24 fevral 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin Energetika kafedrasının əməkdaşları 2024/2025-ci tədris ili üzrə kafedranın fəaliyyət planına uyğun olaraq, əmək bazarının nümayəndələri ilə görüşüb. Görüşdə “Azərbaycan İES” MMC-nin direktoru Təhmasib Hüseynov, Texniki İstehsalat şöbəsinin rəisi Ramiz Qasımov, Kadrlar şöbəsinin rəisi Firuzə Cəbiyeva, Energetika kafedrasının müdiri dosent Ülkər Aşurova, kafedranın baş müəllimi, texnika üzrə fəlsəfə doktoru Liliya Süleymanova və müəllim Elsevər Cəfərli iştirak ediblər. Görüş zamanı universitet-sənaye əməkdaşlıq çərçivəsində əlaqələrin daha da genişləndirilməsi, Energetika mühəndisliyi ixtisasının təhsil proqramı üzrə əmək bazarının əsas ehtiyacları və tələbləri, birgə fəaliyyətin, o cümlədən elmi-tədqiqat işlərinin aparılması, magistrantlara aktual dissertasiya mövzularının verilməsi, tələbələrin stansiyaya infoturlarının təşkili, məzunların işlə təmin olunması və s. məsələlər ətrafında geniş müzakirələr aparılıb.
MDU-nun Energetika kafedrasının əməkdaşları əmək bazarının nümayəndələri ilə görüşüb
- Запись опубликована:25.02.2025
- Рубрика записиEnergetika / MDU xəbərləri
Вам также может понравиться

“Pedoqoji uğurun açarı: Dərs metodlarında innovasiyalar” mövzusundamaarifləndirici təlim keçirilib

Valideynlər növbəti dəfə imtahan prosesini müşahidə edib

Elmin mənəvi siması onun kimin əlində olmasından asılıdır

Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsinin Mexanika kafedrasının Yüngül Sənaye Müəssisəsi ilə əməkdaşlıq görüşü keçirilib

Mingəçevir Dövlət Universitetində tədrisin keyfiyyətinin artırılması məqsədilə Monitorinq qrupu yenidən formalaşdırılıb

MDU-da “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində elmi-praktiki seminar keçirilib

Mingəçevir Dövlət Universiteti “Birgə və Sağlam” İctimai Birliyi ilə əməkdaşlıq edəcək
