Rİyazİyyat kafedrası

Kafedranın yaranması və fəaliyyət dövrü

Kafedra “Ali riyaziyyat” kafedrası kimi Mingəçevir Politexnik İnstitutunda 1991-95-ci tədris ilinə qədər qeyri-ixtisas kafedrası kimi fəaliyyət göstərmiş 1995-96-cı tədris ilindən isə ixtisas kafedrası kimi fəaliyyətini davam etdirmişdir. Belə ki, həmin tədris ilindən kafedraya İİ 02.15 “İqtisadi informasiya və avtomatik idarəetmə sistemləri” ixtisası verilmiş və ona görə də institutda “İqtisadiyyat və idarəetmə” və “Elektroenergetika və mexanika” fakültələrini əhatə edən 8 ixtisas üzrə keçirilən və aşağıda adları qeyd  olunan, “İqtisadi informasiya və AİS” ixtisası üzrə bütün ixtisas fənləri daxil olmaqla 31 fənn tədris olunmuşdur.

Fəaliyyəti dövründə kafedrada 2 dosent, 2 f.r.e.n., baş müəllim, 3 baş müəllim, 5 assistent, 2 müəllim və 1 laboratoriya müdiri olmaqla 15 əməkdaş olmuşdur. Bu dövr ərzində kafedra müdiri f.r.e.n., dosent  S.M.Sərdarlı olmuşdur.

1996-2002-ci tədris illərində kafedraya  f.r.e.n. Q.T.Kələşov rəhbərlik etmişdir.

2001-2002-ci tədris ilindən kafedra “Riyaziyyat və informatika” adı altında fəaliyyət göstərmiş və kafedra üzrə 13 nəfər müəllim: onlardan 2 nəfər dosent, 2 nəfər f.r.e.n., baş müəllim, 4 nəfər baş müəllim, 4 nəfər müəllim, 1 nəfər baş laborant vəzifəsində çalışmış və “Riyaziyyat”, “Tətbiqi riyaziyyat”, “Elementar riyaziyyat ”, “İnformatika” fənləri tədris olunmuşdur.

2002-2003-cü tədris ilindən kafedraya f.r.e.n. baş müəllim S.M.Mustafayev rəhbərlik etmişdir. Kafedrada 10 nəfər müəllim, 1 nəfər baş laborant fəaliyyətə başlamışdır. Onlardan 2 nəfər dosent, 2 nəfər f.r.e.n. baş müəllim, 3 nəfər baş müəllim, 3 nəfər müəllim, 1 nəfər baş laborant vəzifəsində çalışır.

2004-2005-ci tədris ilindən etibarən “Riyaziyyat və informatika” kafedrası ixtisas kafedrası kimi fəaliyyət göstərir. Kafedraya TE100200 “İnformatika” ixtisası verilmiş, ona görə də kafedra yenidən ixtisas kafedrası kimi fəaliyyət göstərməyə başlamışdır.

2010-2011-ci tədris ilindən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ali ixtisas təhsilinin Dövlət standartına uyğun olaraq ixtisasın (proqramın) sifri və adı: 050509-Kompyuter elmləri” olduğuna görə kafedranın adı “Riyaziyyat və kompyuter elmləri” adlandırılmışdır.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1059 saylı 11.09.2008-ci il tarixli əmri ilə müvəqqəti əsasnaməyə uyğun olaraq 2011-2012-ci tədris ilindən kafedrada tədris kredit sistemilə aparılır.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Mingəçevir Politexnik İnstitutunun bazasında Mingəçevir Dövlət Universitetinin yaradılması ilə əlaqədar olaraq, yenidən formalaşan “Riyaziyyat və kompyuter elmləri” kafedrası, universitetin rektorunun müvafiq əmri ilə “Pedaqoji” fakültənin tərkibində fəaliyyətini davam etdirir.

