PEDAQOJİ FAKÜLTƏ

  • Post category:Category (AZ)

PEDAQOJİ FAKÜLTƏ

1. Dekanlığın yaranması və fəaliyyət dövrü

Pedaqoji fakültə 2015-ci ildən fəaliyyət göstərməyə başlayıb. Məlum olduğu kimi Azərbaycan Respublikası Prezidenti Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir, Salyan və Sumqayıt filiallarının ləğvi və “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə 24 iyul 2015-ci il tarixdə Fərman imzalayıb.

Azərbaycan Respublikası Prezidenti İ.Əliyev cənablarının 24 iyul 2015-ci il tarixli sərəncamı ilə Mingəçevir Politexnik İnstitutunun bazasında Mingəçevir Dövlət Universiteti yaranıb. Sərəncamdan irəli gələn məsələlərin həll edilməsi istiqamətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı və Azərbaycan Respublukası Təhsil Nazirliyinin müvafiq əmri ilə Azərbaycan Müəllimlər İnstitutunun ləğv edilmiş Mingəçevir filialının tələbələri təhsillərini davam etmək üçün Mingəçevir Dövlət Universitetinə köçürülüblər.

Mingəçevir Dövlət Universitetinin rektoru tərəfindən Azərbaycan Müəllimlər İnstitutunun ləğv edilmiş Mingəçevir filialında təhsilləri yarımçıq qalmış yuxarı kurs tələbələrinin təhsil aldıqları ixtisaslarda təhsillərini davam etdirmək məqsədilə Pedaqoji fakültənin yaradılması haqqında 2015-ci ilin sentyabr ayında müvafiq əmr imzalanıb.

Mingəçevir Dövlət Universiteti Pedaqoji fakültənin ilk dekanı, 2015-2017-ci illərdə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Kələşov Qəhrəman Tapdıq oğlu olub.

2017-ci ilin sentyabrından fakültəyə tarix üzrə fəlsəfə doktoru, dosent Zeynalov Nizami Dilənçi oğlu rəhbərlik edir.

 

2. Bakalavr səviyyəsi üzrə Pedaqoji fakültənin nəzdində fəaliyyət göstərən ixtisaslar:

050101 Azərbaycan dili və ədəbiyyat müəllimliyi.

050103 Xarici dil müəllimliyi (ingilis dili üzrə)

050105 Riyaziyyat və informatika müəllimliyi

050106 Riyaziyyat müəllimliyi

050113 Tarix müəllimliyi

050118 İbtidai sinif müəllimliyi

050120 Məktəbəqədər təlim və tərbiyə

Hazırda fakültə pedaqoji istiqamətlər üzrə bir neçə ixtisas qruplarını özündə birləşdirir və tərkibində 4 ixtisas kafedrası fəaliyyət göstərir. Humanitar fənlər, Xarici dillər, Riyaziyyat, Pedaqogika və psixologiya kafedraları tərəfindən ən populyar 7 ixtisas üzrə mütəxəssislər hazırlanır. Artıq bir neçə ildir ki, universitet, o cümlədən fakültə də Baloniya, yəni kredit tədris sisteminə keçib ki, bu da universitetin diplomlarının xarici ölkələrdə, o cümlədən Avropada tanınmasına imkan verir. Fakültənin məzunları yuxarıda göstərilən ixtisaslar üzrə peşə əldə edə və bu sahələrdə çalışa bilərlər. Hazırda fakültədə yuxarıda qeyd edilən ixtisaslar üzrə bakalavr səviyyəsində 607 nəfər tələbə, magistr təhsil səviyyəsində isə 39 magistrant təhsil alır. Onların əksəriyyəti Mingəçevir şəhərindən olsalar da ətraf bölgələrdən olan tələbələrin sayı da qənaətbəxşdir.

Mingəçevir Dövlət Universiteti nəzdində “Pedaqoji” fakültəsinin mövcudluğu region üçün ixtisaslı kadrların hazırlanmasında böyük əhəmiyyət kəsb edir.

Fakültə üzrə tədris prosesində 71 nəfər professor-müəllim, o cümlədən, 17 nəfər fəlsəfə doktoru, dosent, 4 nəfər fəlsəfə doktoru, baş müəllim, 1 nəfər fəlsəfə doktoru, müəllim, 21 nəfər baş müəllim, 32 nəfər müəllim, 7 nəfər laborant iştirak edir.

Fakültənin geniş perspektiv planları vardır və ölkədə aparılan təhsilin yeniləşməsi və inkişafı sahəsində dövlət siyasətinə uyğun həyata keçirilir.

