Mexanİka kafedrası

Kafedranın yaranması və fəaliyyət dövrü

“Nəqliyyat və maşın mühəndisliyi” kafedrası ali məktəbin rektorunun əmri ilə “Nəqliyyat mühəndisliyi və xüsusi fənlər” və “Maşın mühəndisliyi və ümumtexniki fənlər” kafedralarının bazasında yaradılmışdır.

Kafedra bu təhsil ocağının fəaliyyət göstərdiyi M.Əzizbəyov adına Azərbaycan Sənaye Universiteti Mingəçevir filialı, Mingəçevir Energetika İnstitutu və Mingəçevir Politexnik İnstitutu adları ilə zaman-zaman dəyişərək bu gündə gənc mütəxəssisləri yetişdirməkdədir. Kafedra “Mühəndis qrafikası və layihələndirmə”, “Ümumtexniki fənlər”, “Maşınqayırma və ümumitexniki fənlər”, “Nəqliyyat”, “Nəqliyyat və idman”, “Nəqliyyat mühəndisliyi və xüsusi fənlər” kafedraları adı ilə fəaliyyət göstərmişdir.

Azərbaycan Respublikası Prezidentinin 24.07.2015-ci il tarixli müvafiq sərəncamı ilə Mingəçevir Politexnik İnstitutunun bazasında Mingəçevir Dövlət Universiteti yaradılmışdır. Buna uyğun olaraq, yenidən formalaşan “Nəqliyyat və maşın mühəndisliyi” kafedrası, universitetin rektorunun müvafiq əmri ilə fəaliyyətini bərpa etmişdir.

“Maşın mühəndisliyi və ümumtexniki fənlər” kafedrasına tex.f.d., dosent Hüseyn Məmmədov, tex.f.d., dosent Rauf Məmmədov, tex.f.d., dosent Mustafa Məmmədov və “Nəqliyyat mühəndisliyi və xüsusi fənlər” kafedrasına tex.f.d., dosent Bəxtiyar Namazov və tex.f.d., dosent Mustafa Məmmədov, kafedralar birləşdikdən sonra tex.f.d., dosent Mustafa Məmmədov və tex.f.d., dosent Vüqar Mustafayev rəhbərlik etmişdir. Hazırda kafedraya baş müəllim Mirzə Həsən oğlu Gümayev rəhbərlik edir.

Kafedrada 2016-2020-ci illər üçün bir istiqamət üzrə “Konstruksiyaların texniki səviyyəsinin tədqiqi və yüksəldilməsi problemləri” elmi-tədqiqat işi probleminin araşdırılması planlaşdırılmışdır.

Rəhbərlik (kafedra müdiri haqqında qısa məlumat)

Kafedra müdiri Mirzə Həsən oğlu Gümayev Gürcüstan SSR, Marneuli rayonunun Əzizkənd kəndində anadan olmuşdur. O, 1959-cu ildə Marneuli rayonunun Gorarx kənd orta məktəbini medalla bitirmiş və həmin il Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Mexanika fakültəsinin “Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər» ixtisasına daxil olmuşdur.

M.H.Gümayev 1964-cü ildə həmin ixtisası bitirmiş, mühəndis-mexanik ixtisasına yiyələnmiş və təyinat bölgüsü üzrə Mingəçevir Maşınqayırma zavoduna göndərilmişdir. 1965-68-ci illərdə zavodda müxtəlif vəzifələrdə - mühəndis-konstruktor, texniki nəzarət şöbəsini rəisi və plan-dispetçer şöbəsinin rəis müavini vəzifələrində işləmişdir.

M.H.Gümayev 1968-69-cu illərdə Mingəçevir Politexnik Texnikumunda (sonralar texnikum Mingəçevir Baza Politexnik Texnikumu olmuşdur) müəllim, 1969-83-cü illərdə “Avtomexanika” şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1991-ci ildə köçürülmə yolu ilə M.Əzizbəyov adına Azərbaycan Sənaye Universiteti Mingəçevir filialına keçmişdir. Sonrakı illərdə bu təhsil ocağı Mingəçevir Energetika İnstitutu, Mingəçevir Politexnik İnstitutu və Mingəçevir Dövlət Universiteti adı ilə fəaliyyətini davam etdirmişdir.

