2026-cı ilin 10 mart tarixində Mingəçevir Dövlət Universitetində vətəndaş qəbulu təşkil olunub. Universitetin rektoru Anar Eminov və bir qrup struktur bölmə rəhbərlərinin iştirak etdiyi görüşdə MDU-nun tələbə və magistrantları, onların valideynləri, əməkdaşlar, həmçinin digər vətəndaşlar iştirak edərək müxtəlif məsələlərlə bağlı müraciətlərini səsləndiriblər.
Görüş zamanı iştirakçılar tərəfindən təhsil prosesi, sosial məsələlər və universitet fəaliyyəti ilə bağlı müxtəlif suallar səsləndirilib, təkliflər irəli sürülüb. Rektor Anar Eminov və aidiyyəti struktur bölmə rəhbərləri müraciətləri diqqətlə dinləyərək onların həlli istiqamətində müvafiq tapşırıqlar veriblər. Səsləndirilən məsələlərin bir qismi yerindəcə cavablandırılıb, digər müraciətlərin araşdırılması və operativ həlli üçün müvafiq tədbirlərin görüləcəyi bildirilib.
Qeyd edək ki, bu formatda görüşlər davamlı şəkildə təşkil olunur və universitetdə idarəetmənin və tədris mühitinin daha da yaxşılaşdırılmasına xidmət edir.