Mingəçevir Dövlət Universitetində “Açıq qapı” günləri keçiriləcək

  • Рубрика записиXəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində “Açıq qapı” günləri keçiriləcək

 

2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar olaraq Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun iştirakı ilə “Açıq qapı” günləri keçiriləcək.

İmtahan sessiyası ərzində yarana biləcək sualların operativ cavablandırılması məqsədi daşıyan “Açıq qapı” günləri hər həftənin cümə axşamı saat 15:00-da “Microsoft Teams” platforması üzərindən online formatda təşkil olunacaq.

Virtual görüşlərdə MDU tələbələri və onların valideynləri iştirak edə bilərlər.

İlk “Açıq qapı” günü 2022-ci ilin 6 yanvar tarixində keçiriləcəkdir.

Görüşə qatılmaq istəyənlər metbuat@mdu.edu.az elektron poçt ünvanına müraciət edə bilərlər.