M.H.Gümayev bu tədris ocaqlarında tədris hissəsinin müvəkkili, axşam və qiyabi şöbələrə rəhbərlik həvalə edilməklə “Sənaye iqtisad” fakültəsinin dekan müavini, “Mühəndis qrafikası və layihələndirmə” kafedrasının (indiki “Nəqliyyat və maşın mühəndisliyi” kafedrası) baş müəllimi, institut Elmi Şurasının katibi, “Energetika və mexanika” fakültəsinin dekan müavini, eyni zamanda kafedra təşkil ounandan kafedra müdirinin müavini vəzifələrində çalışmışdır. Fakültə Elmi Şurasının üzvüdür.  

M.H.Gümayev 2016-cı ilin fevral ayından müvəqqəti olaraq Mingəçevir Dövlət Universiteti “Nəqliyyat və maşın mühəndisliyi” kafedrasının müdiri təyin edilmişdir.

M.H.Gümayevin müştərək müəlliflərlə 2 dərslik, 2 dərs vəsaiti, 2 metodiki iş, 25-dək fənn proqramının (onlardan 12-nə Təhsil Nazirliyinin qrifi verilmişdir) və 10-dan yuxarı elmi məqalələrin müəllifidir.

M.H.Gümayev işlədiyi müddət ərzində şəhər rəhbərliyinin Fəxri Fərmanları ilə, “Əmək veteranı” medalı və respublikanın “Təhsil əlaçısı” döş nişanı ilə təltif olunmuşdur.

Ailəlidir. 1 oğlu, 2 nəvəsi var.

İxtisaslar haqqında 

Kafedranın nəzdində iki ixtisas üzrə mütəxəssis hazırlanır:

1. 050612 - Maşın mühəndisliyi

2. 050622 - Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi.

Bakalavriat səviyyəsinin “050612-Maşın mühəndisliyi” və “050622-Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi” ixtisası üzrə Təhsil Proqramı “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunmuş “Ali təhsil pilləsinin dövlət standartı və proqramına”, “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”nın tələblərinə və “Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı”na uyğun hazırlanmışdır. Kafedranın ixtisaslarının bütün fənləri üzrə dərsliklər, dərs vəsaitləri, laboratoriya işləri və layihələrinin yerinə yetirilməsi üçün metodik göstərişlər vardır. Kafedra ixtisaslaşdırılmış auditoriyalara malikdir. “Maşın mühəndisliyi” ixtisas fənləri və ümumtexniki fənlər üzrə 21 ədəd fənn proqramına Azərbaycan Respublikası Təhsil Nazirliyinin qrifi verilmişdir.

“050612-Maşın mühəndisliyi” və “050622-Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi” ixtisasları üzrə xarakreristika aşağıdakıları özündə birləşdirir:

- bakalavrın fundamental və peşə hazırlığına uyğun olaraq ixtisası üzrə iş sahələrində peşə fəaliyyətinə, eləcə də ixtisası üzrə magistraturada təhsil almağa hazır olmalıdır;

- mülkiyyət formasından və tabeleyindən asılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən istehsal sahələri, təşkilatlar, idarələr, müəssisələr, birliklər və s. sferalarda işləyə bilməlidir;

- mövcud qaydalara riayət olunmaqla müxtəlif təhsil müəssisələrində çalışa bilməlidir.

