Mingəçevir Dövlət Universitetində “Green Citizenship and Sustainable Campus Leadership” təlimi keçirilib

  • Post category:MDU xəbərləri

Mingəçevir Dövlət Universitetində tələbələrin ekoloji məsuliyyət, dayanıqlı həyat tərzi və yaşıl kampus mədəniyyəti istiqamətində bilik və bacarıqlarının artırılması məqsədilə “Green Citizenship and Sustainable Campus Leadership” adlı təlim proqramı təşkil olunub.

Təlim zamanı iştirakçılara dayanıqlı inkişaf məqsədləri (SDGs), yaşıl universitet konsepsiyası, tullantıların azaldılması, resurslardan səmərəli istifadə, enerji qənaəti, ekoloji davranış modelləri və məsuliyyətli vətəndaşlıq prinsipləri barədə ətraflı məlumat verilib. Sessiyalarda tələbələrin gündəlik həyatda tətbiq edə biləcəkləri ekoloji yanaşmalar, universitet kampusunda yaşıl transformasiya təşəbbüsləri və davamlı davranış vərdişləri müzakirə olunub.

Tədbirdə həmçinin “small steps, big impact” yanaşması çərçivəsində tələbələrin fərdi ekoloji məsuliyyətinin artırılması, plastik istifadəsinin azaldılması, təkrar emal vərdişlərinin təşviqi və dayanıqlı kampus fəaliyyətlərində aktiv iştirakın əhəmiyyəti vurğulanıb.

İnteraktiv formatda keçirilən təlim çərçivəsində iştirakçılar təqdimatlar, müzakirələr və fikir mübadilələrində fəal iştirak ediblər. Tədbirin sonunda proqramı uğurla tamamlayan tələbələrə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, bu kimi təşəbbüslər Mingəçevir Dövlət Universitetində ekoloji məsuliyyət mədəniyyətinin formalaşdırılması, tələbələrin yaşıl liderlik bacarıqlarının inkişaf etdirilməsi və universitetin beynəlxalq dayanıqlılıq meyarlarına uyğun institusional fəaliyyətlərinin gücləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyətlərin tərkib hissəsidir.