Mingəçevir Dövlət Universitetinin tələbələri Gəncədə keçirilən “GreenTech III” müsabiqəsində uğur qazanıblar

  • Рубрика записиMSU News

2026-cı il 24 aprel tarixində Mingəçevir Dövlət Universitetinin tələbələri Azərbaycan Texnologiya Universitetində keçirilən “GreenTech III” Startap və Yaşıl Texnologiyalar Müsabiqəsində mühüm uğur əldə ediblər.

Ölkənin müxtəlif ali təhsil müəssisələrini təmsil edən 100 komanda arasında Mingəçevir Dövlət Universitetinin “AgroRover” komandası “Rəqəmsal Həllər və Robototexnika” kateqoriyası üzrə ikinci yerə layiq görülüb.

Komandanın üzvləri universitet tələbələri Məhəmməd MuğumovSubhan Məmmədli olub. Komandaya Mingəçevir Dövlət Universitetinin müəllimi Əziz Əmiraslanov mentorluq edib.

“AgroRover” layihəsi innovativ yanaşması və texnoloji həlləri ilə münsiflər heyətinin diqqətini cəlb edib və yüksək qiymətləndirilib. Bu uğur tələbələrin bilik və bacarıqlarının, innovativ düşüncə tərzinin və praktiki tətbiqə hazırlıq səviyyəsinin göstəricisi kimi dəyərləndirilir.

Qeyd olunub ki, bu cür müsabiqələr tələbələrin nəzəri biliklərini praktikada tətbiq etmələrinə, komanda işi bacarıqlarını inkişaf etdirmələrinə və innovasiya yönümlü təşəbbüslərdə fəal iştirak etmələrinə mühüm töhfə verir.

Mingəçevir Dövlət Universiteti tələbələrin startap fəaliyyətlərinə cəlb olunması, texnoloji və yaradıcı potensiallarının üzə çıxarılması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsini davam etdirir.