“050612-Maşın mühəndisliyi” ixtisası üzrə tələbələrə istehsalat-texnoloji sahə üzrə aşağıdakılar aşılanmalıdır:

- maşın mühəndisliyi sahəsində İKT-in imkanlarından istifadə etmək;

- maşın mühəndisliyi sahəsində mövcud mühəndis işləmələri və texnologiyalarının tətbiqi vərdişlərinə bələd olmaq;

- müasir maşın istehsalı proseslərinin texnoloji işləmələrini inkişaf etdirmək və mənimsəmək

“050622-Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi” ixtisası üzrə tələbələrə istehsalat-texnoloji sahə üzrə aşağıdakılar aşılanmalıdır:

- müasir hesablama texnikasından və proqram təminatından istifadə etmək;

- yerüstü nəqliyyat sahəsində fundamental texniki biliklərdən istifadə etmək;

- yerüstü nəqliyyat vasitələrinin istehsalı, modernləşdirilməsi və istismarının müasir texnologiyalardan istifadə etmək;

- yerüstü nəqliyyat üzrə standart və sertifikatlaşdırma sınaqlarında iştirak;

- yerüstü nəqliyyat vasitələrinin infrastrukturu üzrə texniki və texnoloji sənədlərin işlənib hazırlanmasında, yol hərəkətinin təşkili və təhlükəsizliyinin təmin olunmasında iştirak;

- yerüstü nəqliyyat vasitələrinin təmiri və texniki servisinin yerinə yetirilməsində iştirak.

   

Tədris olunan fənlər

1

Tərsimi həndəsə və mühəndis qrafikası

2

Mühəndis qrafikası

3

Nəzəri mexanika

4

Texniki mexanika

5

Nəzəri mexanika və onun tətbiqləri

6

Tətbiqi mexanika

7

Maşın və mexanizmlər nəzəriyyəsi

8

Materiallar müqaviməti

9

Maşın detalları və konstruksiyaetmənin əsasları

10

Konstruksiya materiallarının texnologiyası

11

Materialşünaslıq

12

Metrologiya, standartlaşdırma və sertifikasiya

13

Əməyin mühafizəsi

14

Maşınqayırma texnologiyasının əsasları

15

Emal üsulları və alətlər

16

Avtomatlaşdırılmış layihə sistemlərinin (ALS) əsasları

17

Metalkəsən dəzgahlar

18

Texnoloji təchizat vasitələri

19

Texnoloji proseslərin ölçü araşdırılması

20

Maşınqayırmada keyfiyyətin normalaşdırılması

21

Maşınqayırmada istehsal sahələrinin layihələndirilməsi

22

Maşınqayırmada texnoloji proseslərin layihələndirilməsi

23

Maşın hissələrinin bərpa texnologiyası

24

Yükqaldırıcı və fasiləsiz  nəqliyyat  maşınları

25

Sahə texnologiyası

26

Texnoloji proseslərin etibarlılığı

27

Həyat fəaliyyətinin təhlükəsizliyi

28

Yol hərəkəti qaydaları və hərəkətin təhlökəzisliyi

29

Avtomobillərin istismar materialları

30

Avtomobillərin texniki istismarı

31

Avtomatlaşdırmanın əsasları

32

Nəqliyyatda xüsusiləşdirilmiş hərəkət tərkibi

33

Avtomobil nəqliyyatının infrastrukturu və logistikası

34

Avtomobillərin istehsalı və təmiri

35

Nəqliyyat mühərrikləri

36

Vahid nəqliyyat sistemi və nəqliyyat növlərinin qarşılıqlı əlaqəsi

37

Avtomobil yolları

38

Nəqliyyat vasitələrinin texniki istismarı

39

Avtomobillərin nəzəriyyəsi və hesabının əsasları

40

Avtomobil daşımalarının təşkili və texnologiyası

41

Hidravlika və hidravlik maşınlar

42

Avtomobil nəqliyyat vasitələrinin konstruksiyasının əsasları

43

Daxili yanma mühərrikləri və vurucular

Çap olunmuş vəsaitlər haqqında (dərslik, dərs vəsaiti)

Dərslik

1. Məmmədov R.K., Məmmədov H.S., Gümayev M.H. Fasiləsiz nəqliyyat maşınları. Bakı, 1997, s.584.

2. Abdullayev A.H., Gümayev M.H., Məmmədov H.S. Tətbiqi mexanika. Bakı, 2013, s.691.

Dərs vəsaiti

1. Məmmədov R.K., Gümayev M.H. Mexaniki ötürmələr. Bakı, 1996, s.96.

2. Məmmədova O.İ. Mühəndis qrafikası. Bakı, 2000, s.170.

3. İbrahimov N.Y., Mustafayev R.P. Maşın hissələrinin texnologiyası və avadanlıqları” I hissə, Bakı, 2002, s.197.

