Tədrİs hİssəsİ

 

TƏDRİS HİSSƏSİNİN FƏALİYYƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİ AŞAĞIDAKILARDIR:

- Tədris ilinin əvvəlində bütün istiqamətlər üzrə universitetə qəbul olmuş abituriyentlər haqqında müvafiq fakültə dekanlıqlarından təqdimatların alınması və TQDK-ın protokolları ilə tutuşdurulduqdan sonra onların I kursa qəbul olunmaları barədə əmrin hazırlanması;

- Payız və yaz imtahan sessiyalarının keçirilməsi, ümumiyyətlə tədris işləri ilə bağlı rəhbər əmrlərin , sərəncamların hazırlanması; imtahan biletlərinin, vərəqələrinin möhürləməsi, 3 fakültə üzrə imtahan cədvəllərinin yığılması, gündəlik keçirilən yazılı imtahanların cavab vərəqələrinin hazırlanması və rektorluğa təqdim olunması;

- Yeni tədris ilinə hazırlıq məqsədi ilə dərs yükünün planlaşdırılması, bölgüsünə nəzarət və onun təsdiq olunduqdan sonra əmrləşdirilməsi;

- Seçki müddəti başa çatmış professor-müəllim heyətinin seçkisi, vakant vəzifələri tutmaq üçün elanların hazırlanması və ərizələrin qəbulu. Fakültə Elmi Şurasında müzakirə olunduqdan sonra bu qurumların çıxarışlarına əsasən əmrləşdirilmənin həyata keçirilməsi;

- Tələbələrin xaric olunma, akademik məzuniyyət, soyadın dəyişilməsi, töhmət verilmə, dublikat tələbə bileti və qiymət kitabçası verilmə, tələbələrin diplom müdafiəsinə buraxılması, təqaüd verilməsi, yay və qış tətilləri müddətində xariç olmuş tələbələrin yenidən bərpası, eləcə də köçürülməsinə dair  təqdim olunmuş sənədlərin müvafiq komissiya üçün hazırlanması;

- Dəftərxana və fakültələrdən daxil olan icra üçün qeydiyyat işinin aparılması və nəzarəti, icra olunmuş əmrləşdirilmiş sənədlərin yerləşdirilməsi, tədris hissəsindən kənara göndərilən məktubların qeydiyyatı;

- İllik stasistik hesabatın (forma 3 – ET) və hər 3 aydan bir rüblük hesabatların hazırlanması. Tələbələrin “hərəkətlərinin” əmr kitabında qeyd olunması;

- Telefonoqramların  verilməsi, sessiyanın nəticələrinin və akademik borcların ləğv olunması barədə hecabatların toplanılıb qrafikə uyğun hazırlanması;

- MDU-nu bitirən məzunların TN-ə hesabatın hazırlanması. TN-dən diplomların alınması və fakültələrə paylanılması, verilən diplomların hesabatının hazırlanması. Dublikat diplomların verilməsi üçün müvafiq sənədlərin yığılması, komissiyada baxılaraq arayış verdikdən sonra əmrləşdirilməsi;

- Professor-müəllim heyətinin təsdiq olunmuş qrafikə əsasən ixtisasartırmaya göndərilməsi. Digər ali məktəblərdən professor-müəllim heyətinin MDU-da ixtisasartırmaya qəbul olunması;

- Bakalavr pilləsi üzrə tədris, istehsalat, pedaqoji təcrübələrinin keçirilməsinin sənədləşdirilməsi və  nəzarət  olunması;

- Fakültələrin təqdimatları əsasında DAK sədlərinin siyahısının Təhsil Nazirliyinə təsdiq üçün göndərilməsi;

- I kursa qəbul olunmuş tələbərin şəxsi işlərinin fakültələrdən qəbul olunması, təhsil aldıqları müddətdə onlara aid verilmiş əmrlərin işlənib şəxsi işlərinə qeyd olunması;

- Tədris hissəsi üzrə əmrlərin, sərənçamların və sorğu məktublarının və digər sənədlərin hazırlanması;

- Saathesabı müəllimlərə zəhməthaqqının ödənilməsi sənədlərinin hazırlanması.

Ümumiyyətlə, Tədris hissəsinin fəaliyyəti çox istiqamətli olmaqla 1500 tələbə və 155 professor-müəllim heyətini əhatə edir.

Hazırda tədris hissəsinin 9 əməkdaşı var:

Yusubova Xatın Milan - tədris hissəsinin müdiri

Zeynalov Üzeyir Ələmşah - müdir müavini

Quliyeva Raya Məhəmmədəli - metodist

Əhmədov Haqverdi Məmməd - universitet təcrübə rəhbəri

Məhərrəmov Eldar Əmircan - dispetçer

Yusibova Zülfiyyə Vəli - statist

Mustafayeva Qəribə Sabir - operator

Tahirova Zemfira Tahir - operator

Məmmədova Şəfiqə Talıb - operator

Əlaqə:

Tədris hissəsinin əlaqə telefonları: (024)274-92-55

Ünvan: AZ4500, D.Əliyeva küçəsi 21, Əsas bina, II mərtəbə, otaqlar 118, 120