Humanİtar fənlər kafedrası

Kafedranın yaranması və fəaliyyət dövrü

“Humanitar fənlər” kafedrası qeyri-ixtisas kafedrası olmasına baxmayaraq Mingəçevir Politexnik İnstitutunun əsas tədris-elmi struktur bölmələrindən biri olub, tədris, metodiki və elmi-tədqiqat işlərinin aparılmasını və tələbələr arasında tərbiyəvi məsələləri həyata keçirib. Burada müəllimlərlə yanaşı tələbələrin də elmi-tədqiqat işləri aparmasına şərait yaradılır. Tədris prosesini kafedranın yüksək ixtisaslı, peşəkar və elmi dərəcəli əməkdaşları təmin edib.

Yarandığı gündən kafedranın adı və tərkibi dəfələrlə dəyişsə də funksiyaları dəyişməmiş, fəaliyyəti müddətində səmərəli elmi-tədqiqat işlərinin yerinə yetirilməsinə nail olmuş, dərslərin yüksək elmi-nəzəri və metodiki səviyyədə aparılmasını təmin etmişdir.

Kafedraya müxtəlif illərdə professor Nazim Əhmədov, dosent Saleh İbrahimov rəhbərlik edib. 2006-cı ildən kafedraya siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Esmira Hilal qızı Cəfərova rəhbərlik edir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Mingəçevir Politexnik İnstitutunun bazasında Mingəçevir Dövlət Universitetinin yaradılması ilə əlaqədar olaraq, yenidən formalaşan “Humanitar fənlər” kafedrası, universitetin rektorunun müvafiq əmri ilə fəaliyyətini davam etdirir.

“Humanitar fənlər” kafedrasının əməkdaşları həm universitetin, həm də şəhərin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Hazırda kafedrada 3 nəfər dosent, 3 nəfər fəlsəfə doktoru, baş müəllim, 2 nəfər fəlsəfə doktoru, müəllim, 8 nəfər baş müəllim və 8 nəfər müəllim çalışır. Kafedranın müəllimlərindən 3 nəfəri AMEA-nın müxtəlif institutlarında dissertant kimi elmi-tədqiqat işlərini davam etdirirlər.

Kafedrada 2016-2020-ci illər üçün “Qloballaşan dünya və Azərbaycan” elmi-tədqiqat işinin problemlərinin araşdırılması planlaşdırılmışdır.

İxtisas haqqında 

Kafedrada bakalavr pilləsi üzrə 050113 Tarix müəllimliyi,050101 Azərbaycan dili və ədəbiyyatı müəllimliyi və magistr təhsil pilləsi üzrə 060101 Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasları üzrə Azərbaycan  Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il tarixli 08 saylı qərarı ilə təsdiq edilmiş ixtisaslar fəaliyyət göstərir.

Çap olunmuş vəsaitlər haqqında (dərslik, dərs vəsaiti)

1. Cəfərova E.H. Hakimiyyət və liderlik institutu. Siyasət, Bakı, 1999, 51 səh.

2. Cəfərova E.H. Siyasi hakimiyyət və demokratiya. Səda, Mingəçevir, 2008, 84 səh.

3. A.Haciyev, E.Cəfərova, İ.Məmmədov. Multikulturalizmə giriş. Mütərcim, Bakı, 2018, 372 səh.

4. Məmmədova R. Azərbaycan dilində nitqin formaları (psixoloji-linqvistik əsaslar). Elm və təhsil. Bakı, 2017, 140 səh.

Rəhbərlik (kafedra müdiri haqqında qısa məlumat) 

