2022/2023-cü tədris ilində ABŞ Dövlət Departamentinin Fulbright-ETA (Fulbright-English Teaching Assistantship) Proqramı çərçivəsində Amerikalı mütəxəssis John Bunke Mingəçevir Dövlət Universitetində (MDU) fəaliyyət göstərəcəkdir.
TEFL (Teaching English as a Foreign Language) sertifikatlı qonaq mütəxəssis bir il ərzində MDU-da “Xarici dil müəllimliyi (ingilis dili)” ixtisası üzrə kadr hazırlığının təkmilləşdirilməsinə, eləcə də digər ixtisaslarda İngilis dili fənninin tədrisinin keyfiyyətinin yüksəldilməsinə, tələbə, müəllim və inzibati heyət üzvlərinin xarici dil bacarıqlarının inkişaf etdirilməsinə yardım edəcəkdir.
Qeyd edək ki, hazırda modernləşmə mərhələsində olan MDU-da kadr potensialının və tələbələrin hərtərəfli inkişafına, eləcə də onların xarici dil bilik və bacarıqlarının artırılmasına hədəflənən bu tipli fəaliyyətlərin həyata keçirilməsinə xüsusi önəm verilir.
Amerikalı mütəxəssis MDU-da fəaliyyət göstərəcək
- Запись опубликована:19.08.2022
- Рубрика записиMDU xəbərləri
Вам также может понравиться

MDU-da Mühəndislik fakültəsində Tələbə Elmi Cəmiyyətinin növbəti elmi konfransı keçirilib

Mingəçevir Dövlət Universitetində məlumatlandırıcı görüş keçirilib

Mingəçevirdə “Heydər Əliyev İli” çərçivəsində elmi seminar keçirilib

Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib

Mingəçevir Dövlət Universiteti ilə “BERC&Partners” arasında Universitet-Biznes Əməkdaşlığı layihəsi çərçivəsində memorandum imzalanıb

Mingəçevir Dövlət Universitetində “Təlim və tədrisdə Türkiyə təcrübəsi” mövzunda seminar keçirilib

Rektor Şahin Bayramovun “AZƏRBAYCAN MÜƏLLİMİ” qəzetində “MDU YENİ DÖVRÜN UNİVERSİTETİNƏ ÇEVRİLMƏK YOLUNDA” başlıqlı yazısı (II hissə) dərc olunub