4. Abdullayev A.H., Məmmədov R.K., Gümayev M.H. Maşın detalları və konstruksiyaetmənin əsasları. 2002, 2003, s.461.

5. Heydərov Ş.Ə. Turizmdə nəqliyyat xidmətlərinin təşkili. Bakı, 2011, s.148.

6. Əliyev Q.Ə., Məsiyev H.Ə. Əməyin mühafizəsi və həyat fəaliyyətinin təhlükəsizliyi. Bakı, 2004, s.94.

7. Ahəngari Ə.S. Avtomobillərin nəzəriyyəsi. Mingəçevir, 2008. s.295.

8. Mustafayev V.S. Maşınların etibarlılığının əsasları. Mingəçevir, 2014. s.154.

Metodik vəsait

1. Gümayev M.H., Məmmədov H.S. T29.01 Maşın istehsalının texnologiyası ixtisası üzrə təcrübələrin proqramı və onların seçilməsinə dair metodik göstərişlər, 1997.

2. Məmmədova O.İ. T100000 Yerüstü nəqliyyat maşınları və nəqliyyatın istismarı,  T040000 İstilik energetikası, maşın və qurğuları istiqamətlərində. Tərsimi həndəsə, mühəndis və maşın qrafikası fənninin Maşın qrafikası hissəsi üzrə laboratoriya işləri və onların yerinə yetirilməsi üzrə metodik göstəriş. 2008.

3. Mustafayev V.S. Maşınların etibarlılığı. Metodik vəsait. 2008.

4. Məmmədov H.S. Maşınların etibarlılığı. Metodik vəsait. 2010.

5. Mustafayev V.S. Maşınqayırma məmulatlarının keyfiyyəti. Metodik vəsait. 2011.

6. Gümayev M.H., Məmmədov O.M. 050612 Maşın mühəndisliyi ixtisası üzrə bakalvr təhsil pilləsində təhsil alan tələbələrin təcrübə keçmələri üçün Proqram və metodik göstəriş 2011.   

Kafedra əməkdaşları haqqında məlumat

1.

Gümayev Mirzə Həsən

baş müəllim, Kafedra müdiri

2.

Mustafayev Vüqar Sabir

tex.f.d, dosent, Energetika və mexanika fakültəsinin dekanı

3.

Məmmədov Mustafa Əliş

tex.f.d, dosent

4.

Məmmədova Ofelya İdris

mem.f.d, dosent

5.

Heydərov Şahsuvar Əsgər

tex.f.d, dosent

6.

Qəhrəmanov Səbuhi Əbdül

t.f.d., dosent, Energetika və mexanika fakültəsinin dekan müavini

7

Əliyev Qəzənfər Əlixan

baş müəllim

8.

Mustafayev Rövşən Paşa

baş müəllim

9.

Məmmədov Oqtay Məhərrəm

baş müəllim

10.

Rəhimov Akif Şövkət

müəllim

11.

Camalov Məhəbbət Bəsər

müəllim

12.

Şükürov Şükür Əliş

müəllim

13.

Allahverdiyeva Afina Yolçu

müəllim

14.

Abbasov Ariz Mirəzim

müəllim

15.

Məmmədov İlham Qonsur

müəllim

16.

Əliyeva Şəfa Hüseyn

böyük laborant

17.

Mahmudova Sima Vəli

böyük laborant

18.

Şəfiyeva Aybəniz Baxış

böyük laborant