Cəfərova Esmira Hilal qızı 1956-cı ildə Ağdaş şəhərində anadan olmuşdur. 1972-ci ildə Mingəçevir şəhər 10 saylı orta məktəbi bitirmiş və V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutuna (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) daxil olmuşdur. İnstitutda təhsil aldığı illərdə eyni zamanda Ali Komsomol məktəbini bitirmişdir. 1977-ci ildə institutu bitirib Mingəçevir şəhər 2 saylı orta məktəbdə fizika müəllimi kimi fəaliyyətə başlamışdır. Komsomol işinə irəli çəkilmiş və 1977-81-ci illərdə Toxuculuq Kombinatının komsomol komitəsinin katibi, 1982-ci ildən isə Mingəçevir şəhər Komsomol Komitəsinin I katibi vəzifəsində çalışmışdır. 1989-cu ildə Azərbaycan Kommunist Partiyası Mingəçevir şəhər Komitəsinə Təşkilat şöbəsinin müdir müavini vəzifəsinə təyin edilmiş, az sonra şəhər Partiya Komitəsinin katibi seçilmişdir.

1985-ci ildə şəhər Xalq Deputatları Sovetinin deputatı, 1990-cı ildə isə deputat, eyni zamanda  şəhər sovetinin sədr müavini vəzifəsinə seçilmişdir.

1996-cı ildə sovetlərin fəaliyyətinə xitam verildiyi üçün Şəhər İcra Hakimiyyətinə işə köçürülmüş, lakin tezliklə Mingəçevir Politexnik İnstitutuna  baş müəllim kimi daimi işə keçmiş, pedaqoji və elmi fəaliyyətə başlamışdır. 2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Demokratiyaya keçid dövründə liderlik: sosial-siyasi təhlil” mövzusunda  namizədlik dissertasiyası müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsinə, 2008-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adına layiq görülmüşdür.

2006-cı ildən hazırkı dövrə qədər Mingəçevir Dövlət Universitetində “Humanitar fənlər” kafedrasının müdiri vəzifəsində çalışır.

1994-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

1988-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə, 2012-ci ildə isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilmişdir. 

2  kitab və 31 elmi məqalənin müəllifidir.

Ailəlidir. 3 övladı, 2 nəvəsi var. 

MINGƏÇEVIR DÖVLƏT UNİVERSİTETİ

HUMANİTAR FƏNLƏR KAFEDRASI

ƏMƏKDAŞLARI HAQQINDA

MƏLUMAT

1.Cəfərova Esmira Hilal qızı – s.f.d., dos., kafedra müdiri

2. Manafov Namaz Rizvan oğlu – fil.f.d., dos.

3. Namazova Flora Kamran qızı – fil.f.d., dos.

4. İsmayılov İlham Mehdixan oğlu – s.f.d., dos.

