Mingəçevir Dövlət Universiteti Türkiyənin Düzce Universiteti ilə yeni əməkdaşlıq imkanlarını genişlədirir: Yeni tərəfdaşlıq istiqamətləri müəyyənləşdirilib

2026-cı ilin 15–16 aprel tarixlərində Mingəçevir Dövlət Universitetinin nümayəndə heyəti Türkiyə Respublikasında keçirilən beynəlxalq elmi tədbirdə iştirak edib və səfər çərçivəsində yeni əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində mühüm görüşlər keçirib.

MDU-nun Süni İntellekt və Rəqəmsal Texnologiyalar İnstitutunu direktoru Aidə Mustafayeva və Humanitar fənlər kafedrasının dosenti Asim Məmmədov Düzce Üniversitesi tərəfindən təşkil olunan “Akçakoca Turizm və İqtisadiyyat Simpoziumu”nda iştirak edərək turizm və iqtisadiyyatın inkişafı, rəqəmsallaşma və innovativ idarəetmə yanaşmaları ilə bağlı müzakirələrə qoşulub. Tədbirdə əldə olunan fikir mübadiləsi universitet üçün aktual istiqamətlər üzrə yeni yanaşmaların öyrənilməsi baxımından faydalı olub.

Sonra, Mingəçevir Dövlət Universiteti ilə Düzce Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Bununla yanaşı, tərəflər arasında gələcək əməkdaşlığın prioritet istiqamətləri, o cümlədən elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi, akademik mübadilə proqramlarının təşkili, birgə layihələrin icrası və innovasiya sahəsində tərəfdaşlığın gücləndirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.

Eyni zamanda, nümayəndə heyəti Düzce Universitetinin mühəndislik fakültəsinin müasir elmi-tədqiqat infrastrukturu ilə tanış olub. Müxtəlif mühəndislik istiqamətləri üzrə yaradılmış laboratoriyalar və innovasiya mühiti tətbiqyönümlü tədrisin təşkili və universitet–sənaye inteqrasiyasının inkişafı baxımından diqqət çəkib.

Bununla yanaşı, nümayəndə heyəti Düzce Universitetinin mühəndislik fakültəsinin müasir elmi-tədqiqat infrastrukturu ilə tanış olub. Laboratoriyalar və innovasiya mühiti tətbiqyönümlü tədrisin təşkili və universitet–sənaye inteqrasiyasının gücləndirilməsi baxımından diqqət çəkib.

Ümumilikdə, səfər Mingəçevir Dövlət Universitetinin beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və qabaqcıl təcrübələrin öyrənilməsi istiqamətində əhəmiyyətli nəticələrlə yadda qalıb

.