Davamlı inkişaf və ekoloji məsuliyyət istiqamətində təşəbbüs: Mingəçevir Dövlət Universitetində iməcilik keçirilib

  • Рубрика записиMDU xəbərləri

2026-cı ilin 14 mart tarixində Mingəçevir Dövlət Universitetində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində universitetin tədris binalarında iməcilik işləri həyata keçirilib. Aksiya yaz baharın gəlişi, Novruz bayramı ərəfəsində ətraf mühitə qayğının artırılması, universitet ərazisində səliqə-sahmanın təmin olunması və kollektiv həmrəyliyin gücləndirilməsi məqsədi daşıyıb.

İməcilikdə universitetin əməkdaşları və tələbələri fəal iştirak ediblər. Tədris binalarının ətrafında və daxili hissələrində təmizlik, abadlıq və səliqə işləri aparılıb, mövcud mühitin daha da gözəlləşdirilməsi istiqamətində zəruri tədbirlər görülüb.

Baharın gəlişi, təbiətin yenilənməsi və Novruz ovqatı ilə səsləşən iməcilik universitet həyatında xüsusi fəallıq yaradıb. İştirakçılar milli-mənəvi dəyərlərimizin yaşadılması, sağlam və nümunəvi təhsil mühitinin formalaşdırılması baxımından bu cür tədbirlərin əhəmiyyətini qeyd ediblər.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində tələbə və əməkdaşların iştirakı ilə həyata keçirilən sosialyönümlü və ekoloji təşəbbüslər universitetdə sağlam, təmiz və müasir mühitin formalaşdırılmasına, eləcə də gənclərin ictimai fəallığının artırılmasına xidmət edir.