Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçiriləcək

 

2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar olaraq Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun iştirakı ilə “Açıq qapı” günləri keçirilir.

İmtahan sessiyası dövründə tələbə və magistrantların, həmçinin onların valideynlərinin yarana biləcək suallarının operativ cavablandırılması məqsədi daşıyan “Açıq qapı” günləri hər həftənin cümə ertəsi günü hibrid formada təşkil olunur.

Hibrid formada olan görüşlərdə MDU-nun tələbələri, magistrantlar və onların valideynləri iştirak edə bilərlər.

Növbəti “Açıq qapı” günü 2022-ci ilin 16 iyun tarixində saat 16:00-da  keçiriləcəkdir.

Görüşə qatılmaq istəyənlər Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına müraciət edə bilərlər.