PEDAQOJİ FAKÜLTƏ 

1. Dekanlığın yaranması və fəaliyyət dövrü

“Pedaqoji” fakültə 2015-ci ildən fəaliyyət göstərməyə başlayıb.

Məlum olduğu kimi Azərbaycan Respublikası Prezidenti Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir, Salyan və Sumqayıt filiallarının ləğvi və “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə 24 iyul 2015-ci il tarixdə Fərman imzalamışdır. Azərbaycan Respublikası Prezidenti İ.Əliyev cənablarının 24 iyul 2015-ci il tarixli sərəncamı ilə Mingəçevir Politexnik İnstitutunun bazasında Mingəçevir Dövlət Universitetinin yaranmışdır. Sərəncamdan irəli gələn məsələlərin həll edilməsi istiqamətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı və Azərbaycan Respublukası Təhsil Nazirliyinin müvafiq əmri ilə Azərbaycan Müəllimlər İnstitutunun ləğv edilmiş Mingəçevir filialının tələbələri təhsillərini davam etmək üçün Mingəçevir Dövlət Universitetinə köçürülmüşlər.

Mingəçevir Dövlət Universitetinin rektoru tərəfindən Azərbaycan Müəllimlər İnstitutunun ləğv edilmiş Mingəçevir filialında təhsilləri yarımçıq qalmış yuxarı kurs tələbələrinin təhsil aldıqları ixtisaslarda təhsillərini davam etdirmək məqsədilə “Pedaqoji” fakültənin yaradılması haqqında 2015-ci ilin sentyabr ayında müvafiq əmr imzalamışdır.

Fakültəyə dekan uzun illər təhsil sahəsində müxtəlif strukturlarda və vəzifələrdə işləmiş, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qəhrəman Tapdıq oğlu Kələşov təyin edilib.

2. “Pedaqoji” fakültənin nəzdində fəaliyyət göstərən ixtisaslar:

050101 Azərbaycan dili və ədəbiyyat müəllimliyi.

050103 Xarici dil müəllimliyi (ingilis dili üzrə)

050105 Riyaziyyat və informatika müəllimliyi

050106 Riyaziyyat müəllimliyi

050118 İbtidai sinif müəllimliyi

050120 Məktəbəqədər təlim və tərbiyə

Hazırda fakültə pedaqoji istiqamətlər üzrə bir neçə ixtisas qruplarını özündə birləşdirir və tərkibində 3 ixtisas kafedrası fəaliyyət göstərir. Xarici dillər, Riyaziyyat, Pedaqogika və psixologiya kafedraları tərəfindən ən populyar 6 ixtisas üzrə mütəxəssislər hazırlanır. Artıq bir neçə ildir ki, universitet, o cümlədən fakültə də Baloniya, yəni kredit tədris sisteminə keçib ki, bu da universitetin diplomlarının xarici ölkələrdə, o cümlədən Avropada tanınmasına imkan verir. Fakültənin məzunları yuxarıda göstərilən ixtisaslar üzrə peşə əldə edə və bu sahələrdə çalışa bilərlər. Hazırda fakültədə yuxarıda qeyd edilən ixtisaslar üzrə bakalavr pilləsi üzrə 341 tələbə magistr təhsil  pilləsi üzrə isə 8 magistrant təhsil alır. Onların əksəriyyəti Mingəçevir şəhərindən olsalar da ətraf bölgələrdən olan tələbələrin sayı da qənaətbəxşdir.

Mingəçevir Dövlət Universiteti nəzdində “Pedaqoji” fakültəsinin mövcudluğu region üçün ixtisaslı kadrların hazırlanmasında böyük əhəmiyyət kəsb edir.

Fakültə üzrə tədris prosesində 71 nəfər professor-müəllim, o cümlədən 1 professor, 6 dosent-fəlsəfə doktorları, 12 fəlsəfə doktoru, 48 müəllim və 4 laborant iştirak edir.

