Mingəçevir Dövlət Univeristeti və “Məlhəm” Beynəlxalq Hospital sağlam gələcək, rəqəmsal səhiyyə və peşəkar inkişaf naminə əməkdaşlığa başlayır

2026-cı ilin 13 iyul tarixində Mingəçevir Dövlət Universitetində “Məlhəm” Beynəlxalq Hospital ilə əməkdaşlığın inkişafına həsr olunmuş görüş keçirilib.

Görüşdə MDU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Natəvan Namazova ali təhsillə səhiyyə sektoru arasında əməkdaşlığın tələbələrin praktik bilik və bacarıqlarının inkişafında, eləcə də sosial məsuliyyət təşəbbüslərinin genişləndirilməsində əhəmiyyətindən danışıb.

“Məlhəm” Beynəlxalq Hospitalın icraçı direktoru Sevda Əlizadə tələbələr üçün maarifləndirici seminarların, ekspert mühazirələrinin, mentorluq görüşlərinin və peşəkar inkişaf proqramlarının təşkilinə dəstək göstərməyə hazır olduqlarını bildirib.

Görüş çərçivəsində tərəflər arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd tibbi maarifləndirmə, elmi-praktik təcrübə, rəqəmsal səhiyyə, biotibbi texnologiyalar, sağlam həyat tərzinin təşviqi, könüllülük və karyera imkanları üzrə birgə fəaliyyətləri nəzərdə tutur.

Sonda əməkdaşlığın birgə tədqiqatlar, sağlamlıq günləri, sosial kampaniyalar və ictimai faydalı layihələrlə davam etdirilməsi barədə fikir mübadiləsi aparılıb.