Növbəti akademik mübadilə: Mingəçevir Dövlət Universitetinin tədqiqatçısı Dokuz Eylül Universitetində

  • Post category:MSU News

Mingəçevir Dövlət Universitetinin (MDU) Xarici dillər kafedrasının müəllimi Gülşən Nəsirova universitetlərarası əməkdaşlıq çərçivəsində Türkiyənin Dokuz Eylül Universiteti universitetində akademik səfərdə olub.

2025-ci ilin dekabr ayında bir həftə davam edən akademik səfər zamanı Gülşən Nəsirova Dokuz Eylül Universitetinin Buca Təhsil Fakültəsinin Xarici Dil Təhsili Bölməsinin İngilis dili müəllimliyi proqramında təhsil alan tələbələrə mühazirələr keçib və beynəlxalq akademik təcrübəsini bölüşüb. Səfər çərçivəsində o, tələbələrin dil bacarıqlarının inkişafına yönəlmiş interaktiv sessiyalar, eləcə də müasir tədris metodologiyalarına əsaslanan dərslər təşkil edib.

Səfər müddətində o, “Teaching Skills” (Tədris bacarıqları), “Speaking Skills” (Danışıq bacarıqları), “Critical Reading” (Tənqidi oxu), “Teaching Literature in ELT” (İngilis dili tədrisində ədəbiyyatın tədrisi), “Sociolinguistics” (Sosiolinqvistika) və “Moral and Ethics in Education” (Təhsildə əxlaq və etika) kimi fənlərin tədrisində fəal iştirak edib, fənn proqramına uyğun nəzəri və praktiki biliklər təqdim edib.

Qeyd edək ki, bu səfər Mingəçevir Dövlət Universiteti ilə Dokuz Eylül Universiteti arasında akademik əlaqələrin gücləndirilməsinə, tədris təcrübəsinin mübadiləsinə və beynəlxalq əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verib.