Fakültənin geniş perspektiv planları vardır və ölkədə aparılan təhsilin yeniləşməsi və inkişafı sahəsində dövlət siyasətinə uyğun həyata keçirilir.

3. Rəhbərlik haqqında məlumat

Dekan: Kələşov Qəhrəman Tapdıq oğlu fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent

Q.T.Kələşov - 1946-cı ilin mart ayında Qazax rayonunun II Şıxlı kəndində anadan olmuşdur. 1967-ci ildə V.İ.Lenin adına  ADPİ-nun (hal-hazırda N.Tusi adına ADU-nun)  Fizika-riyaziyyat fakültəsinin “Riyaziyyat - rəsmxətt” ixtisasını bitirmişdir.

1967-1969-cu illərdə müəllim işləmiş, 1969-1970-ci illərdə hərbi xidmətdə olmuş, 1970-1980-ci illərdə Təhsil şöbəsində filmotekanın müdiri, metodist, direktor müavini vəzifələrində çalışmışdır. 1980-1991-ci illərdə Təhsil şöbəsimdə  məktəb inspektoru vəzifəsində  işləmişdir. 1991-ci ilin sentyabr ayından MPİ-da işləyir. 1993-cü ildə müdafiə edərək f.r.f.d. alimlik dərəcəsini, 1999-cu ildə isə dosent elmi adını almışdır. 1996-cı ildən 2002-ci ilədək institutda “Riyaziyyat və ALS” kafedrasının müdiri, 2002-2015-ci illərdə “Energetika və mexanika” fakültəsinin dekanı vəzifəsində işləmişdir. 2015-ci ildə Mingəçevir Politexnik İnstitutunun bazasında Mingəçevir Dövlət Universitetinin yaranması ilə əlaqədar olaraq yeni yaradılan “Pedaqoji” fakültəyə dekan vəzifəsinə təyin edilmişdir. 31 elmi və tədris metodiki işin, o cümlədən 7 dərs vəsaitinin, 2 metodiki vəsaitin, 22 elmi məqalə və tezisin müəllifidir.    

Ailəlidir. Üç övladı var.

Dekan müavini: Süleymanova Sevinc Nəriman qızı – 13 avqut 1966-cı ildə Mngəçevir şəhərində anadan olmuşdur. 1983-cü ildə M.F.Axundov ad. Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun “Rus dili və ədəbiyyatı” fakültəsinin “Rus dili və ədəbiyyatı müəllimliyi” ixtisasına qəbul olunmuş və 1988-ci ildə institute bitirmişdir.

1988-1998-ci illərdə Mingəçevir şəhər 4 saylı orta məktəbdə Rus dili müəllimi, 1998-2006-cı illərdə Mingəçevir şəhərində yerləşən Laçın əsas məcburi köçkün məktəbində, eyni zamanda Dünya Ərzaq Proqramı beynəlxalq təşkilatında bölmə rəhbərəri işləmişdir. 2006-2015-ci illərdə Azərbaycam Müəllimlər İnstitutu Mingəçevir filialında “İxtisasartırma və Yenidən Hazırlanma” fakültəsində, “Pedaqoji” fakültədə və “Kredit sistemi və tələbə nailiyyətlərinin  qiymətləndirilməsi” kabinetində metodist vəzifələrində çalışmışdır.

2015-ci ildə Mingəçevir Politexnik İnstitutunun bazasında Mingəçevir Dövlət Universitetinin yaranması ilə əlaqədar olaraq yeni yaradılan “Pedaqoji” fakültəyə dekan müavini vəzifəsinə təyin edilmişdir. 1 elmi məqalənin müəllifidir. Bir övladı var.

 

 4. Əməkdaşlar

1.  Kələşov Qəhrəman Tapdıq oğlu – dekan

2. Süleymanova Sevinc Nəriman qızı – dekan müavini

3. Həsənova Kamella Süleyman qızı – tyutor

4. Səmədova Sevinc Raqub qızı – tyutor

5. Nəcəfova Günel Alim qızı – tyutor

6. Məmmədova Elmayə Elman qızı – operator