaferdanın adı dəyişdirilərək “Fizika, elektronika və izolyasiya texnikası” kafedrası adlandırılmış, kafedra müdiri isə professor Bədəlov A.Z. təyin edilmişdir. Kafedra ümumi fənlərin tədrisindən əlavə ixtisas kafedrası kimi fəaliyyət göstərməyə başlamışdır. T120200 “Elektroizolyasiya, kabel və kondensator texnikası” ixtisasının tədris planı tərtib olunaraq, fənn proqramları hazırlanmışdır.

2002-ci ildən institut Respublikada təhsil inkişaf proqramına uyğun olaraq TEMPUS proqramı çərçivəsində “Azərbaycanda alı məktəblərdə müasir mühəndis təhsili” adlı layihəyə qoşulmuşdur. 2005-2006-cı tədris ilindən başlayaraq TEMPUS layihəsi çərçivəsində yeni ixtisas “Elektroenergetika” ixtisası açılmışdır. Bununla əlaqədar kafedra “Fizika, elektrotexnika və elektroenergetika” kaferdası altında fəaliyyətini davam etdirmişdir.

TEMPUS layihəsi çərçivəsində kafedranın 2 əməkdaşı - Arif Bədəlov və Əbdül Qasımov Almaniyada Köln Tətbiqi Elmlər Akademiyası və Hollandiyada Züyd Tətbiqi Elmlər Universitetində ixtisasartırma kursları keçmişlər.

Yeni  050649 - “Ekologiya mühəndisliyi” ixtisasının açılması ilə əlaqədar olaraq kafedranın adı 2010-cu ildə “Fizika və ekologiya mühəndisliyi” kafedrası  olmuşdur.

Kafedranın müdiri f.r.f.d., dosent Yusifova Təranə Firqət qızıdır.

Kafedrada 2016-2020-ci illər üçün “Fizika, kimya və ekologiyanın nəzəri və eksperimental tədqiqat məsələləri” elmi-tədqiqat işinin problemlərinin araşdırılması planlaşdırılmışdır.

 

Rəhbərlik (kafedra müdiri haqqında qısa məlumat)

Yusibova Təranə Firqət qızı 1975-ci ildə Yevlax rayonun Gülövşə kəndində anadan olmuşdur. 1997-ci ildə Azərbaycan Dövlət Pedaqojı Universitetinin Fizika fakülətəsini bitirmişdir. 1998-ci ildə “Fizika, elektronika və izolyasiya texnikası” kafedrasında laborant, 0,5 ştat  müəllim vəzifəsində işləyib. 1999-cu ildə kafedranın laboratoriya müdiri vəzifəsinə təyin edilib. 1998-2002-ci illərdə AMEA Fizika İnstitutunun qiyabi aspirantı olmuşdu. 2003-cü ildə müsabiqə yolu ilə “Fizika, elektronika və izolyasiya texnikası” kafedrasına baş müəllim vəzifəsinə seçilib. 2005-ci ildə 01.04.07 – Kondensə olunmuş hal fizikası ixtisası üzrə “Gümüş tellurid və gümüş selenid kristalında yayılan faza keçidləri” mövzusunda  namizədlik dissertasiyasını müdafiə edərək f.r.e.n. alimlik dərəcəsi almışdır. 2011-ci ildən kafedra müdiri vəzifəsində çalışır. 2015-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adı verilmişdir.

T.F.Yusibova 30 elmi və metodiki işin müəllifidir.

Ailəlidir. 1 övladı var.

İxtisas haqqında 

050649 Ekologiya ixtisası üzrə təhsil alan bakalavrfundamental və peşə hazırlığına uyğun olaraq, ixtisası üzrə iş sahələrində peşə fəaliyyətinə, eləcədə ixtisası üzrə magistraturada təhsil almağa hazır olmalıdır;

- peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən istehsal sahələri, təşkilatlar, idarələr, müəssisələr və s. sferada işləyə bilməlidir.

- müxtəlif təhsil müəssisələrində (ali məktəblərdə elmi, elmi-pedaqoji fəaliyyət sahələri istisna olmaqla) çalışa bilməlidir.

Bu ixtisasın bakalavriat səviyyəsini təhsil proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı əsasında “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir.

Məzun aşağıdakı peşə kompetensiyalarına yiyələnməlidir:

- məntiqi təfəkkürə malik olmalı, mexanika və təbiət elmlərindən sadə sistem və proseslərdə riyazi modellərdən istifadə etmək bacarığına;

- madəllərin təyini və kimyəvi müəyyənləşdirilmə metodlarını bilməyə;

- kompüter texnologiyasının texniki və proqram vasitələri, müasir proqramlardan birini bilməli və həmin sistemin köməyi ilə ixtisasa aid məsələləri kompüterdə həll etmək bacarığına;

- neft-kimya istehsalında yaranan tullantıların təsnifatı çoxpilləli proseslərdə ətraf mühitin mühafizəsi;

- istehsal təsərrüfat sistemlərinin dövlət ekoloji ekspertizasını, təbii ehtiyatlardan səmərəli istifadə və onların bərpa prinsiplərini tətbiq etməyə;

- dövlət standart sistemini, metroloji ekspertiza, layihələndirilən və mövcud istehsalın ekoloji təhlükəsizliyi, qəza və fəlakət nəticələrinin qarşısının alınmasına və aradan qaldırılmasına yönəlmiş tədbirləri əldə etmək qabliyyətinə və s.    

