2024-ci ilin 20 noyabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU) Humanitar fənlər kafedrasının və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə “Milli mədəni irsimiz, milli dəyərlərimiz” adlı tədbir keçirilib. Tədbirdə hər iki tərəfdən professor müəllim heyəti və tələbələr iştirak ediblər. “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən tədbirə Mingəçevir Dövlət Universitetinin Humanitar fənlər kafedrasının baş müəllimi, t.ü.f.d Aygün Qədirova moderatorluq edib. Tədbirdə MDU-nun Təhsil fakultəsinin dekanı dosent Nizami Zeynalov və Etnoqrafiya elmi fond şöbəsinin müdiri dosent Gülzadə Sərxan qızı Abdulova çıxış ediblər. Tədbirin proqramına uyğun olaraq dosent Gülzadə Abdulova “Azərbaycan milli baş geyimləri”, muzeyin elmi işçiləri Fəridə Xəlilova “Azərbaycan məişətində güləbətin tikmələri”, Fatma Qəniyeva “Azərbaycan çay mədəniyyəti” və Nurəngiz Qarayeva “Azərbaycan hamam mədəniyyəti” mövzularında məruzələrlə çıxış ediblər. Müzakirələrlə davam edən tədbir zamanı iştirakçılar belə bir ortaq tədbirin keçirilməsində göstərdikləri dəstəyə görə hər iki müəssisəsinin rəhbərliyinə təşəkkürünü bildirib və bu istiqamətdə birgə fəaliyyətin davamlı olmasını arzulayıblar.
MDU-da “Milli mədəni irsimiz, milli dəyərlərimiz” adlı tədbir keçirilib
- Запись опубликована:21.11.2024
- Рубрика записиMDU xəbərləri
Вам также может понравиться

MDU-da elektron universitet modelinin təqdimatı keçirilib

MDU kollektivi Şamaxı Astrofizika Rəsədxanasına ekskursiya edib

Mingəçevir Dövlət Universiteti Greentech2 startap müsabiqəsinin final mərhələsində 5 komanda ilə təmsil olunacaq

Mingəçevir Dövlət Universitetində (MDU) 2024/2025-ci Tədris ilinin Payız semestrinin imtahan sessiyası davam edir

Mingəçevir Dövlət Universiteti (MDU) və Düzce Universiteti arasında əməkdaşlıq istiqamətində online iclas keçirilib

Rektor Şahin Bayramov yeni tədris ilinin başlaması münasibətilə paylaşım edib

Mingəçevir Dövlət Universitetində “Təlim və tədrisdə Türkiyə təcrübəsi” mövzunda seminar keçirilib
