Ümumi şöbə

Ümumi şöbə öz işində ali məktəb haqqında Əsasnaməni, Təhsil Nazirliyinin, ali məktəb rəhbərinin əmrlərini, sərəncamlarını və kargüzarlığın aparılmasına dair təlimatı rəhbər tutur.

Şöbənin əsas funksiyaları

- Mingəçevir Dövlət Universitetinin kargüzarlıq işlərini dəqiq və fasiləsiz təşkil etmək;

- MDU-ya daxil olan sənədlərlə tanış olmaq, təsdiq üçün rəhbərliyə təqdim olunacaq bütün sənədlərin tərtibinin keyfiyyətini yoxlamaq;

- Rəhbərliyin tapşırığı ilə ayrı-ayrı layihə, əmr və sərəncamlar, məktub, arayış və digər sənədlərin hazırlanması və aidiyyatı struktur bölmələri ilə razılaşdırılmasını təşkil etmək;

- Azərbaycan Respublikası Prezident Administrasiyası, Nazirlər Kabineti, Milli Məclis, Təhsil Nazirliyi, tədris müəssisələri və digər idarə, təşkilatlardan daxil olan sənədlərin vaxtı-vaxtında baxılması üçün rəhbərliyə təqdim edilməsi, qeydiyyata alınması, müvafiq şöbə və fakültələrə paylanmasını həyata keçirmək, sənədlərin icrasına nəzarət etmək;

- Vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlıq işlərini həyata keçirmək;

- Vətəndaşların qəbulu prosesini səmərəli təşkil etmək;

- Arxiv sənədlərinin yerləşdirilməsi, universitetin struktur bölmələrindən sənədlərin qəbul edilməsi, ekspertiza aparılması, qorunması, dövlət arxivinə təhvil verilməsi üçün hazırlanması və arxiv sənədləri haqqında daxil olan ərizələrə arayışların verilməsi işlərini yerinə yetirməkdir.

Şöbə müdiri Hüseynova Lalə Tohid qızı.

Əməkdaşlar

Hüseynova Lalə Tohid - şöbə müdiri

Cabbarova Bilqeyis Firdovsi - arxiv işçisi

İslamova Şəbnəm Ziyəddin - mühəndis

Abdullayeva Aynurə Nizami – kargüzar

Lukovskova Antonina Nikolayevna - operator

Nəbiyeva Şahnaz Şahin - laborant

Əlizadə Zöhrə Aydın - operator

Məmmədova Gülnar Saday - operator