ELAN

MAGİSTRATURAYA QƏBUL OLUNAN BAKALAVRLARIN NƏZƏRİNƏ!

 

Mingəçevir Dövlət Universitetinin magistratura təhsil səviyyəsinə qəbul olunan bakalavrların sənəd qəbulu 2022-ci il iyulun 15-i saat 12.00-dan 25 iyul saat 12.00-dək aparılacaq. Bakalavrlar aşağıda qeyd olunan sənədlər ilə portal.edu.az saytında qeydiyyatdan keçməlidir. “portal.edu.az”-da qeydiyyatdan keçməyən şəxslər DİM tərəfindən qəbul olunmamış hesab ediləcək və həmin şəxsin qəbul əmri verilməyəcəkdir. “portal.edu.az” saytında qeydiyyatdan keçdikdən sonra qeyd olunan sənədlər Magistratura və Doktorantura Təhsil Mərkəzinə təqdim edilməlidir.

Qeydiyyat üçün tələb olunan sənədlər:

1. Şəxsiyyət vəsiqəsinin surəti;

2. Fotoşəkil (3x4 ölçüdə, ağ fonda);

3. Ali təhsil haqqında sənədin (diplomun və diploma əlavənin) surəti (notarial qaydada təsdiq edilməklə), cari ilin məzunları bakalavr təhsilini bitirmələri haqqında arayış;

4. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və hərbi biletin surəti (oğlanlar üçün);

5. Təhsil haqqı ödənişinin qəbzinin surəti (ödənişli əsaslarla qəbul olunanlar üçün);

Qeyd: ödənişli əsaslarla qəbul olan bakalavrlar qeydiyyatdan keçərkən təhsil haqqının minimum 50 %-ni ödəməlidirlər.

İmtiyazlı bakalavrlar tərəfindən əlavə olaraq aşağıda qeyd olunan sənədlərin təqdim edilməsi mütləqdir:

1. Hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş bakalavrlar:

- doğum haqqında şəhadətnamənin surəti;

- vəfat etmiş valideynin (valideynlərinin) ölüm haqqında şəhadətna-məsinin surəti;

- digər valideynin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini Tibbi-sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat (forma 88).

Qeyd: Bu imtiyaz 23 yaşınadək olan şəxslərə aiddir.

2. Məcburi köçkün statusu olan bakalavrlar:

- bakalavrın cari ilin sonunadək qeydiyyatdan keçirilmiş məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;

3. I və II dərəcə əlilliyi olan bakalavrlar:

- doğum haqqında şəhadətnamənin surəti;

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini Tibbi-sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat (forma 88).

4. Şəhid ailəsinin üzvü olan bakalavrlar:

- doğum haqqında şəhadətnamənin surəti;

- Şəhid ailəsi vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti;

- Bakalavrın Şəhid ailəsinin üzvü kimi vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti;

- Mərhum valideynin ölüm haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti.

Qeyd: Bu imtiyaz 23 yaşınadək olan şəxslərə aiddir.

5. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları (əlillik səbəbi sərəncamda göstərildiyi kimi olmalıdır):

- doğum haqqında şəhadətnamənin surəti;

- valideyinin şəxsiyyət vəsiqəsinin surəti;

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini Tibbi-sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat (forma 88).

5.1. Azərbaycan Respublikasının suverenliyi, azadlığı və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatlarla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları:

- doğum haqqında şəhadətnamənin surəti;

- Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən valideyinin Azərbaycan Respublikasının müdafiəsi zamanı həlak olması barədə sənəd-arayış və ya əmrdən çıxarış (itkin düşənin ölmüş elan edilməsi haqqında məhkəmənin qərarı)

Qeyd: Güzəşt yalnız ilk dəfə magistrant olanlara aiddir.

Yarana biləcək sualların cavablanması və məlumat əldə etmək üçün Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına, 051-389-22-02 və    051-642-23-72 nömrələrinə müraciət edə bilərsiniz.