Mingəçevir Dövlət Universitetində Beynəlxalq Mədəniyyət Gününə həsr olunmuş açıq hava dəyirmi masası keçirilib

  • Рубрика записиMDU xəbərləri

Mingəçevir Dövlət Universitetində 15 aprel – Beynəlxalq Mədəniyyət Günü münasibətilə maarifləndirici tədbir təşkil olunub. Universitetin Kitabxana və İnformasiya Mərkəzinin təşəbbüsü ilə keçirilən tədbir açıq havada, səmimi və interaktiv mühitdə baş tutub.

Tədbirdə bir qrup tələbənin iştirakı ilə mədəniyyətin cəmiyyət həyatındakı rolu, kitabxanaların mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsində əhəmiyyəti, eləcə də gənclərin intellektual inkişafında oxu və informasiya resurslarının rolu ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı iştirakçılar mövzulara dair öz baxışlarını bölüşərək aktiv şəkildə debat mühitinə qoşulublar.

Sual-cavab formatında davam edən görüş tələbələrin analitik düşünmə və ünsiyyət bacarıqlarının inkişafına töhfə verib. Tədbir eyni zamanda tələbələrin asudə vaxtının səmərəli təşkili və onların sosial-mədəni fəallığının artırılması baxımından əhəmiyyətli platforma kimi dəyərləndirilib.

Sonda tədbirin təşkilində və keçirilməsində iştirak edənlərə təşəkkür bildirilib.