Universitetin rektorunun müvafiq əmri ilə 2016-cı ilən etibarən “İnformasiya texnologiyaları” kafedrası ilə birləşərək “Riyaziyyat” kafedrası özündə aşağıdakı ixtisaslarla əhatə olunmuşdur:

  • Kompüter elmləri
  • Riyaziyyat və informatika müəllimliyi
  • Riyaziyyat müəllimliyi
  • İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi
  • İnformasiya texnologiyaları

Bu günədək kafedranın  rəhbəri f.r.e.n., dosent S.M.Mustafayevdir. Kafedrada 28 müəllim, 1 baş laborant və 4 laborant fəaliyyət göstərir. Onlardan 1 nəfər professor, 3 nəfər dosent, 1 nəfər f.r.e.n., baş müəllim, 1 nəfər r.f.d., baş müəllim, 1 nəfər p.f.d., baş müəllim, 2 nəfər tex.f.d., 1 nəfər f.r.f.d., 8 nəfər baş müəllim, 9 nəfər  müəllim, 1 nəfər baş laborant və 1 nəfər laborant. Kafedrada hazırda 33 fənn tədris olunur.

Kafedranın fəaliyyəti dövründə elmi-tədqiqat işlərini müdafiə edərək 2 nəfər fizika-riyaziyyat elmləri namizədi (Q.T.Kələşov, S.M.Mustafayev), 2 nəfər texnika üzrə fəlsəfə doktoru (A.B.Sultanova, A.Ə.Əliyeva), 1 nəfər riyaziyyat üzrə fəlsəfə doktoru (M.F.İsmayılova) alimlik dərəcəsi adını almışdır.

Kafedrada 2016-2020-ci illər üçün “Praktik hesablama (məsələlərinin), iqtisadi (məsələlərin) eləcədə təqribi hesablama üsullarının riyazi modellərinin müəssisə, idarə, təşkilat və digər obyektlər üçün proqram təminatının işlənməsi” elmi-tədqiqat işinin problemlərinin araşdırılması planlaşdırılmışdır.

Rəhbərlik (kafedra müdiri haqqında qısa məlumat) 

Mustafayev Sahib Mustafa oğlu 1974-cü ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnistitutunun (indiki Azərbayjan Pedaqoji Universitetini) Riyaziyyat fakültəsinin riyaziyyat müəllimi ixtisasını bitirmişdir. İnstitutu bitirdikdən sonra 1974-1991-ci illərdə Yevlax rayonunun ümumtəhsil məktəblərində riyaziyyat müəllimi, sonra işgüzarlığına görə irəli çəkilərək məktəb direktoru vəzifəsində işləmişdir.

S.M.Mustafayev 1991-ci ildən etibarən Azərbaycan Neft-Kimya İnstitutunun Mingəçevir filialının İdeologiya və tərbiyə işləri üzrə direktor müavini, ümumi işlər üzrə prorektor vəzifəsinə təyin edilmişdir.

1992-ci ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin dissertantı olmuş, 1998-ci ildə “Helmholts tənliyi üçün qeyri-lokal sərhəd şərtli bir məsələnin həlli” mövzusunda dissertasiyasını müdafə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.

Elmi-pedaqoji stajı 40 ildir. 18 dərc olunmuş elmi-tədris işlərinin və 3 dərs vəsaitinin müəllifidir.

2005-ci ildən kafedranın dosentidir. S.M.Mustafayev 2002-ci ilin dekabrından hal-hazıra kimi  kafedraya  rəhbərlik  edir.

İxtisas haqqında

050509 “Kompyuter elmləri” ixtisası Azərbaycan  Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il tarixli 08 saylı qərarı ilə təsdiq edilmişdir. Əyani formada təhsil proqramının mənimsənilməsinə normativ  müddəti 4 ildir. Məzuna verilən ixtisas dərəcəsi  “Kompyuter elmləri bakalavrı” bakalavriat ali təhsilin birinci pilləsidir. Bakalavr fundamental və peşə hazırlığına uyğun olaraq ixtisası üzrə iş sahələrində peşə fəaliyyətinə, eləcə də ixtisas üzrə magistraturada təhsil almağa hazırlanır. Bakalavrın peşə fəaliyyətinin əsas sahələri kimi, mülkiyyət formasından və tabeliyindən  asılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən istehsal sahələri, təşkilatlar, idarələr, müəssisələr, birliklər və s., eyni zamanda mövcud qaydalara riayət olunmaqla müxtəlif təhsil müəssisələrində (ali məktəbdə elmi-pedaqöji fəaliyyət sahələri istisna olmaqla) işləyə bilər.

