Xarİcİ dİllər kafedrası

Kafedranın yaranması və fəaliyyət dövrü

Kafedra 2000-ci ildə AMİ Mingəçevir filialında yaradılıb. Yarandığı gündən kafedranın adı və tərkibi dəfələrlə dəyişsə də xarici (ingilis, alman, fransız, rus) dillərin daha yaxşı tədris olunması və tədrisin keyfiyyətinin daha da yüksəldilməsi üçün peşəkar kadrlar, pedaqoqlar cəlb edilib.

Azərbaycan Respublikası Prezidenti 24 iyul 2015-ci il tarixdə Fərman imzalamışdır. Fərmana əsasən Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir, Salyan və Sumqayıt filiallarının ləğvi və “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanında dəyişikliklər edilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 24.07.2015-ci il tarixli müvafiq sərəncamı ilə isə Mingəçevir Politexnik İnstitutunun bazasında Mingəçevir Dövlət Universiteti yaradılmışdır. Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialı da Mingəçevir Dövlət Universitetinin tərkibinə daxil edilmişdir. Buna uyğun olaraq, yenidən formalaşan Xarici dillər kafedrası 2016-cı ilin sentyabrından universitetin rektorunun müvafiq əmri ilə fəaliyyətini bərpa etmişdir.

Hazırda kafedrada 1 nəfər dosent, 1 nəfər fəlsəfə doktoru, əməkdar müəllim, 1 nəfər fəlsəfə doktoru, baş müəllim, 1 nəfər fəlsəfə doktoru, müəllim, 7 nəfər baş müəllim və 12 nəfər müəllim, 2 laborant və 1 operator çalışır. Kafedranın müəllimlərindən 3 nəfəri AMEA-nın müxtəlif institutlarında dissertant kimi elmi-tədqiqat işlərini davam etdirirlər.

Kafedrada 2016-2020-ci illər üçün iki istiqamət üzrə - “Qloballaşma şəraitində xarici dillərin tədrisinə innovativ yeniliklərin tətbiqi” və “Azərbaycan dili və ədəbiyyat fənnlərinin öyrənilməsinin müasir problemləri və tədrisin təkmilləşdirilməsi” elmi-tədqiqat işinin problemlərinin araşdırılması planlaşdırılmışdır.

Rəhbərlik (kafedra müdiri haqqında qısa məlumat)

İsmayılov Mayıl Yolçu oğlu 1946-cı ildə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikasının) İcevan rayonunun Haqqıxlı  (sonralar Vurğun) kəndində anadan olub. 1963-cü ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna (indiki ADU) daxil olub və 1968-ci ildə həmin institutu İngilis və Azərbaycan dilləri ixtisası üzrə bitirib. Təyinatla Mingəçevir şəhərinə göndərilib və 11, 2, 1, 10 saylı ümumtəhsil məktəblərində ingilis dili müəllimi, 10 nömrəli məktəbdə tərbiyə işləri üzrə direktor müavini işləyib. 1978-ci ildən 1990-cı ilə kimi Mingəçevir şəhər Təhsil Şöbəsində məktəb inspektoru vəzifəsində çalışıb.

1990-cı ildə Azərbaycanın ilk liseylərindən olan Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü liseyi yaradıb və 2014-cü ilə kimi həmin liseyin direktoru olub.

1995-ci ildə 10.01.03 Azərbaycan ədəbiyyatı və 10.01.05 Qərbi Avropa, Amerika və Avstraliya ölkələri ədəbiyyatı indeksləri ilə Nizami Gəncəvinin “Yeddi gözəl” poeması ingilis dilində” (şərhlər, tərcümələr, səsləşmələr) mövzusunda dissertasiya işini müdafiə edib, filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.

Qarabağ müharibəsi dövründə BMT-nin Ərzaq proqramı üzrə Azərbaycanın Qərb rayonları üzrə qaçqınlarla iş aparan monitorinq qrupunun rəhbəri olub.

İki il AzərTac-da “İngilis dilində xəbərlər Baş redaksiya”nın redaktoru işləyib.

1991-ci ildən 2000-ci ilə kimi fasilələrlə Mingəçevir Politexnik İnstitutunda (indiki MDU) İngilis dili fənnini tədris edib.

2000-ci ildən başlayaraq, AMİ Mingəçevir filialında 10 il ictimai əsaslarla “Dillər və ədəbiyyatın tədrisi metodikası” kafedrasına rəhbərlik edib, eyni zamanda müəllim kimi fəaliyyət göstərib.

Hazırda Mingəçevir Dövlət Universitetində “Dillər və ədəbiyyatın tədrisi” kafedrasının müdiri vəzifəsində çalışır.

