Mingəçevir Dövlət Universitetinin xanım tələbələri BMT-nin dəstəyi ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan Bakı–Xankəndi Azərbaycan Velosiped Yarışının Mingəçevir şəhərindən keçən marşrut xəttində veloyürüş iştirakçılarına qoşulublar.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 2026-cı ilin 10–14 may tarixlərini əhatə edən beynəlxalq velohərəkat dayanıqlı şəhər inkişafı, yaşıl mobillik, ekoloji nəqliyyat vasitələrinin təşviqi, sağlam həyat tərzi və karbon emissiyalarının azaldılması ideyalarının təbliği məqsədini daşıyıb.
MDU-nun “Yaşıl Kampus” strategiyası çərçivəsində təşkil olunan iştirak universitetdə ekoloji məsuliyyətin artırılması, tələbələr arasında velosiped mədəniyyətinin təşviqi, alternativ nəqliyyat vasitələrinin istifadəsinin genişləndirilməsi və dayanıqlı urbanizasiya prinsiplərinin dəstəklənməsi baxımından mühüm əhəmiyyət kəsb edib.
Veloyürüş zamanı universitetin xanım tələbələri şəhər sakinləri ilə birlikdə yaşıl şəhər konsepsiyası, ekoloji davranış, sağlam və aktiv həyat tərzi, eləcə də ətraf mühitə həssas mobillik mədəniyyətinin təşviqi istiqamətində həmrəylik nümayiş etdiriblər.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində son dövrlərdə yaşıl kampus idarəçiliyi, ekoloji maarifləndirmə, davamlı inkişaf məqsədləri, sağlam həyat tərzi və aşağı karbonlu kampus mühitinin formalaşdırılması istiqamətində çoxsaylı təşəbbüslər həyata keçirilir. Universitetdə velosiped infrastrukturunun genişləndirilməsi, tələbələr arasında ekoloji nəqliyyat vasitələrinin təşviqi və yaşıl mobillik mədəniyyətinin inkişafı MDU-nun beynəlxalq dayanıqlılıq və innovasiya yönümlü strateji hədəfləri sırasında xüsusi yer tutur.
MDU tələbələrinin WUF13 çərçivəsində keçirilən beynəlxalq velohərəkata qoşulması universitetin dayanıqlı şəhər inkişafı, yaşıl nəqliyyat, iqlim məsuliyyəti və ekoloji dəyərlərə əsaslanan universitet modeli istiqamətində həyata keçirdiyi fəaliyyətlərin növbəti nümunəsi kimi qiymətləndirilir.