Təhsildə  Keyfiyyətə  Təminat və  Nəzarət  Mərkəzi.

Mingəçevir Dövlət Universitetini qarşıya qoyduğu prioritet məsələlərdən birincisi təhsilin keyfiyyətinin yüksəldilməsidir. Bu məqsədlə universitetimiz 2018ci ildə Bakı Biznes Universitetinin kordinatoru olduğu Avropa komissiyasının Erasmus + proqramı çərçivəsində Azərbaycan Universitetlərində Keyfiyyətə Təminat Mərkəzlərinin Yaradılması və inkişaf etdirilməsi (EQAC)  layihəsinə qoşulmuşdur. Bu məqsədlə “01”   “05”  2018-ci ildən   Mingəçevir Dövlət Universitetində “Təhsildə  Keyfiyyətə  Təminat və  Nəzarət  Mərkəzi” yaradılmışdır.

Təhsildə  Keyfiyyətə  Təminat və  Nəzarət  Mərkəzi Mingəçevir Dövlət Universitetinin   struktur tərkib hissəsi olmaqla öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasında insan hüquqları haqqında beynəlхalq kоnvensiyaları və Azərbaycan Respublikasının tərəfdar çıхdığı digər beynəlхalq müqavilələri, "Təhsil haqqında" Azərbaycan  Respublikasının Qanununu, Prezidentin qərar və sərəncamlarını, NK-nin normativ-hüquqi aktlarını, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmr və təlimatlarını, müəssisədə qüvvədə olan standartları universitetin Nizamnaməsini, universitet rəhbərliyinin əmr və göstərişlərini, təşkilatda qüvvədə olan əməyin mühafizəsinin qayda və normalarını, Mərkəzin Əsasnaməsini əldə rəhbər tutaraq həyata   keçirir.

Hazırda Təhsildə  Keyfiyyətə  Təminat və  Nəzarət  Mərkəzinin  əməkdaşları:

Quliyeva Səbinə  Mürsəl  qızı - direktor .

Məmmədov Səhiyyədin Məhiyyədin  oğlu - monitorinq və  qiymətləndirmə koordinatoru.

Mürşüdova Raifə Novruz qızı - təlim prosesinin təşkilinə nəzarət sektorunun koordinatoru

Balakişiyeva Vəfa Tofik qızı- operator.

Mərkəzin missiyası:

•        Yüksək səviyyəli, peşəkar mütəxəssislərin hazırlanması;

•        Aşağıdakı məqsədlərə nail olmaq:

şəxsiyyət üçün (əməkdaşlar və təhsilalanlar) - intellektual, mədəni və mənəvi potensialın həyata keçirilməsi;

cəmiyyət üçün - əsas və tətbiqi elmlər sahəsində yeni mütəxəssislərin hazırlanması;

dövlət üçün-şəxsiyyətin humanist və vətənpərvər ruhunun inkişafının təmin edilməsi;

universitet üçün- mütərəqqi inkişaf, ali peşə təhsilində aparıcı rol əldə etmək.

Mərkəz öz işini Avropa standartlarına  uyğun olaraq  aşağıdakı  istiqamətlərdə  formalaşdırır :

- tədrisin və tədqiqatın keyfiyyətinin yüksəldilməsi;

-yeniliyin tətbiqi və təhsil üçün imkanların və mənbələrin araşdırılması;

-ali təhsil müəssisələrində idarəetmənin səviyyəsini yüksəltmək;

-təhsilin  keyfiyyətinin  təmin edilməsi;

-təhsilin  səmərəli təşkili  və idarə edilməsi

-Təhsil proqramlarının  əmək  bazarının  tələblərinə  uyğunlaşdırılması;

-Gənc kadrların elmi  tədqiqat  işinə cəlb edilməsi  və dövrü  nəşrlərin  beynəlxalq arenada   tanınması;

-Universitetin təhsil  və  fəaliyyət istiqamətlərinə  uyğun  müəsssisə və  təşkilatlarla ikitərəfli əməkdaşlığın qurulması;

-xüsusi  istedada  malik  olan tələbələrin  universitetin  elmi ictimai işlərin cəlb edilməsi;

-təhsilalanlar arasında mütəmadi olaraq məmnuniyyət sorğuları keçirilməsi  və rəy  təkliflərin toplanılması və təhlili.

          Əlaqə:

Dilarə  Əliyeva 21a  Mingəçevir  Az4500

II korpus otaq -209

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

           tel:27-5-53-54

           mob:055-843-41-77