Mütəxəssislər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan idarə və müəssisələrində, Su Təsərrüfatı və Meliorasiya Komitəsinin tikinti, istismar obyektlərində, balıqçılıq və meşəçilik təsərrüfatlarına xidmət edən tikinti, idarə və müəssisələrində, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin idarə və müəssisələrində, təbiətdən istifadədə baş verən bioekoloji, geoekoloji və aqroekoloji proseslərin öyrənilməsi və idarə olunması ilə məşğul olan müəssisə və təşkilatlarda, ərazilərin təbii mühafizə quruculuğu idarələrində, sənaye müəssisələrində tullantısız istehsal proseslərinin yaradılmasında, tullantıların təkrar emalımda, neft-kimya sənayesində ekoloji vəziyyəti yaxşılaşdıracaq layihələrin hazırlanmasında və bunlarla bağlı elmi-tədqiqat, layihə-axtarış institut və birliklərində çalışa bilərlər.

Kafedrada bakalavr pilləsi ilə yanaşı 2016/2017-ci tədris ilindən magistr təhsil pilləsində 060649 Ekologiya mühəndisliyi ixtisası üzrə Azərbaycan  Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il tarixli 08 saylı qərarı ilə təsdiq edilmiş qeyd olunan ixtisas da fəaliyyət göstərir.

Tədris olunan fənlər

1

Fizika

2

Kimya

3

Qeyri-üzvi kimya

4

Analitik kimya

5

Ekologiya

6

Ümumi ekologiya

7

Ətraf mühitə təsirin qiymətləndirilməsi

8

Ekoloji nəzarətin üsul və vasitələri

9

Mülki müdafiə

10

Ekologiya mühəndisliyinə giriş

11

Ətraf mühitin kimyası

12

Ekoloji monitorinq

13

Ekoloji ekspertiza və layihələndirmənin əsasları

14

Tullantısız istehsal prosesləri və tullantıların təkrar emalı

15

Ekoloji proseslərin elektrik ölçmələri

16

Kimya texnologiyasının əsasları

17

Çirkab suların təmizlənməsi

18

Toksikologiyanın əsasları

19

Su ehtiyyatlarının kompleks istifadəsi və mühəfizəsi

20

Radioekologiya

21

Məsafədən zondlamanın fiziki əsasları

22

Tətbiqi ekologiya və geodeziyanın əsasları

23

Ətraf mühitin mühafizəsinin nəzəri əsasları

24

Ekoloji hüquq

25

Qlobal ekologiya

Çap olunmuş vəsaitlər haqqında (dərslik, dərs vəsaiti)

1. Mehdiyev M.S., Aslanov A.D. Kimya (proqram, metodik göstəriş və yoxlama tapşırıqları), 1995.

2. Bədəlov A.Z., Dəmirov A.H., Dəmirova Z.V., Sarıyev V.İ. Fizika (Ali məktəblərin qiyabi təhsil alan tələbələri üçün tədris-metodik göstəriş), 2005.

3. Bədəlov A.Z., Dəmirov A.H., Dəmirova Z.V., Sarıyev V.İ. Fizika (Elektrik və maqnitizm bölməsi üzrə laboratoriya işlərinə dair tədris-metodik göstəriş), 2005.

4. Dəmirova Z.V., Sarıyev V.İ. Fizika (Mexanika və molekulyar fizika bölməsi üzrə laboratoriya işlərinə dair tədris-metodik göstəriş), 2008.

5. Dəmirova Z.V., Sarıyev V.İ. Fizika (Elektroenergetika – ixtisası üzrə bakalavr pilləsində təhsil alan tələbələrin təcrübələrinin təşkili və keçirilməsinə dair tədris-metodik göstəriş, 2008.

6. Yusifova T.F., Dəmirova Z.V., Sarıyev V.İ., Səlimov İ.N. Elektrotexnika və radiotexnika fənni üzrə laboratoriya işlərinə dair metodik vəsait. Mingəçevir, 2010, 70s.

7. Mehdiyev M.S., Aslanov A.D. Ekoloji məsələlərin həllində MATLAB sisteminin tətbiqi.

Kafedra əməkdaşları haqqında məlumat

1

Yusibova Təranə Firqət

dosent, f.r.f.d., kafedra müdiri

2

Məmmədov Elşad Ərşad

professor, k.e.d.

3

Mehdiyev Məhyəddin Sadıx

dosent, k.f.d.

4

Aslanov Adil Davud

dosent, k.f.d.

5

Səfərova Pərvanə Siyahbər

k.f.d., baş müəllim

6

Səlimov İlham Nəsir

f.r.f.d.

7

Ağayeva Rayihə Şəmsəddin

f.f.d., müəllim

8

Mustafayeva Vüsalə Sahib

bil.f.d., müəllim

9

Sarıyev Vüqar İsmayıl

baş müəllim

10

Abdullayev Qərib Budaq

müəllim

11

Xəlilova Gülnarə Hüseyn

laborant