Pedaqogİka və psİxologİya kafedrası

Kafedranın yaranması və fəaliyyət dövrü

Kafedra AMİ Mingəçevir filialı yarandığı ilk gündən filialın “Pedaqogika və ictimai fənlər” kafedrası kimi fəaliyyət göstərmişdir. 2012-ci ildə kafedranın adı dəyişilərək “İctimai və təbiət fənləri” kafedrası adlandırıldı.

Ölkəmizin, o cümlədən regionun pedaqoji kadr potensialına olan tələbatı nəzərə alaraq “İbtidai sinif müəllimliyi” və “Məktəbəqədər təlim və tərbiyə”  ixtisasları fəaliyyət göstərmişdir. Bu dövrdə kafedra üzrə ixtisas tələbələrinin  sayı əyani şöbə 86 nəfər, qiyabi şöbə isə 64 nəfər olmuşdur. 

Kafedranın fəaliyyəti dövründə 21 nəfər əməkdaşı olmuşdur. Bunlardan 2 nəfəri dosent, 4 nəfəri fəlsəfə doktoru, baş müəllim, 10 nəfəri baş müəllim, 4 nəfəri müəllim, 1 nəfər isə laborant vəzifəsini tutmuşdur. Kafedra üzrə 26 fənn tədris olunub.

Azərbaycan Respublikası Prezidenti 24 iyul 2015-ci il tarixdə Sərəncam imzalamışdır. Sərəncama əsasən Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir, Salyan və Sumqayıt filiallarının ləğvi və “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanında dəyişikliklər edilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 24.07.2015-ci il tarixli müvafiq sərəncamı ilə isə Mingəçevir Politexnik İnstitutunun bazasında Mingəçevir Dövlət Universiteti yaradılmışdır. Buna uyğun olaraq, yenidən formalaşan “Pedaqogika və ictimai fənlər” kafedrası, universitetin rektorunun müvafiq əmri ilə fəaliyyətini bərpa etmişdir. 2016-cı ilin sentyabr ayından kafedra yenidən formaıaşdırılmış və “Pedaqogika və psixologiya“ kafedrası adlandırılmışdır.

Kafedrada 2016-2020-ci illər üçün iki istiqamət üzrə - “Pedaqoji kadr hazırlığının aktual məsələləri” və “Azərbaycan dövlətçilik tarixi: varislik və müasirlik” elmi-tədqiqat işinin problemlərinin araşdırılması planlaşdırılmışdır.

Rəhbərlik (kafedra müdiri haqqında qısa məlumat)

Zeynalov Nizami Dilənçi oğlu 10 yanvar 1977-ci ildə Yevlax rayonu Varvara kəndində anadan olmuşdur. 1994-1998-ci illərdə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin “Tarix” fakültəsinin əyani şöbəsini bitirib. 1998-ci ildə Bakı şəhəri Nəsimi rayonu 35 saylı tam orta məktəbdə ixtisasım üzrə tarix müəllimi vəzifəsində əmək fəaliyyətinə başlayıb. 1999-2001-ci illərdə həqiqi hərbi xidmədə olub. 2001-ci ildə həqiqi hərbi xidmətini başa vurduqdan sonra ixtisası üzrə əmək fəaliyyətini davam etdirib. 2002-2005-ci illərdə istehsalatdan ayrılmamaqla Bakı Dövlət Universitetinin “Tarix” fakültəsinin magistraturasını bitirib. 2003-cü ildə Mingəçevir şəhəri N.Nərimanov adına 1 saylı tam orta məktəbdə tarix müəllimi vəzifəsində əmək fəaliyyətimi davam etdirib. 2006-2009-cu illərdə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aspiranturasının əyani şöbəsində təhsil almış, 2010-cu ildə 07.00.02 – “Vətən tarixi” ixtisası “Eramızdan əvvəl I minilliyin sonu – eramızın I minilliyinin əvvəllərində miqrasiyalar və Azərbaycan” mövzusunda dissertasiya işini müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2010-ci ildə Mingəçevir Politexnik İnstitutunda tyutor, 2011-ci ildən institutun elmi katibi vəzifələrində işləmişdir. 2012-ci ildə Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialının “Pedaqoji” fakültəsinin dekanı vəzifəsində çalışmış, eyni zamanda filialın “İctimai və təbiət fənləri” kafedrasında 0,5 ştat vahidi üzrə baş müəllim vəzifəsini tutmuşdur.

N.Zeynalov 2015-ci ildən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun elmlər doktoru proqramı üzrə “Azərbaycanın xarici siyasəti (Antik dövrdə - e.ə. IV – e. IV əsr)” mövzuda elmi-tədqiqat işinə başlamışdır.

