Mövcud təhsil proqramları üzrə işçi qrupu əmək bazarı nümayəndələri ilə görüşüb

  • Рубрика записиMDU xəbərləri

Mövcud təhsil proqramı (Riyaziyyat müəllimliyi və Riyaziyyat- informatika müəllimliyi) üzrə Riyaziyyat kafedrasının işçi qrupu əmək bazarı nümayəndələri ilə görüşüb.

12 fevral 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin Riyaziyyat kafedrasının professor-müəllim heyətindən bir qrupu Mingəçevir şəhər Təbiət Riyaziyyat və Humanitar Elmlər Təmayüllü liseyin rəhbərliyi ilə görüş keçirib. İşgüzar qaydada təşkil edilən görüşdə Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü liseyin direktoru Aidə İsmayılova, Tədris işləri üzrə direktor müavini Rafiq Qasımov və Riyaziyyat müəllimi Gülnar Əhmədova, İnformatika müəllimi Xəyalə Əliyeva və Riyaziyyat kafedrasının müdiri dos. Rövşən Babayev, kafedranın əməkdaşları Səriyə Allahverdiyeva, Sabir Babuşov və Könül Sadıqova iştirak ediblər.

Görüşdə cəmiyyətin inkişafında təhsilin, yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında Riyaziyyatın tədrisinin müstəsna rolu vurğulanmış, bu sahədə məktəbdə mövcud vəziyyət, universitet və məktəbin qarşılıqlı fəaliyyət istiqamətləri haqqında fikir mübadiləsi aparılılıb.

Qeyd edilib ki, orta məktəb şagirdlərinin riyaziyyatın mənimsənilməsində ən böyük problemlərindən biri də praktik qabiliyyətlərinin yetərsizliyidir. Bu istiqamətdə kafedra əməkdaşlarının məktəbdə ustad dərslərin aparmasına ehtiyac olduğu diqqətə çatdırılmışdır.