Structural units
Public Relations
İctimaiyyətlə əlaqələr
Şöbə haqqında
Şöbədə görülən işlər
Şöbə öz fəaliyyətində aşağıdakıları rəhbər tutur:
– mövcud qanunvericilikləri;
– universitetin nizamnaməsini;
– hazırki vəzifə təlimatını.
İctimaiyyətlə əlaqələr şöbəsi aşağıdakıları bilməlidir:
– dövlət idarəçiliyi və yerli özünüidarəetmə məsələlərini tənzimləyən normativ sənədləri, kütləvi informasiya vasitələrinin fəaliyyətini;
– işdə qəbul edilmiş etik normaları;
– kargüzarlığı.
İctimaiyyətlə əlaqələr şöbəsinin vəzifə borcları:
– Rəhbərliyin iştirakı ilə mətbuat konfransları, brifinq, “dəyirmi masa” təşkiletmə və keçirmə, həmçinin, ölkənin digər bölgələrinə və xarici ölkələrə gedən rəsmi nümayəndə heyətini müşayət etmək;
– Universitetin fəaliyyəti, onun rəhbərliyi və struktur bölmələri haqqında materialın hazırlanmasında kütləvi informasiya vasitələrinə metodiki və təşkilati kömək göstərmək;
– İnformasiya materialının (məqalə, xüsusi proqram və vəzifələr) nəşrini təşkil etmək və yaradılmasında iştirak etmək;
– Kütləvi informasiya vasitələrində rəhbərliyin müsahibəsini, canlı yayımı, çıxışını hazırlamaq;
– Rəhbərlik və universitetin imici haqqında müsbət rəyi dəstəkləmək və müvafiq ictimai rəyi formalaşdırmaq;
– Univesitetin fəaliyyəti haqqında informasiya agentliklərinin, şəhər və rayon kütləvi informasiya vasitələrinin materiallarının toplanması və təhlilini operativ şəkildə təşkil etmək;
– Universitet və onun struktur bölmələrinin fəaliyyəti ilə bağlı tədbirlər və olaylar haqqında press-relizlərin vaxtlı-vaxtında hazırlanması;
– Universitetin ünvanına daxil olan bütün məsələlərlə bağlı cavabların yığılması və müəssisənin saytında yerləşdirilməsi;
İctimaiyyətlə əlaqələr şöbəsinin hüquqları:
– Vəzifə borcunun yerinə yetirilməsi ilə bağlı universitetin bütün struktur bölmələrinin rəhbərlərindən müəyyən edilmiş qaydada məlumat və sənədləri tələb etmək və almaq;
– Universitet rəhbərliyinin göstərişi ilə təhsil ocağı və onun struktur bölmələrində keçirilən bütün tədbirlərdə, elmi şura, müşavirə və iclaslarda iştirak etmək;
– Kütləvi informasiya vasitələrinin nümayəndələrini, dövlət və qeyri-dövlət təşkilat və müəssisələrin mütəxəssislərini müəyyən edilmiş qaydada işə cəlb etmək;
– Universitet və onun struktur bölmələri ilə bağlı fəaliyyətinin təkmilləşdirilməsinə yönəldilmiş təkiliflər irəli sürmək;
– Universitet rəhbərliyi qarşısında təhsil ocağının struktur bölmə və şöbə rəhbərlərinin və mütəxəssislərinin mükafatlandırılması, o cümlədən onlara qarşı inzibati qaydada tədbirlərin görülməsi məsələlərini təklif etmək;
– Mətbuat xidməti rəhbərinin nomenklaturasına daxil olan təhsil ocağının informasiya sisteminin səmərəliliyinin artması ilə bağlı təklif və məsələləri irəli sürmək;
– Rayon və şəhərlərdəki qəzetlərdə, çoxtirajlı mətbu orqanlar üçün, radioda informasiya materiallarının təşkili, təcrübə mübadiləsi və ixtisasartırma məqsədilə xidməti ezamiyyətlərə getmək.
İctimaiyyətlə əlaqələr şöbəsinin məsuliyyəti:
– Vəzifə borcunu yerinə yetirməmək və yaxud lazımi səviyyədə yerinə yetirmədiyi halda;
– Vətəndaşların qanuni maraqları və hüquqlarının pozulmasına səbəb olan hərəkətlər və ya hərəkətsizliyə görə.
Şöbə müdiri
–
Employees
Qurban Qurbanzadə– mütəxəssis |