5. Məmmədova Rahilə Mirzalı qızı – fil.f.d., b/müəl.

6. Yunusova Günel Kamil qızı – fil.f.d., b/m.

7. Zeynalov Nizami Dilənçi oğlu – t.f.d., dos.

8. Manafova Maarifə Nuh qızı – fil.f.d., müəllim

9. Məmmədov İlham Mabud oğlu – baş müəllim

10. Yusifova Mətanət Rizvan qızı – baş müəllim

11. Zeynalov Üzeyir Ələmşah oğlu – baş müəllim

12. Yusibova Gülxar Firqət qızı – baş müəllim

13. Quliyeva Tahirə Əli qızı – müəllim

14. İsayeva Sevil Mirhəsən qızı – müəllim

15. Novruzova Səbinə Bəlohər qızı – müəllim

16. Hüseynova Pərvin Ağabala qızı – müəllim

17. Mustafayeva Rahilə Əsgərxan qızı ­ – baş müəllim, əməkdar müəllim

18. Gülüstani Zəminə Xosrov qızı – müəllim

19. Mövlayeva Vüsalə Əlican qızı – müəllim

20. Babazadə Ayna Çingiz qızı – müəllim

21. Abbasova Gülnar Adil qızı – müəllim

22. Dadaşova Aynur Nurəddin qızı – müəllim

23. Ağakişiyeva Səadət Arif qızı – müəllim

24. İsayeva Fəxriyyə Nail qızı – müəllim

25. Qədirova Aygün Raqif qızı – müəllim

26. Quliyeva Şəfa Teyyub qızı ­– müəllim

27. Əzizova Aynur Müsbət qızı ­– laborant

28. Məhərrəmova Nigar Mustafa qızı – laborant

MINGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ

HUMANITAR FƏNLƏR KAFEDRASI ÜZRƏ

FƏNLƏRİN SİYAHISI

Sıra

№-si

Fənlərin adı

Bakalavriat üzrə

1

Azərbaycan tarixi

2

Politologiya

3

Sosiologiya

4

Azərbaycan dili və nitq mədəniyyəti

5

Multikulturalizmə giriş

6

Davamlı insan inkişafı

7

Azərbaycan Respublikasının konstitusiyası

və hüququn əsasları

8

Peşə etikası və etiket

9

Azərbaycan şifahi xalq ədəbiyyatı

10

Dilçiliyə giriş

11

Ədəbiyyatşünaslığa giriş

12

Azərbaycan dilindən praktikum

13

Müasir Azərbaycan dili – 1 (fonetika)

14

Müasir Azərbaycan dili – 2 (leksikologiya)

15

Müasir Azərbaycan dili – 3 (morfologiya)

16

Müasir Azərbaycan dili – 4 (sintaksis)

7

Azərbaycan ədəbiyyatı tarixi –1 (Qədim dövr)

18

Azərbaycan ədəbiyyatı tarixi –2 (XIII-XVIII əsrlər)

19

Azərbaycan ədəbiyyatı tarixi –3 (XIX-XX əsrlər)

20

Azərbaycan ədəbiyyatı tarixi –4 (Müasir dövr)

21

Azərbaycan romanının inkişaf tarixi

22

Dünya ədəbiyyatı – 1 (Qədim və Orta əsrlər)

23

Dünya ədəbiyyatı – 2 (Şərqi Slavyan xalqları və Qərb ölkələri)

24

Dünya ədəbiyyatı – 3 (Türk və Şərq xalqları)

25

Azərbaycan dialektologiyası

26

Azərbaycan dili tarixi

27

Azərbaycan ədəbi dil tarixi

28

Azərbaycan dilində feil

29

Bədii mətnin linqvistik təhlili

30

Azərbaycan dilinin tədrisi metodikası

31

Əski Azərbaycan yazısı

32

Müasir Azərbaycan dili

33

Ana dili – 1

34

Ana dili – 2

35

Ana dili – 3

36

Orfoepiya və orfoqrafiya təliminin metodik əsaları

37

Nitq inkişafı üzrə işin metodikası

38

Uşaq ədəbiyyatı

39

Azərbaycan dili

40

Nitq mədəniyyəti

41

Ana dilinin tədrisi metodikası – 1

42

Musiqi və onun tədrisi metodikası

43

Türk xalqları tarixi-1

44

Türk xalqları tarixi-2

45

Arxeologiya

46

Qədim dünya tarixi

47

Orta əsrlər tarixi-1

Magistratura üzrə

1

Ədəbiyyatın tədrisi metodikasının tarixi və metodologiyası

2

Müasir Azərbaycan dili

3

Ədəbi əsərlərin təhlili

4

Azərbaycan dilinin tədrisi metodikasının müasir problemləri

5

Azərbaycan dilinin tədrisi metodikasının tarixi və metodologiyası

6

Azərbaycan ədəbiyyatının tədrisi tarixi

7

Azərbaycan dilinin tədrisi tarixi

8

Orfoepiya və orfoqrafiya təliminin elmi əsasları

9

Ədəbiyyatın tədrisinin müasir problemləri

10

Azərbaycan ədəbiyyatının tədrisi metodikası

11

Azərbaycan dilinin tədrisi metodikası

12

Azərbaycan ədəbiyyatı tarixi

13

Fənlərarası əlaqənin problemləri

14

Linqvistik təhlilin elmi-metodiki əsasları

15

Ana dilinin tədrisi metodikasının aktual problemləri

16

Orfoepiya və orfoqrafiya təliminin metodiki əsasları

17

Azərbaycan multikulturalizmi

18

İbtidai sinif şagirdlərinin nitqinin inkişaf etdirilməsi yolları