24 fevral 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin Energetika kafedrasının əməkdaşları 2024/2025-ci tədris ili üzrə kafedranın fəaliyyət planına uyğun olaraq, əmək bazarının nümayəndələri ilə görüşüb. Görüşdə “Azərbaycan İES” MMC-nin direktoru Təhmasib Hüseynov, Texniki İstehsalat şöbəsinin rəisi Ramiz Qasımov, Kadrlar şöbəsinin rəisi Firuzə Cəbiyeva, Energetika kafedrasının müdiri dosent Ülkər Aşurova, kafedranın baş müəllimi, texnika üzrə fəlsəfə doktoru Liliya Süleymanova və müəllim Elsevər Cəfərli iştirak ediblər. Görüş zamanı universitet-sənaye əməkdaşlıq çərçivəsində əlaqələrin daha da genişləndirilməsi, Energetika mühəndisliyi ixtisasının təhsil proqramı üzrə əmək bazarının əsas ehtiyacları və tələbləri, birgə fəaliyyətin, o cümlədən elmi-tədqiqat işlərinin aparılması, magistrantlara aktual dissertasiya mövzularının verilməsi, tələbələrin stansiyaya infoturlarının təşkili, məzunların işlə təmin olunması və s. məsələlər ətrafında geniş müzakirələr aparılıb.
MDU-nun Energetika kafedrasının əməkdaşları əmək bazarının nümayəndələri ilə görüşüb
- Запись опубликована:25.02.2025
- Рубрика записиEnergetika / MDU xəbərləri
Вам также может понравиться

MDU-da şəhid məzun Əzəmi Hüseynova həsr edilmiş filmin təqdimatı keçirilib

MDU-da “Yaşıl və Rəqəmsal İpək Yolu” Beynəlxalq Akselerasiya Proqramı üzrə infosessiya keçirilib

MDU Dünya Rektorlar Forumunda təmsil olunub (“Azərbaycan müəllimi” qəzeti, 23.09.2022)

MDU-da tədqiqat bacarıqlarının inkişafı ilə bağlı seminarlar davam edir

MDU-da Beynəlxalq əməkdaşlıq sahəsində saxtakarlıqla mübarizə məsələləri müzakirə olunub

Mingəçevir Dövlət Universitetində “Konstitusiya və Suverenlik ili çərçivəsində ” Mühəndislik fakültəsi Tələbə Elmi Cəmiyyətinin XIX elmi konfransı keçirilib

27 Mart – Azərbaycanda Elm Günüdür!
