İNFORMASİYA TEXNOLOGİYALARI MƏRKƏZİ

 

MDU-nun İnformasiya Texnologiyaları Mərkəzi 10 sentyabr 2015-ci ildə Mingəçevir Politexnik İnstitutunun Kompyuter Tədris Mərkəzinin (2000-ci il) bazası əsasında yaradılmışdır. Hazırda İnformasiya Texnologiyaları Mərkəzinin 5 nəfərdən ibarət əməkdaşı var.

Xəlilov Elnur Oktay oğlu – direktor

Məmmədli Gülnar Şahmurad qızı – İKT üzrə operator

Nağıyeva Çinarə Akif qızı – laborant

Məsimova Xuraman Lətif qızı – laborant

Abdullayev Əli Cəfər oğlu – İKT üzrə texnik

Cəfərli Nərmin Abdulla – operator

Mərkəzin rəhbəri: Xəlilov Elnur Oktay oğlu

İnformasiya texnologiyaları mərkəzi aşağıdakı şöbələrdən ibarətdir:

- elmi və tədris işlərinin kompyuterləşməsi;

- sistem proqramlaşdırılması və avtomatik idarəetmə sistemləri;

- internet və şəbəkə texnologiyaları;

- kompyuterlərin texniki təminatı.

Hazırda 10 elmi-tədris auditoriyasını (kompyuter auditoriya - hər auditoriyada 10 və daha çox kompyuter olmaqla) və 2 imtahan zallarını özündə birləşdirən İnformasiya Texnologiyaları Mərkəzi ən müasir kompyuter avadanlıqları və proqram vasitələri ilə təchiz olunmuşdur. Hər bir fakültənin kompyuter auditoriyasında lokal şəbəkə yaradılmış və həmin kompyuterlərin MDU-nun ümumuniversitet lokal şəbəkəsi vasitəsi ilə internetə çıxışı təmin olunmuşdur.

Universitetdə fakültə dekanlıqlarını, kafedralarını, laboratoriyalarını, bütün struktur və şöbələri özündə birləşdirən lokal şəbəkə fəaliyyət göstərir. Son olaraq universitetin nəzdində ETİ və ETL-lər lokal şəbəkəyə qoşulmuşdur.

ƏLAQƏ:

Əsas bina, D.Əliyeva küç., 22

Tel.: (+99424) 274-35-87

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.