2025-ci ilin 30 oktyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Tələbə Gənclər Təşkilatı (TGT) və Elm və İnnovasiya şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunmuş “Paradox” adlı intellektual yarış keçirilib.
Yarışın əsas məqsədi tələbələrin elmi dünyagörüşünü, məntiqi düşünmə qabiliyyətini və komanda şəklində işləmək bacarıqlarını inkişaf etdirmək olub.
Tədbirin açılışında MDU-nun Elm və innovasiya şöbəsinin nümayəndələri və Tələbə Gənclər Təşkilatının rəhbərliyi iştirakçılara uğurlar arzulayaraq, AMEA-nın ölkəmizin elmi inkişafında oynadığı mühüm roldan, eləcə də bu kimi tədbirlərin gənclərdə elmə marağı artırmaq baxımından əhəmiyyətindən bəhs ediblər.
Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən qaliblər aşağıdakı kimi müəyyən olunub:
I yer – “Edelveys” komandası
II yer – “Moonlight” komandası
III yer – “Əkiz Qüllə” komandası
Sonda, qalib komandalar diplom və hədiyyələrlə təltif olunublar.