Mingəçevir Dövlət Universitetində “Sındırılmış Uşaqlıq” tamaşası nümayiş olunub

  • Рубрика записиMDU xəbərləri

8 may 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) cəmiyyətin diqqətini uşaqlıq travmalarına və sosial laqeydliyə yönəltməyi hədəfləyən “Sındırılmış Uşaqlıq” adlı tamaşa nümayiş olunub. Tamaşa MDU-nun Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsi, Pedaqogika və psixologiya kafedrası və Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən “CreArt” Klubunun təşkilatçılığı ilə “Görünməyən yüklərin daşıyıcıları” adlı sosial maarifləndirici layihəsi çərçivəsində baş tutub.

MDU-nun əməkdaş və tələbələri tərəfindən “Hər bir uşaqlıq bir nağıl kimi xoşbəxt bitmir…” mövzusuna həsr olunan səhnə əsərində görünməyən yaraların və səssiz acıların insan yaddaşında buraxdığı dərin izlər bədii dillə canlandırılıb. Tamaşa cəmiyyətin tez-tez susduğu, lakin fərdlərin həyatına ciddi təsir göstərən sosial problemləri tamaşaçılara emosional təsirlə çatdırıb.

Səhnələşdirilmiş tamaşa iştirakçılar tərəfindən maraqla qarşılanıb və böyük rəğbət qazanıb.

Qeyd edək ki, layihə çərçivəsində cari ilin 5 və 6 may tarixlərində MDU-nun Pedaqogika kafedrasının müdiri, prof. Fərəh Cəlil, hüquqşünas Polad Atayev, müəllimlərdən Zülviyyə Tanrıverdiyeva və Aydın Kərimov tərəfindən tələbələr üçün maarifləndirici təlimlər keçirilib.