Mingəçevir Dövlət Universiteti Energetika kafedrasının müdiri vəzifəsinə müsabiqə elan edir. Müsabiqədə kafedranın profilinə uyğun peşə-ixtisas hazırlığı, elmi dərəcəsi və elmi adı, ən azı 5 il elmi-pedaqoji təcrübəsi olan namizədlər iştirak edə bilərlər.
Əmək funksiyası:
– Təhsilalma formaları üzrə mühazirələrin, laborator, praktik seminar məşğələlərinin və s. təşkili və keçirilməsi üzrə kafedra üzvlərinə rəhbərlik etmək;
– Yekun dövlət attestasiyasına, ixtisas üzrə təcrübəyə, kurs və buraxılış işləri layihələrinə, tələbələrin sərbəst işlərinə, imtahanların keçirilməsinə, tələbələr arasında tərbiyəvi işlərin təşkilinə rəhbərlik etmək;
– Professor-müəllim heyətinin dərs yükünün bölgüsünü aparmaq, onun müzakirəsi və təsdiqini təşkil etmək;
– Professor-müəllim heyətinin fərdi və təqvim planlarını təsdiq etmək;
– Təsdiq olunan fənlər üzrə tədris proqramlarının işlənib hazırlanmasına rəhbərlik etmək və onları təsdiq etdirmək;
– Bu proqramlara uyğun dərsliklərin, tədris metodiki və tədris vəsaitlərinin hazırlanmasını təmin etmək;
– Təsdiq olunmuş plana uyğun olaraq professor-müəllim heyətinin və tələbələrin elmi-tədqiqat işləri aparmasına şərait yaratmaq, bitmiş elmi-tədqiqat işlərinin müzakirəsini keçirmək və onların nəticələrinin istehsalata tətbiqinə nəzarət etmək.
Bilməlidir:
– “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarını;
– Elm və təhsil sahələrinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını;
– Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını;
– Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və əmrlərini; sosial-iqtisadi inkişaf tələblərinə uyğun bilik və bacarığa malik mütəxəssis yetişdirməsinə olan tələbləri;
– Ali təhsil üzrə təsdiq edilən dövlət təhsil standartlarını və proqramlarını;
– Aparılan elmi tədqiqatların müasir standartlar səviyyəsinə çatdırılmasını, elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində və istehsalatda tətbiqinin təşkil olunmasını;
– Ali məktəb pedaqogikasını və psixologiyasını, tədris planlarının və proqramlarının tərtibini;
– Tədris olunan hər bir fənn üzrə proqramların, laborant-texniki heyətinin və professor-müəllim heyətinin görəcəyi auditoriyadan kənar işlərin məzmununu; – Müəllim və tələbələrin elmi-tədqiqat işlərinə rəhbərlik məsələlərini;
– Təhsil müəssisələrinin qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yayılmasını;
– Tədris prosesində təlimin texniki vasitələrindən istifadəni;
– Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
Namizədin aktiv elmi-tədqiqat fəaliyyəti ilə məşğul olması, yüksək indeksli beynəlxalq və yerli elmi jurnallarda məqalələrinin dərc edilməsi üstünlük kimi qiymətləndirilir.
Tələb olunan sənədlər:
- Rektorun adına yazılmış ərizə (Universitet əməkdaşları üçün, Universitetdən kənar əməkdaşlar üçün);
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Kadrların şəxsi qeydiyyat vərəqəsi;
- Tərcümeyi-hal;
- Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surəti;
- Dərc olunmuş elmi əsərlərin, kəşf və ixtiraların təsdiq edilmiş siyahısı
Qeyd: Tələblərə cavab verən namizədlər tələb olunan sənədləri 31.07.2026-cı il tarixinədək “Energetika kafedrasının müdiri vəzifəsi üzrə elan edilmiş müsabiqədə iştirak” yazmaqla vacancy@mdu.edu.az elektron poçt ünvanına göndərə bilərlər.