Konfransa aşağıdakı bölmələr üzrə məqalə və tezislər qəbul edilir:
1. Təhsil və humanitar elmlər bölməsi
2. İqtisadiyyat və idarəetmə bölməsi
3. Təbiət elmləri bölməsi
4. Texnika elmləri bölməsi
Konfransda ali təhsil və elmi-tədqiqat müəssisələrini təmsil edən professor-müəllim heyəti, doktorant, dissertant və elmi işçilər iştirak edə bilərlər.
Konfrans materialları toplu şəklində çap olunacaqdır.
MƏQALƏLƏRIN TƏRTİBİNƏ QOYULAN TƏLƏBLƏR:
- məqalə Azərbaycan, türk, ingilis və rus dillərindən birində təqdim olunur;
- mətn A4 formatında (210×297 mm), Times New Roman şrifti ilə yığılır (şriftin ölçüsü – 12 pt; sətirlərarası interval – 1 sm; abzas – 1 sm; boş sahələr – hər tərəfdən 2 sm);
- ilk sətirdə mərkəzdə məqalənin adı (böyük hərflərlə, qalın şrift ilə), növbəti sətirlərdə müəllifin adı, atasının adı və soyadı (tam açıq şəkildə, kiçik hərflərlə, qalın şrift ilə), elmi dərəcəsi, elmi adı, işlədiyi və ya təhsil aldığı (doktorant və dissertantlar üçün) müəssisənin adı, elektron ünvan yazılmalıdır (bax: Nümunə 1);
- xülasə (max 200 söz) və açar sözlər (3-5 sayda) verilməlidir.
- istifadə edilmiş ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə verilir (istinad olunan ədəbiyyatın nömrəsi mətndə kvadrat mötərizədə göstərilir: məs., [2]).
- cədvəl və şəkillər nömrələnir: cədvəl – cədvəlin yuxarısında, sağdan (məs., Cədvəl 1), şəkil – şəklin altında, ortadan (məs., şək. 1) və mətn hissədən (yuxarıdan və aşağıdan) 1 boş sətir buraxmaqla göstərilir.
– Riyazi ifadələr MS Word proqramının düstur redaktoru (Equation) ilə tərtib olunur. Yalnız mətndə istinad olunan düsturlar nömrələnir. Düstur sətrin ortasında, nömrəsi isə sağda mötərizədə yazılır.
Bir nəfərin müəllifliyi və ya həmmüəllifliyi ilə yalnız bir məqalə və ya tezis qəbul edilir.
Tələblərə uyğun gəlməyən məqalələr qəbul edilmir.
Məqalə və tezislər 20 aprel 2026-cı il tarixindən gec olmayaraq gmail və ya korporativ poçt vasitəsilə elektron variantda aşağıdakı ünvana göndərilməlidir:
Məsul katib: Günel Kərimli
Əlaqə telefonu: +994506642981
Nümunə 1.
MƏQALƏNİN ADI
Adı Atasının adı Soyadı (tam açıq şəkildə)
elmi dərəcəsi, elmi adı
işlədiyi və ya təhsil aldığı (doktorant və dissertantlar üçün) müəssisənin adı
elektron poçt ünvanı
Xülasə (Abstract)
Açar sözlər (Keywords)
Giriş (Introduction)
- Mövzunun aktuallığı
- Problemin qoyuluşu
- Tədqiqatın məqsədi və vəzifələri
- Ədəbiyyat icmalı (mövcud araşdırmaların qısa təhlili)
Material və metodlar (Methods)
- Tədqiqatın aparılma üsulları
- İstifadə olunan materiallar
- Təcrübə və ya analiz metodları
Nəticələr (Results)
- Tədqiqatdan əldə olunan faktlar
- Cədvəllər, qrafiklər və statistik göstəricilər
Müzakirə (Discussion)
- Nəticələrin təhlili
- Digər tədqiqatlarla müqayisə
- Elmi izah
Yekun nəticə (Conclusion)
- Ümumi yekun
- Elmi və praktik əhəmiyyəti
- Tövsiyələr
Ədəbiyyat (References)
- İstifadə olunan ədəbiyyat siyahısı
- Müəyyən sitat qaydasına (APA, MLA və s.) uyğun tərtib olunur.