Tələbə Təşkilatları

Tələbə Təşkilatları

Студенческие Организации

Студенческая  молодежная   организация

Студенческая  молодежная   организация была основана год возникновения Мингечаурского Государственного Университета в 2015 году. Была включена в «Союз Азербайджанских Студенческих Молодёжных организаций», основанной 20 ноября 2009 года совместно с одноименными организациями 105 высших и средних заведений.

Главная цель СМО –   представлять и защищать интересы каждого студента в  направлении  претворения в жизнь государственной политики молодёжи. Обеспечивать их участие в общественно-политической, культурной, экономической жизни республики.

Основные задачи организации нижеследующие:

  • Осуществление работ, направленных на решение социальных проблем студентов
  • Проведение просветительской деятельности среди студентов.
  • Рациональная организация досуга студентов.
  • Обеспечение прав студентов.
  • Обеспечение участия талантливых и творческих студентов в конкурсах, олимпиадах, выставках, фестивалях, проводимых в республике и за её пределами.
  • Осуществление профилактических мероприятий против наркомании, алкоголизма, преступности, аморальности и других негативных явлений среди студентов.
  • Организация конкурсов, семинаров, фестивалей, форумов, собраний, выставок, акций, круглых столов,

научных конференций, тренингов, массовых рекламных компаний, дискуссионных клубов, обсуждений, симпозиумов и проведение встреч со знаменитыми личностями  с  участием студентов.

  • Публикация газет и журналов с целью донесения информации о событиях, происходящих  в общественно-политической, социально-экономической  и культурной  жизни республики, а также претворения в жизнь мероприятий, связанных со студентами и молодёжью.
  • Организация кружков, курсов, студий, клубов для обеспечения интеллектуального развития, интересов и склонностей студентов.
  • Вынесение задач в Научный Совет, связанных с изучением проблем и принятия соответствующих решений. Поднятие ходатайства перед руководством высших и средних учебных заведений.
  • Получение информации о количестве студентов, их посещаемости, поведении, обеспечении их общежитием от соответствующих  кафедр и факультетов.
  • Претворение в жизнь других незапрещенных законодательством прав.

 

Клубы, проявляющие  деятельность в СМО:

  • Клуб интеллектуальных игр

Цель клуба интеллектуальных игр – найти потенциальных интеллектуальных студентов и обеспечить рациональную организацию их досуга.

  • Клуб ART

Цель клуба  ART- выявить студентов, проявляющих интерес к художественному творчеству в университете и обеспечить  условиями для  демонстрации их  в этой области.

  • Книжный клуб
  • Цель книжного клуба -стать помощником в повышении интереса к книге среди студентов университета, организовать встречи с писателями и поэтами, обеспечить организацию дней выразительного чтения и поэзии.
  • Клуб молодых лидеров

Цель клуба молодых лидеров- организовать в университете тренинги, семинары, развлекательные и просветительские игры и оказать поддержку студентам в становлении личности как лидера

  • Клуб молодых патриотов

Цель клуба молодых патриотов – привить  привязанность к Родине, земле, к традициям государственности среди студентов, информировать их о славном прошлом Азербайджана и её истории.

  • Клуб дебатов

Основная цель клуба дебатов –  развитие способностей ораторства, анализа и риторики среди студентов. Клуб  дебатов объединяет вокруг себя студентов нашего  университета, заинтересованных в дебатах, в полемике.               

  • Театральный клуб

Цель театрального клуба- обеспечить инсценировку различных произведений и спектаклей.

  • Клуб веселых и находчивых

 Цель Клуба веселых и находчивых- обеспечить подготовку юмориститческих сценок, пародий и их инсценировку.

  • Клуб Conversation

Клуб  Conversation состоит из тематических целей и главная задача его – коммуникация. Преподаватель работает со студентами над грамматическими конструкциями, полезными фразами, словесными типами. В процессе опыта проведения диспутов и диалогов развиваются и закрепляются разговорные навыки.

  • Клуб MİX

Цель Клуба  MİX- обеспечить проведение различных тренингов, семинаров, развлекательных и обучающих игр и спортивных соревнований.

Tələbə Gənclər Təşkilatı

Mingəçevir Dövlət Universiteti yarandığı 2015-ci ildə onun tərkibində Tələbə Gənclər Təşkilatı da təsis olundu və 105 ali və orta ixtisas təhsil müəssiələri Tələbə Gənclər Təşkilatları ilə birlikdə 20 noyabr 2009-cu ildə təsis edilmiş “Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı” nın tərkibinə qatılmışdır.

 

TGT-lərin əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin və ayrı-ayrılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir.

