Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsində “Ekoloji turizm” fənni üzrə “Milli parkların ekoturizm imkanları” mövzusunda açıq dərs keçirilib. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində İqtisadiyyat kafedrasının təşkilatçılığı ilə keçirilən açıq dərsdə “Turizm bələdçiliyi” və “Turizm işinin təşkili” ixtisasları üzrə təhsil alan tələbələrlə yanaşı, bir qrup akademik və inzibati heyət üzvləri iştirak edib.
“Ekoloji turizm” fənnindən olan açıq dərsdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin baş məsləhətçisi Günel Hökməliyeva və Göygöl Milli Parkının direktoru Fuad Quliyev mövzu ilə bağlı çıxışlar ediblər. Çıxışlar zamanı Azərbaycanın Milli Parkları və onların ekoturizm imkanları haqqında məlumat verib, tələbələri maraqlandıran sualları cavablandırıblar.
Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində MDU-da müxtəlif tədbirlər keçirilir.