Mingəçevir Dövlət Universitetinin Energetika kafedrasının müdiri vəzifəsi üzrə müsabiqə elanı

Mingəçevir Dövlət Universiteti Energetika kafedrasının müdiri vəzifəsinə müsabiqə elan edir. Müsabiqədə kafedranın profilinə uyğun peşə-ixtisas hazırlığı, elmi dərəcəsi və elmi adı, ən azı 5 il elmi-pedaqoji təcrübəsi olan namizədlər iştirak edə bilərlər.

Əmək funksiyası:

– Təhsilalma formaları üzrə mühazirələrin, laborator, praktik seminar məşğələlərinin və s. təşkili və keçirilməsi üzrə kafedra üzvlərinə rəhbərlik etmək;

– Yekun dövlət attestasiyasına, ixtisas üzrə təcrübəyə, kurs və buraxılış işləri layihələrinə, tələbələrin sərbəst işlərinə, imtahanların keçirilməsinə, tələbələr arasında tərbiyəvi işlərin təşkilinə rəhbərlik etmək;

– Professor-müəllim heyətinin dərs yükünün bölgüsünü aparmaq, onun müzakirəsi və təsdiqini təşkil etmək;

–  Professor-müəllim heyətinin fərdi və təqvim planlarını təsdiq etmək;

– Təsdiq olunan fənlər üzrə tədris proqramlarının işlənib hazırlanmasına rəhbərlik etmək və onları təsdiq etdirmək;

– Bu proqramlara uyğun dərsliklərin, tədris metodiki və tədris vəsaitlərinin hazırlanmasını təmin etmək;

– Təsdiq olunmuş plana uyğun olaraq professor-müəllim heyətinin və tələbələrin elmi-tədqiqat işləri aparmasına şərait yaratmaq, bitmiş elmi-tədqiqat işlərinin müzakirəsini keçirmək və onların nəticələrinin istehsalata tətbiqinə nəzarət etmək.

Bilməlidir:

– “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarını;

– Elm və təhsil sahələrinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını;

– Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını;

– Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və əmrlərini; sosial-iqtisadi inkişaf tələblərinə uyğun bilik və bacarığa malik mütəxəssis yetişdirməsinə olan tələbləri;

– Ali təhsil üzrə təsdiq edilən dövlət təhsil standartlarını və proqramlarını;

– Aparılan elmi tədqiqatların müasir standartlar səviyyəsinə çatdırılmasını, elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində və istehsalatda tətbiqinin təşkil olunmasını;

– Ali məktəb pedaqogikasını və psixologiyasını, tədris planlarının və proqramlarının tərtibini;

– Tədris olunan hər bir fənn üzrə proqramların, laborant-texniki heyətinin və professor-müəllim heyətinin görəcəyi auditoriyadan kənar işlərin məzmununu; – Müəllim və tələbələrin elmi-tədqiqat işlərinə rəhbərlik məsələlərini;

– Təhsil müəssisələrinin qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yayılmasını;

– Tədris prosesində təlimin texniki vasitələrindən istifadəni;

– Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.

            Namizədin aktiv elmi-tədqiqat fəaliyyəti ilə məşğul olması, yüksək indeksli beynəlxalq və yerli elmi jurnallarda məqalələrinin dərc edilməsi üstünlük kimi qiymətləndirilir.

            Tələb olunan sənədlər:

Qeyd: Tələblərə cavab verən namizədlər tələb olunan sənədləri 31.07.2026-cı il tarixinədək “Energetika kafedrasının müdiri vəzifəsi üzrə elan edilmiş müsabiqədə iştirak” yazmaqla vacancy@mdu.edu.az elektron poçt ünvanına göndərə bilərlər.