Bakalavr Azərbaycan tarixində müxtəlif dövrlərdə baş verən hadisələri, onların başvermə səbələrini, ictimai və siyasi hadisələrin gedişini, tarixi şəxsləri və onların fəaliyyətini bilməli, keçmişə aid olan bütün hadisələrə öz münasibətini bildirməyi, tarixdə baş verən qlobal hadisələr və dəyişiklikləri təhlil etməyi bacarmalıdır. Bakalavr öz əməyini eyni əsaslarda təşkil etməyi, peşə fəaliyyəti dairəsində məlumatların toplanması, emalı və saxlanmasında kompyuter metodlarından istifadə etməyi bacarmalıdır. 

Kafedra tabeliyində həmçinin 050632 “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisası da fəaliyyət göstərir. Hazırda “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisası ən perspektiv ixtisaslardan biridir. İnformasiya sistemləri – informasiyanın toplanması, ötürülməsi, emalı, saxlanması və yığılması sistemlərinin yaradılması və tətbiqinə yönələn insan fəaliyyətinin üsul və vəsitələr toplusunu daxil edən elm və texnikanın bir sahəsidir.

Bakalavrların problem fəaliyyətləri sahələri aşağıdakılardır: informasiya prosesləri və texnologiyaları, sistem və şəbəkələr, onların proqram, texniki və təşkilati təminatı, insan fəaliyyətinin müxtəlif sahələrində informasiya sistemlərinin layihələndirilməsi, sazlanması, istehsal və istismarının üsul və vasitələri.

“İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisası üzrə təhsilini bitirmiş mütəxəssis informasiya sistemlərinin layihələndirilməsi, yaradılması və istismarı tələb olunan yerlərdə işləyə bilərlər.

Kafedranın tabeliyində 050105 “Riyaziyyat və informatika müəllimliyi” və 050106 “Riyaziyyat müəllimliyi” ixtisasları da fəaliyyət göstərməkdədir.

Tədris olunan fənlər

1

Riyaziyyat - I, II, III (Riyaziyyatın əsasları, Mühəndis riyaziyyatı)

2

Ali riyaziyyat - I, II

3

Riyazi analiz - I, II, III

4

Xətti cəbr və riyazi analiz

5

Ehtimal nəzəriyyəsi və riyazi statistika

6

Ehtimal nəzəriyyəsi və riyazi statistikanın əsasları

7

İnformatika

8

İnformatikanın əsasları

9

Texniki informatika

10

İnformatika və ekoloji proseslərin kompüter analizi

11

Diskret riyaziyyat və riyazi məntiq - 1,2

12

Alqoritmik dillər - 1,2

13

Müasir proqramlaşdırma dilləri

14

Аlqoritmin analizi və hazırlanma üsulları

15

S/f. а) Kompüter qrafikası

16

Funksional analiz

17

Diferensial tənliklər

18

Optimallaşdırma üsulları

19

Riyazi fizika tənlikləri

20

İnformasiya sistemləri

21

Kompüter şəbəkələri

22

S/f. a) diskret optimallaşdırma

23

Kodlaşdırma nəzəriyyəsi və sonlu avtomatlaşdırma

24

Analizin və cəbrin ədədi üsulları(ədədi üsulların kompüterdə realizasiyası daxil olmaqla)

25

Diferensial və inteqral tənliklərin təqribi həll üsulları(ədədi üsulların kompüterdə realizasiyası daxil olmaqla)

