Tərbiyə işləri üzrə prorektor

  • Post category:Category (AZ)

Tərbiyə işləri üzrə prorektor

                                                           Rövşən Rizvan oğlu Əliyev                        

                                                           Tel.: (+994 24) 275…………..                               

Əliyev Rövşən Rizvan oğlu

texnika üzrə fəlsəfə doktoru, dosent

MDU-nun Tərbiyə işləri üzrə prorektoru

İş telefonu: (+994 24)275…………….. 

e-mail: rovshan36@mail.ru

QISA BİOQRAFİK MƏLUMAT

  • 14 iyun 1965-ci ildə Gəncə şəhərində anadan olub. 1982-ci ildə orta məktəbi bitirdikdən sonra müxtəlif vaxtlarda “Göy-göl” kompleksində, Gəncə şəhər Xalça-mahud kombinatında və Nizami adına şərab zavodunda fəhlə işləyib.
  • 1982-ci ildə Azərbaycan Texnologiya İnstitutunun “Toxuculuq və yüngül sənayenin texnologiyası” ixtisasına qəbul olub.
  • 1983-1985-ci illərdə həqiqi hərbi xidmətdə olub.
  • 1985-ci ildə hərbi xidməti başa vurduqdan sonra təhsilini davam etdirib, 1990-cı ildə institutu fərqlənmə diplomu ilə bitirib.

ƏMƏK FƏALİYYƏTİ

  • 1990-cı ildə Azərbaycan Texnologiya İnstitutunun “Ayaqqabı istehsalı texnologiyası və      

     materialşünaslıq” kafedrasında laborant, 1992-ci ildə assistent, 1997-ci ildə baş müəllim, 1998-ci                    

     ildə isə dosent vəzifələrində işləyib.

  • 1991-ci ildə Kiyev Yüngül Sənaye Texnologiya İnstitutuna dissertant kimi qəbul olunub, 1993-cü ildə namizədlik dissertasiyasını həmin institutda müdafiə edərək Ukrayna Ali Attestasiya Komissiyasının qərarına əsasən Gön qalantereya məmulatlarının texnologiyası ixtisası üzrə texnika elmləri namizədi elmi dərəcəsinə layiq görülub.
    • 1994-cü ildə Azərbaycan Texnologiya İnstitutunun Aspirantura şöbəsinin müdiri.
  • 1994-95-ci illərdə Gəncə şəhər Xalq Deputatları Məclisində Azərbaycan Respublikası Xalq Deputatının köməkçisi və daha sonra təşkilat şöbəsinin təlimatçısı.
  • 1999-2002-ci illərdə “Çoxişlənən malların texnologiyası və materialşünaslıq” kafedrasının müdiri.
  • 2001-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında AAK-in qərarı ilə ona dosent elmi adı verilib.
  • 2002-2015-ci illərdə Azərbaycan Texnologiya Universitetinin “İnzibati idarəetmə” kafedrasının dosenti.
    • 2013-14-cü illərdə Azərbaycan Texnologiya Universitetinin Tədris şöbəsinin müdiri.
    • 2014-15-ci illərdə Azərbaycan Texnologiya Universitetinin Tədris işləri üzrə prorektor.
    • 1 dərs vəsaiti,  1 monoqrafiya, 93 elmi əsər və metodiki vəsaitlərin müəllifidir.
    • Ailəlidir, 2 övladı var.

TƏHSİLİ, ELMİ ADI VƏ ELMİ DƏRƏCƏSİ

  • 1982-1990 – tələbə, AzTİ
  • 1991-1993 – dissertant, Kiyev Yüngül Sənaye Texnologiya İnstitutu
  • 1993 – tex.e.n., Kiyev Yüngül Sənaye Texnologiya İnstitutu
  • 2001 – dosent elmi adı almışdır.

SEÇİLMİŞ ƏSƏRLƏRİ

  1. Алиев Р.Р. Разработка и организации безотходного технологического процесса при производстве обуви (монография). Баку, Элм, 2002.
  2. Алиев Р.Р. Инвестиции и их роль в раз­витии экономики Азербайждана (статья). //Экономика и производство. Труды научно-технической конференции. №01, Москва, 2009.
  3. Алиев Р.Р. Рационализация системы разделения предметов ведения и полномочий между органами государственной власти и органами местного самоуправления (статья). //Проблемы местного само­управления. №53. M, 2013.
  4. Məmmədov F.Ə., Əyyubov V.S., Əliyev R.R. Regional idarəetmə (dərs vəsaiti). Bakı, 2013.
  5. Алиев Р.Р. Улучшения системы между органами государственной власти и органами местного самоуправления (статья). Материалы докладов 47 Международной научно-технической конференции преподавателей и студентов. Витебск, 2014.