Вы сейчас просматриваете Mingəçevir Dövlət Universitetində “Heydər Əliyev irsi Azərbaycan xalqının milli sərvətidir” mövzusunda Respublika elmi konfransının bölmə iclasları keçirilib

Mingəçevir Dövlət Universitetində “Heydər Əliyev irsi Azərbaycan xalqının milli sərvətidir” mövzusunda Respublika elmi konfransının bölmə iclasları keçirilib

  • Рубрика записиMDU xəbərləri

Mingəçevir Dövlət Universitetində (MDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev irsi Azərbaycan xalqının milli sərvətidir” mövzusunda iki gün davam edən Respublika elmi konfransın bölmə iclasları keçirilib.

Elm və təhsil ictimaiyyətinin geniş iştirak etdiyi tədbirdə 10 bölmə üzrə 290-dan çox elmi məqalə qəbul edilib. Konfrans çərçivəsində keçirilən iclaslarda təhsil və tədqiqat sahəsində qarşıya çıxan aktual məsələlər, müasir çağırışlar, eləcə də onların həllinə dair innovativ yanaşmalar təqdim olunub.

Bölmə iclaslarında müxtəlif sahələri təmsil edən alimlər, tədqiqatçılar və mütəxəssislər bir araya gələrək geniş fikir mübadiləsi aparmış, elmi-tədqiqat və tədris fəaliyyətində yenilikçi modellərin tətbiqi imkanlarını dəyərləndirmişlər. Tədbir çərçivəsində həyata keçirilən təcrübə mübadiləsi, gələcək elmi əməkdaşlıqlar üçün əlverişli zəmin yaratmışdır.

Konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin zəngin irsinin təbliği və onun ideyalarının təhsil və elm müstəvisində yaşadılmasının vacibliyini xüsusi vurğulamışlar.

Mingəçevir Dövlət Universiteti bu cür elmi tədbirlərlə ölkənin təhsil və tədqiqat sahəsində dinamik inkişafına töhfə verməyə davam edir.