Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası keçirilib

  • Рубрика записиMDU xəbərləri

27 oktyabr 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının növbəti iclası keçirilib.
İclasa universitetin rektoru Anar Eminov sədrlik edib və gündəlikdəki məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb.
İclasda 2026/2027-ci tədris ili üzrə tələbə qəbulu proqnozu layihəsi, 2024/2025-ci tədris ilinin media fəaliyyəti hesabatı, tədris prosesinin metodiki vəsaitlərlə təminatı, magistratura səviyyəsində təcrübələrin təşkili və əməkdaşlıq imkanlarının genişləndirilməsi kimi məsələlər müzakirə olunub.
Gündəlikdəki məsələlər Şura tərəfindən müzakirə edilərək qəbul olunub, bir sıra sənədlər və proqramlar təsdiqlənib.

İclasda, həmçinin aşağıdakı məsələlər diqqət mərkəzində olub:
-Magistratura səviyyəsində yeni tədris proqramlarının qəbul olunması;
-Türkiyəyə səfər çərçivəsində 6 universitetdən 4-ü ilə ikili proqramların tədris planlarının eyniləşdirilməsi;
-Tələbələrin təcrübə yerləri və sənaye yönümlü tədris planlarının hazırlanması;
-6–8 dekabr 2025-ci ildə keçiriləcək “Davamlı İnkişaf Strategiyası” konfransına hazırlıqların aparılması və yeni, gənc kadrların cəlb olunması;
-Beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi.

Sonda Tələbə Gənclər Təşkilatının fəaliyyətinin daha səmərəli təşkili və dəstəklənməsi ilə bağlı təkliflər səsləndirilib.