 

3. Rəhbərlik haqqında məlumat

Dekan: Zeynalov Nizami Dilənçi oğlu tarix üzrə fəlsəfə doktoru, dosent

Zeynalov Nizami Dilənçi oğlu 10 yanvar 1977-ci ildə Yevlax rayonu Varvara kəndində anadan olub. 1994-1998-ci illərdə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin “Tarix” fakültəsinin əyani şöbəsini bitirib. 1998-ci ildə Bakı şəhəri Nəsimi rayonu 35 saylı tam orta məktəbdə ixtisası üzrə tarix müəllimi vəzifəsində əmək fəaliyyətinə başlayıb.

1999-2001-ci illərdə həqiqi hərbi xidmədə olub.

2001-ci ildə həqiqi hərbi xidmətini başa vurduqdan sonra ixtisası üzrə əmək fəaliyyətini davam etdirib. 2002-2005-ci illərdə istehsalatdan ayrılmamaqla Bakı Dövlət Universitetinin “Tarix” fakültəsinin Magistratura pilləsini bitirib. 2003-cü ildə Mingəçevir şəhəri N.Nərimanov adına 1 saylı tam orta məktəbdə tarix müəllimi vəzifəsində əmək fəaliyyətimi davam etdirib.

2006-2009-cu illərdə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aspiranturasının əyani şöbəsində təhsil alıb, 2010-cu ildə 07.00.02 – “Vətən tarixi” ixtisası “Eramızdan əvvəl I minilliyin sonu – eramızın I minilliyinin əvvəllərində miqrasiyalar və Azərbaycan” mövzusunda dissertasiya işini müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2010-ci ildə Mingəçevir Politexnik İnstitutunda tyutor, 2011-ci ildən institutun elmi katibi vəzifələrində işləyib. 2012-ci ildə Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialının “Pedaqoji” fakültəsinin dekanı vəzifəsində çalışıb, eyni zamanda filialın “İctimai və təbiət fənləri” kafedrasında 0,5 ştat vahidi üzrə baş müəllim vəzifəsini tutub.

Mingəçevir Politexnik İnstitutunun bazasında Mingəçevir Dövlət Universitetinin yaranması və Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialının ləğv edilməsi ilə əlaqədar, 2015-2017-ci illərdə “Pedaqogika və psixologiya“ kafedrasının müdiri vəzifəsində işləyib.

N.Zeynalov 2015-ci ildən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda elmlər doktoru proqramı üzrə “Azərbaycanın xarici siyasəti (Antik dövrdə – e.ə. IV – e. IV əsr)” mövzuda elmi-tədqiqat işinə başlayıb.

2017-ci ilin sentyabr ayından Mingəçevir Dövlət Universiteti Pedaqoji fakültəsinin dekanı vəzifəsində işləyir.

Ailəlidir, üç övladı var. 29 elmi əsərin müəllifidir.

Dekan müavini: Süleymanova Sevinc Nəriman qızı 13 avqut 1966-cı ildə Mngəçevir şəhərində anadan olub. 1983-cü ildə M.F.Axundov ad. Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun “Rus dili və ədəbiyyatı müəllimliyi” ixtisasına qəbul olub və 1988-ci ildə institutu bitirib.

1988-1998-ci illərdə Mingəçevir şəhər 4 saylı orta məktəbdə Rus dili müəllimi, 1998-2006-cı illərdə Mingəçevir şəhərində yerləşən Laçın əsas məcburi köçkün məktəbində, eyni zamanda Dünya Ərzaq Proqramı beynəlxalq təşkilatında bölmə rəhbərləri işləib. 2006-2015-ci illərdə Azərbaycam Müəllimlər İnstitutu Mingəçevir filialında “İxtisasartırma və Yenidən Hazırlanma” fakültəsində, “Pedaqoji” fakültədə və “Kredit sistemi və tələbə nailiyyətlərinin qiymətləndirilməsi” kabinetində metodist vəzifələrində çalışıb.

2015-ci ildə Mingəçevir Politexnik İnstitutunun bazasında Mingəçevir Dövlət Universitetinin yaranması ilə əlaqədar olaraq yeni yaradılan Pedaqoji fakültəyə dekan müavini vəzifəsinə təyin edilib.

S.Süleymanova 2017-ci ildə Gəncə Dövlət Universitetinə 5718.01 Dünya ədəbiyyatı ixtisası üzrə dissertanturaya qəbul olunub. 6 elmi məqalənin müəllifidir.

Ailəlidir, bir övladı var.

 

 

4. Əməkdaşlar

1. Zeynalov Nizami Dilənçi oğlu – dekan

2. Süleymanova Sevinc Nəriman qızı – dekan müavini

3. İbrahimova Lamiyə Mahir – metodist

4. Həsənova Kamella Süleyman qızı – tyutor

5. İslamova Şəbnəm Ziyyədin qızı – tyutor

6. Zeynalova Aynurə Aydın – tyutor

7. Nəcəfova Günel Alim qızı – tyutor

8. Məmmədova Еlmayə Elman qızı – operator