Hazırda Mingəçevir Dövlət Universitetinin “Pedaqogika və psixologiya“ kafedrasının müdiri vəzifəsində işləyir.

Ailəlidir, üç övladı var. 20 elmi əsərin müəllifidir.

1. Еще раз об этнической принадлежности мингечаурских катакомбных погребений // Вопросы гуманитарных наук, M.: Спутник+, 2009, № 1 (39), с. 33-38.

2. The Migrations of the Sarmatae and Caucasian Albania // Azerbaijan and Azerbaijanis. 2009, vol. 103 – 104, № 1 – 2, pp. 134 – 141.

3. Kadimdeki göçler ve Azerbaycan (miladdan önce son yüz yıl – miladddan sonrakı ilk yüz yıl içinde). Milli historioqrafi problemleri // Kültür evreni, Ankara: Kültür Ajans Yayınları, 2009, I, № 2, s. 123-136

4. Показатели древних миграции в зоне Мингечаура // Азербайджан и азербайджанцы, 2011, №1-2, vol. 109-110, с. 102-107.

5. Древние миграционные следы на территории Кавказской Албании // Вестник Казахский Национальный Университет им. Ал-Фараби. Серия историческая, 2011, №1 (60), с. 132-134

6. Son Sarmat dövründə (II -IV əsrlər) erkən hun miqrasiyalarına dair // AMEA Tarix İnstitutunun Elmi Əsərləri, 2008, 26-cı cild, s. 5-16

7. Mingəçevir katakomba qəbirlərinin etnik mənsubiyyəti haqqında // AMEA-nın Xəbərləri. Tarix, fəlsəfə, hüquq seriyası, 2009, № 10, s. 72-82

8. Alan miqrasiyaları və Azərbaycan Albaniya dövləti // AMEA Tarix İnstitutunun Elmi Əsərləri, 2010, 32-cı cild, s. 132-140

İxtisas haqqında 

050118 “İbtidai sinif müəllimliyi” və 050120 “Məktəbəqədər təlim və tərbiyə” ixtisasları üzrə Azərbaycan  Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il tarixli 08 saylı qərarı ilə təsdiq edilmişdir. Əyani formada təhsil proqramının mənimsənilməsinə normativ müddəti 4 ildir. Məzuna verilən ibtidai sinif müəllimliyi və məktəbəqədər təlim və tərbiyə ixtisas dərəcəsi bakalavriat ali təhsilin birinci pilləsidir.

2016-cı ilin sentyabr ayından Mingəçevir Dövlət Universitetində yenidən formalaşan “Pedaqogika və psixologiya“ kafedrası, universitetin rektorunun müvafiq əmri ilə fəaliyyətini bərpa etmişdir.

Tədris olunan fənlər

 1

Ali məktəb pedaqogikası

Psixologiya (magistr)

İbtidai təhsil pedaqogikasının müasir problemləri

AMMF (Elmi tədqiqat işlərinin metod və metodologiyası)

Tərbiyə işinin metodikası

Azərbaycan təhsil tarixi

Müasir pedaqoji texnologiyalar

Yaş və pedaqoji psixologiya

Uşaq anatomiyası və fiziologiyasının əsasları

10 

Uşaq anatomiyası, fiziologiyası və gigiyenası

11 

Təsviri incəsənət və onun tədrisi metodikası

12 

Azərbaycanda məktəb və pedaqoji fikir tarixi

13 

Azərbaycan məktəb və pedaqoji fikir tarixi

14 

Azərbaycanda məktəbəqədər təhsilin və məktəbəqədər pedaqogikanın inkişaf tarixi

15 

Ünsiyyət psixologiyası

16 

Məktəbəqədər müəssisələrdə yeni təlim texnologiyaları

17 

Klassiklər məktəbəqədər yaşlı uşaqların tərbiyəsi haqqında

 18

Psixologiya (bakalavr)

19 

İbtidai təhsilin pedaqogikası

20 

Loqopediya

21 

Uşaq psixologiyası

22 

Pediatriya və gigiyenanın əsasları

23 

Pedaqogika

Kafedra əməkdaşları haqqında məlumat

1

Zeynalov Nizami Dilənçi

tarix üzrə fəlsəfə doktoru, Kafedra müdiri

2

Əzizova Zenfira Mirsəfər

dosent,  p.f.d.

3

Əliyev Sahib Hümmət

p.f.d., müəllim

4

Quliyeva Səbinə Mürsəl

baş müəllim

5

Cabbarova Könül Hidayət

baş müəllim

6

İsmayılova İlhamə Şubay

müəllim

7

Yunusova Pəhruzə Məmməd

müəllim

8

Nəbiyeva Sevil Kamil

müəllim

9

Mövlayeva Vüsalə Əlican

laborant