 

Təşkilatın əsas vəzifələri aşağıdakılardır:

  • Tələbələrin sosial problemlərinin həlli istiqamətində işin həyata keçirilməsi;
  • Tələbələr arasında maarifləndirmə işinin aparılması;
  • Tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi;
  • Tələbələrin hüquqlarının təmin edilməsi;
  • Respublikanın daxilində və xaricində keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə, festivallarda istedadlı və yaradıcı tələbələrin iştirakının təmin edilməsi;
  • Tələbələr arasında narkomaniya, alkoqolizm, cinayətkarlıq, əxlaqsızlıq və digər neqativ meyllərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi;
  • Tələbələrin iştirakı ilə müsabiqələrin, seminarların, festivalların, forumların, toplantıların, sərgilərin, aksiyaların, dəyirmi masaların, elmi konfransların, təlim kurslarının, kütləvi təbliğat kompaniyalarının, diskussiya klublarının, müzakirələrin, simpoziumların, görkəmli şəxslərlə görüşlərin təşkil edilməsi;
  • Tələbə və gənclərlə bağlı həyata keçirilən tədbirlər, habelə respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələr barədə məlumatların çatdırılması məqsədi ilə qəzet və dərgilərin nəşr olunması;
  • Tələbələrin maraq və meyllərini, intellektual inkişafını təmin etmək üçün dərnəklərin, studiyaların, klubların, kursların, xidmətlərin təşkil edilməsi;
  • Tələbələrin problemlərinin öyrənilməsi və müvafiq qərarların qəbul olunması üçün Elmi Şuraya məsələlərin çıxarılması, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərliyi qarşısında vəsadətin qaldırılması;
  • Təhsil alan tələbələrin sayı, onların dərsə davamiyyəti, nizam-intizamı, yataqxana ilə təminatı barədə müvafiq kafedra və fakültələrdən məlumatların alınması;
  • Qanunvericilikdə qadağan edilməyən digər vəzifələrin həyata keçirilməsi.

TGT-də fəaliyyət göstərən klublar:

  • İntellektual oyunlar klubu

İntellektual oyunlar klubunun məqsədi universitetimizdə intellektual potensiala malik olan tələbələri aşkar etmək və onların asudə vaxtlarının səmərəli təşkilini təmin etməkdir.

  • ART klubu

ART klubunun məqsədi universitetimizdə incəsənətə marağı olan və bu sahədə bacarığı olan tələbəri akşar etmək və onları bu sahədə özlərini nümayiş etdirmək üçün şəraitin yaradılmasını təmin etməkdir.

  • Kitab klubu

Kitab klubunun məqsədi universitetimizdə tələbələr arasında kitaba marağın artırılmasında yardımçı olmaq, yazıçı və şairlərlə görüşlər təşkil etmək, bədii qiraət və poeziya günlərini təşkilini təmin etməkdir.

  • Gənc Liderlər klubu

Gənc Liderlər klubunun məqsədi universitet təlimlər, seminarlar, əyləncəli və maarifləndirici oyunlar təşkil edərək tələbələrin gələcəkdə bir lider kimi yetişməsində yardımçı olmaqdır.

  • Hərbi vətənpərvərlik klubu

Hərbi vətənpərvərlik klubunun məqsədi tələbələrimiz arasında vətənə, torpağa bağlılıq, dövlətçilik ənənələrinin tələbələr arasında aşılanması, Azərbaycanın şanlı keçmişi və tarixi haqqında məlumatlar vermək, Şəhidlərimizin xatirələrini uca tutmaq, Şəhid ailələrinə ziyarətlərin təşkilini təmin etməkdir.

  • Debat klubu

Debat klubunun əsas məqsədi tələbələrin natiqlik, analiz, ritorika qabiliyyətini inkişaf etdirməkdir. Debat klubu öz ətrafında debata, araşdırmalara, polemikaya marağı olan Universitetimizin tələbələrini birləşdirir.

  • Teatr klubu

Teatr klubunun məqsədi müxtəlif əsər və tamaşaların səhnələşdirilməsini təmin etməkdir.

  • Şən və hazırcavablar klubu

Şən və hazırcavablar klubunun məqsədi müxtəlif yumoristik səhnələr, parodiyalar hazırlamaq və onları səhnələşdirilməsini təmin etməkdir.

  • Conversation klubu

Conversation klubu – tematik məşqələlərdən ibarətdir və əsas məqsədi ünsiyyətdir. Müəllim müəyyən bir mövzuda tələbələrlə faydalı ifadələr, şifahi növlər, qrammatik konstruksiyalar işləyir. Disput və dialoqların aparılması təcrübəsində danışıq bacarıqları inkişaf edir və möhkəmlənir. 

  • MİX klubu

MİX klubun məqsədi müxtəlif təlimlər, seminarlar, əyləncəli və maarifləndirici oyunlar, idman yarışları keçirilməsini təmin etməkdir.