Mingəçevir Dövlət Universitetində “İnklüziv əmək bazarı və məşğulluq imkanları” mövzusunda görüş keçirilib

  • Рубрика записиPedaqogika

Mingəçevir Dövlət Universitetində “İnklüziv əmək bazarı və məşğulluq imkanları” mövzusunda görüş təşkil olunub.

Görüşdə əmək bazarının nümayəndələri — 16 nömrəli “Aynur körpələr evi–uşaq bağçası”nın müdiri Kamilə İlyasova, metodist Şöhlə İsaqova, 10 nömrəli “Qərənfil körpələr evi–uşaq bağçası”nın müdiri Aynur İsmixanlı, metodist Təranə Mövsümova, həmçinin MDU-nun Pedaqogika və psixologiya kafedrasının müəllimləri İsmayılova Ayşən, Nəcəfova Günel və tələbələr iştirak ediblər.

Tədbir çərçivəsində inklüziv əmək bazarının əhəmiyyəti, gənclərin məşğulluq imkanları, əmək bazarına inteqrasiya yolları, eləcə də bərabər karyera imkanlarının yaradılması məsələləri geniş müzakirə olunub. İştirakçılar tərəfindən mövzu ətrafında fikir mübadiləsi aparılıb və real əmək bazarı təcrübələrinə əsaslanan yanaşmalar diqqətə çatdırılıb.

Görüşün əsas məqsədi tələbələrin əmək bazarı haqqında məlumatlılığını artırmaq, onların gələcək karyera imkanları barədə maarifləndirilməsini təmin etmək və cəmiyyətin bütün üzvləri üçün bərabər məşğulluq imkanlarının təşviqinə töhfə verməkdən ibarət olub.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində əmək bazarı ilə təhsil mühiti arasında əlaqələrin gücləndirilməsi, tələbələrin praktiki bilik və bacarıqlarının inkişaf etdirilməsi, eləcə də inklüziv cəmiyyətin formalaşdırılması istiqamətində mütəmadi olaraq belə maarifləndirici görüş və seminarlar təşkil edilir.