MDU-da seminar-treninq

MDU-da seminar-treninq

Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq qərarı ilə Mingəçevir Dövlət Universiteti 2018-ci ilin oktyabr ayında Akkreditasiyadan keçməlidir.

Məhz buna uyğun olaraq 14-15 may 2018-ci il tarixlərdə Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin müdiri Tofiq Əhmədov rəhbərliyi ilə idarənin əməkdaşları Lalə Abbasova, Orxan Sultanov və Lamiyə Pənahova Mingəçevir Dövlət Universitetinin prorektorlarına, dekan və dekan müavinlərinə, kafedra müdiri və müvafiq şöbələrin rəhbərlərinə seminar-treninq keçmişlər. Treninqin məqsədi Akkreditasiyanın yeni qaydalara uyğun şəkildə keçirilməsindən ibarət olduğu məlum olmuşdur.

Mingəçevir Dövlət Universitetinin prorektoru, prof. Veysəl Əyyubov treninqin keçirilməsi baradə ətraflı məlumat verdi.

Sonra Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin müdiri Tofiq Əhmədov təhsilin keyfiyyət səviyyəsi ölkədə qəbul оlunan dövlət təhsil standartları  əsasında beynəlхalq və ümumavrоpa təhsil sisteminin prinsiplərinə uyğunlaşdırılaraq təhsil pillələri üzrə müvafiq keyfiyyət göstəriciləri sisteminə (təhsil prоqramları, abituriyentlərin hazırlıq səviyyəsi, maddi-teхniki baza, infrastruktur, infоrmasiya resursları, təhsilverənlərin peşəkarlığı və elmi-pedaqоji səviyyəsi, mütərəqqi tədris teхnоlоgiyaları və s.) uyğun оlaraq müəyyən edildiyini bildirdi. Qeyd etdi ki, təhsil müəssisəsində kadr hazırlığının keyfiyyət səviyyəsi məzunların milli və beynəlхalq əmək bazarında rəqabət qabiliyyəti, ölkənin sоsial və iqtisadi inkişafında rоlu ilə müəyyən edilir. Təhsilin keyfiyyət səviyyəsi hər bir tariхi mərhələdə ictimai-siyasi, sоsial-iqtisadi, elmi və mədəni inkişafla bağlı tələblərdən irəli gəlir və akkreditasiya хidməti tərəfindən müvafiq qaydada qiymətləndirilir.

Sonra idarənin əməkdaşları Lalə Abbasova müəssisədə təhsil proqramları üzrə hazırlığın məzmunu və strukturu, müəssisədə tədris prosesinin təşki, Orxan Sultanov müəssisənin maddi-texniki bazası, müəssisənin sosial məişət şəraiti, müəssisənin maliyyə təminatı və Lamiyə Pənahova müəssisədə kadr təminatı, müəssisənin elmi-tədqiqat fəaliyyəti, müəssisənin beynəlxalq əməkdaşlığı mövzularında treninqi keçirdilər. Nazirliyin əməkdaşları tərəfindən təlimalanlara sorğu vərəqələri paylanıldı. Təkliflərlə yanaşı təlimçilərə qiymət də verildi.

Treninq qarşılıqlı diskusiya şəklində keçmişdir. Təlimalanlar onları maraqlandıran suallara təlimçilər tərəfindən cavablandırıblar. Sonda xatirə şəkili çəkdirilib.

{phocagallery view=category|categoryid=51|limitstart=0|limitcount=0}