2024-ci ilin 20 noyabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU) Humanitar fənlər kafedrasının və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə “Milli mədəni irsimiz, milli dəyərlərimiz” adlı tədbir keçirilib. Tədbirdə hər iki tərəfdən professor müəllim heyəti və tələbələr iştirak ediblər. “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən tədbirə Mingəçevir Dövlət Universitetinin Humanitar fənlər kafedrasının baş müəllimi, t.ü.f.d Aygün Qədirova moderatorluq edib. Tədbirdə MDU-nun Təhsil fakultəsinin dekanı dosent Nizami Zeynalov və Etnoqrafiya elmi fond şöbəsinin müdiri dosent Gülzadə Sərxan qızı Abdulova çıxış ediblər. Tədbirin proqramına uyğun olaraq dosent Gülzadə Abdulova “Azərbaycan milli baş geyimləri”, muzeyin elmi işçiləri Fəridə Xəlilova “Azərbaycan məişətində güləbətin tikmələri”, Fatma Qəniyeva “Azərbaycan çay mədəniyyəti” və Nurəngiz Qarayeva “Azərbaycan hamam mədəniyyəti” mövzularında məruzələrlə çıxış ediblər. Müzakirələrlə davam edən tədbir zamanı iştirakçılar belə bir ortaq tədbirin keçirilməsində göstərdikləri dəstəyə görə hər iki müəssisəsinin rəhbərliyinə təşəkkürünü bildirib və bu istiqamətdə birgə fəaliyyətin davamlı olmasını arzulayıblar.
MDU-da “Milli mədəni irsimiz, milli dəyərlərimiz” adlı tədbir keçirilib
- Post published:21.11.2024
- Post category:MDU xəbərləri
You Might Also Like

Payız sessiyasının imtahan sessiyası uğurla davam edir

Mingəçevir Dövlət Universitetində Daxili Keyfiyyət Təminatı üzrə görüş keçirilib

Mingəçevir Dövlət Universitetinin komandaları – Beynəlxalq Robot Olimpiadası 2025 finalına vəsiqə qazandı!

MDU-da açıq dərs: Torpağın mühafizəsi

Şahin Bayramov: Milli Qurtuluş Gününün qeyd edilməsi xalqımızın Ümummilli Liderinə sonsuz minnətdarlığının ifadəsidir

Mingəçevirdə məktəblilər üçün yol hərəkəti qaydaları ilə bağlı maarifləndirici tədbir keçirilib

MDU-da “Regional İnkişaf” İctimai Birliyinin məlumatlandırma görüşü keçirilib