1978-ci ildə “Qabaqcıl maarif xadimi”, 2004-cü ildə “Azərbaycan Respublikasının təhsil əlaçısı” döş nişanlarına, 2005-ci ildə Azərbaycan Respublikasının “Əməkdar müəllimi” fəxri adına layiq görülüb. 2 metodik vəsaitin və 40 elmi məqalə və tezisin müəllifidir.

Ailəlidir. 2 övladı və 2 nəvəsi var.  

İxtisas haqqında 

Kafedrada bakalavr pilləsi üzrə 050103 Xarici dil müəllimliyi (ingilis dili üzrə) və magistr təhsil pilləsi üzrə 060103 Xarici dil müəllimliyi (dillər üzrə) ixtisasları üzrə Azərbaycan  Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il tarixli 08 saylı qərarı ilə təsdiq edilmiş ixtisaslar fəaliyyət göstərir.

Tədris olunan fənlər

 1

İngilis dilində hazırlığın müasir problemləri

 2

İntensiv ingilis dili

 3

İngilis dilində hazırlığın tarixi və metodologiyası

 4

İngilis dilində planlaşdırma və qiymətləndirmə metodikası

 5

Fənlərarası əlaqənin problemləri

 6

Xarici dil (alman)

 7

Xarici dil (ingilis) - I, II

 8

Xarici dil (rus) - I, II

 9

Xarici dil (fransız) - I, II

10 

Alınma sözlərin ingilis dilinin zənginləşdirilməsi yolları

 11

Fünksional yazı üslubu

 12

Praktik tərcümə

 13

Xarici dildə oxu və nitq (aşağı, orta oxu - I, II)

 14

Xarici dilin qrammatikası - I, II

 15

İxtisas dilinin praktik leksikologiyası-7

 16

Xarici dil və onun tədrisi metodikası - VI

17 

Texniki xarici dil

18 

İxtisas dilinin üslubiyyatı

19 

Xarici dilin fonetikası - I, II

20 

Ümumtəhsil kurikulumunun əsasları

21 

Müqayisəli dilçilik

22 

İxtisas dili ölkəsinin ədəbiyyatı

23 

Xarici dil (aşağı oxu və nitq - I, II

Çap olunmuş vəsaitlər haqqında (dərslik, dərs vəsaiti)

1. M.Y.İsmayılov, N.R.Manafov “Dərsi ingiliscə, rusca, almanca keçək”. Metodik vəsait, “Elm və təhsil”, Bakı, 2010, 68 səh.

2. M.Y.İsmayılov, N.R.Manafov Mingəçevir bu gün. (Azərbaycan, ingilis, rus dillərində). Metodik vəsait, “Nurlan”, Bakı, 2008.

3. N.R.Manafov Mingəçevir şəhər şivəsinin qısa lüğəti. Metodik vəsait, “Nurlan”, Bakı, 2008.

Kafedra əməkdaşları haqqında məlumat

1

İsmayılov Mayıl Yolçu

fil.f.d., əməkdar müəllim, Kafedra müdiri

Manafov Namaz Rizvan

dosent, fil.f.d.,

Allahverdiyev Elşad İsa

fil.f.d., baş müəllim

Məhərrəmova Vəfa Eldar

fil.f.d.

Əliyev Kərim Səməd

baş müəllim

6  

Qarayev Telman Abbas

baş müəllim

Hacıyeva Əsmər Srac

baş müəllim

İslamova Nərgiz Məmmədkərim

baş müəllim

Hüseynova Lalə Tohid

baş müəllim

10 

İsmayılova Mətanət Məmməd

baş müəllim

11 

Mikayılova Sevda Xası

baş müəllim

12 

Əhmədova Samirə Famil

müəllim

13 

Qəniyeva Rəbiyyə Əli

müəllim

14 

Qocayeva Şükufə Kamran

müəllim

15 

Tanrıverdiyeva Afayət İsa

müəllim

16 

Abdullayeva Xəyalə Rəmyəddin

müəllim

17 

Qurbanova Gülnarə Qorxmaz

müəllim

18 

Yusubova Rozitta Qereyevna

müəllim

19 

Quliyeva İradə Uğurlu

müəllim

20 

Məmmədova Leyla Zülfüqar

müəllim

21 

Qurbanova Dürdanə Səyyaf

müəllim

22 

Kərimova Nərgiz Elçin

müəllim

23 

İsmayılova Aygün İslam

laborant

24 

Allahverdiyeva Afiqə İftixar

laborant

25 

Salahbanova  Çinarə  Ayaz

operator