Mingəçevir Dövlət Universitetində növbəti vətəndaş qəbulu keçirilib: Rektor Anar Eminov tələbələri, magistrantları və onların valideynlərini qəbul edib

  • Рубрика записиНовости

2026-cı ilin 21 fevral tarixində Mingəçevir Dövlət Universitetində rektor Anar Eminovun iştirakı ilə tələbələr, magistrantlar və onların valideynləri üçün növbəti vətəndaş qəbulu keçirilib.

Görüş zamanı valideynlər və təhsil alanlar tərəfindən irəli sürülən suallar cavablandırılıb, təhsil həyatları ilə bağlı maraqlı mövzularda ətraflı müzakirələr aparılıb. Edilən müraciətlər yerindəcə dinlənilib, müvafiq tapşırıqlar verilib və məsələlərə aydınlıq gətirilib. Tələbələrin təhsil və təcrübə prosesinə dair sualları cavablandırılaraq, qarşılaşdıqları çətinliklərə operativ şəkildə müdaxilə edilib. Həmçinin, valideynlər tərəfindən irəli sürülən təkliflər nəzərə alınaraq, universitetin müxtəlif proqramları barədə ətraflı məlumat verilib.

Müraciətlər əsasən istehsalat təcrübəsinin təşkili, xarici dil biliklərinin təkmilləşdirilməsi, tədris prosesində çevikliyin artırılması, müəllim-tələbə kommunikasiyasının yaxşılaşdırılması və xaricdə təhsil ilə bağlı olub.

Qeyd edək ki, bu formatda görüşlər davamlı şəkildə təşkil olunacaq və universitetdə idarəetmənin və tədris mühitinin daha da yaxşılaşdırılmasına xidmət edəcək.