26

S/f. а)  Əməliyyatların tədqiqi və oyunlar nəzəriyyəsi

27

S/f. a) Vizual proqramlaşdırma

28

Obrazların tanınması

29

Kompüter şəbəkələrinin təhlükəsizliyi və şəbəkədə proqramlaşdırma

30

Şəbəkə resurslarının təşkili və idarə olunması

Çap olunmuş vəsaitlər haqqında (dərslik, dərs vəsaiti)

  1. “Ali riyaziyyatdan çalışmalar” dərs vəsaiti (Kələşov Q.T., Mustafayev S.M., Sərdarlı S.M., Rəsulov M.B., Hümbətov M.M., Məmmədov M.N.,Əhmədov V.U., Fərəcova L.Ə.)
  2. “Diferensial tənliklər” dərs vəsaiti (Kələşov Q.T., Mustafayev S.M., Rəsulov M.B., Məmmədov M.N., İsmayılova M.F.)
  3. “Birdəyişənli funksiyaların inteqral hesabı” dərs vəsaiti (Kələşov Q.T., Məmmədov M.N.)
  4. “Riyazi fizika tənlikləri” dərs vəsaiti (Mütəllimov Ş.M., Mustafayev S.M., Məmmədov M.N.)
  5. “Xətti proqramlaşdırma” tədris metodik vəsait (Kələşov Q.T., Rəsulov M.B., Məmmədov M.N.)
  6. “Sıralar” dərs vəsaiti (Kələşov Q.T., Kələşova N.H.)

Kafedra əməkdaşları haqqında məlumat

1

Mustafayev Sahib Mustafa oğlu

dosent, f.r.f.d., Kafedra müdiri

2

Mütəllimov Şəmsəddin Mütəllim oğlu

professor, f.r.e.d.,

3

Kələşov Qəhrəman Tapdıq

dosent, f.r.f.d., Pedaqoji fakültənin dekanı

4

İsrafilova Elmira Nəriman

dosent, tex.f.d.

5

Rəsulov Mehman Bulud oğlu

f.r.e.n., baş müəllim

6

Hümbətov Müsəllim M

p.e.n., baş müəllim

7

İsmayılova Məlahət Fərrux qızı

r.f.d., baş müəllim

8

Əliyeva Almaz Əli qızı

tex.f.d., baş müəllim

9

Əhmədov Möhübbət Zaməddin

tex.f.d., baş müəllim

10

Abbasov Nizami Yusif

f.r.f.d., müəllim

11

Məmmədov Məhəmməd Nazim oğlu

baş müəllim

12

Paşayev Mürsəl Əbil oğlu

baş müəllim

13

Əhmədov Vilayət Uğurlu oğlu

baş müəllim

14

Kələşova Nətavan Həmdiyyə qızı

baş müəllim

15

Xəlilov Elnur Oktay

baş müəllim

16

Əmiraslanova Rəsmiyyə İsrayıl

baş müəllim

17

Babuşov Sabir Nəriman

baş müəllim

18

Abdullayev Vaqif Şəmsəddin

baş müəllim

19

Əliyeva Zenfira Əhməd qızı

müəllim

20

Aslanova Səadət Rəfail qızı

müəllim

21

Allahverdiyeva Səriyyə İnqilab

müəllim

22

Mustafayeva Aidə Mübariz

müəllim

23

Abdurrahmanova Asudə Məmmədəli

müəllim

24

Əliyev Bəxtiyar Səttar

müəllim

25

Nəsirova Şəbnəm Sadıq

müəllim

26

Əlizadə Ceyhun Bəşir

müəllim

27

Məmmədova İradə Əli

müəllim

28

Məmmədova Məhbarə Səməd qızı

baş laborant

29

Aşurova Ülviyyə Akif qızı

laborant

30

Osmanova Gülnigar Saleh

laborant

31

İslamova Dinarə Şirin

laborant

32

Nuriyeva Validə Aydın

laborant