Mingəçevir Dövlət Universitetində “Açıq qapı” günləri keçiriləcək

2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar olaraq Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun iştirakı ilə “Açıq qapı” günləri keçiriləcək.

İmtahan dövründə tələbə və magistrantların, həmçinin onların valideynlərinin yarana biləcək suallarının operativ cavablandırılması məqsədi daşıyan “Açıq qapı” günləri hər həftənin çərşənbə günü saat 15:00-da hibrid formada təşkil olunacaq.

Hibrid formada olan görüşlərdə MDU-nun tələbələri, magistrantlar və onların valideynləri iştirak edə bilərlər.

İlk “Açıq qapı” günü 2022-ci ilin 1 iyun tarixində keçiriləcəkdir.

Görüşə qatılmaq istəyənlərBu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına müraciət edə bilərlər.